Etimada sədaqət andımızdır...
Bu gün fəxrlə demək olar ki, müs-
təqilliyimizi əldə etdiyimizdən
sonra Azərbaycanın inkişafına öz
töhfəsini verən, yüksək səviyyəli
kadrlar hazırlayan ali məktəblər
arasında 1993-cü ildən ümum-
milli lider Heydər Əliyevin xeyr
duası ilə fəaliyyət göstərən Qaf-
qaz Universitetinin adı inamla çə-
kilir. Qafqaz Universitetinin yük-
sək səviyyəli kadr hazırlaması ilə
əlaqəli dəfələrlə ali tribunalar-
dan xoş sözlər işlədilib. Universi-
tet 2003-cü ildə başlayaraq və
daim təkmilləşdirilərək ən yük-
sək standartlar səviyyəsinə çat-
dırılmış "Elektron təhsil" proqra-
mının tərkib hissəsi sayılan "Elek-
tron universitet" layihəsi çərçivə-
sində fəaliyyət göstərir.
Bir ildən artıqdır ki, ARDNŞ ilə
birgə təsis edilən “Beynəlxalq
Təhsil Mərkəzi” ictimai birliyi-
nin tərkibində fəaliyyət göstə-
rən Qafqaz Universitetinin sorağı
üzvü olduğu müxtəlif elmi və ic-
timai platformalarda təmsil olun-
maqla Azərbaycanın sərhədlərini
çoxdan aşaraq dünyanın hər ye-
rinə yayılıb. Bu gün Qafqaz Uni-
versitetində dünyanın 15 ölkə-
sindən 397 xarici tələbə təhsil alır.
Universitetin məzunları olan yüz-
lərlə gənc dünyanın 68 ölkəsin-
də təhsilini davam etdirir, yaxud
da işləyirlər və hər zaman da on-
ların xoş sorağını alırıq. Bu da se-
vindiricidir ki, artıq Qafqaz Uni-
versiteti belə demək mümkünsə,
bir brendə çevrilib, iş dünyasının
qapılar onun məzunlarının üzü-
nə çox rahatlıqla açılır, bir iki mə-
zun işə götürən şirkət təkrar tək-
rar məzun göndərilməsini tələb
edir. Ona görə də hər il TQDK
imtahanlarında ən yüksək bal top-
layan gənclərin əksəriyyəti Qaf-
qaz Universitetini seçir. Hal hazır-
da TQDK-nın qəbul imtahanla-
rında 700 bal toplamış 12 nəfər
tələbə ilə yanaşı, yüksək balla
qrup birincisi olmuş tələbələr də
təhsil alırlar. Bununla yanaşı uni-
versitetimizdə 89 nəfər Prezident
təqaüdçüsü, 600-dən yuxarı bal
toplamış 683 nəfər, 1229 nəfər
isə dövlət sifarişi ilə təhsil alır.
Sevindirici məqamlardan biri də
odur ki, 600 bal toplayan tələbə-
lərdən 32 nəfəri Pedogoji fakul-
təsini seçiblər. Bu ilki qəbul pla-
nına əsasən Qafqaz Universiteti-
nə ayrılan 930 yerdən, 530 yer
dövlət sifarişi əsasında qəbul edi-
ləcəkdir.
Azərbaycan təhsilinin yeni zirvə-
lər fəth etməsi, Qafqaz Universi-
tetinin ali məktəblər arasında
brendə çevrilməsində müasir
təhsil sistemini dərindən bilən,
Amerika və Avropada təhsil al-
mış çoxsaylı professor-müəllim
kadrların əməyi böyükdür. Uni-
versitet hər il onlarla müəllimini
müxtəlif proqramlarla və daxili
imkanlar hesabına dünyanın ən
yaxşı universitetlərində təcrübə-
lərini artırmağa göndərir və be-
ləcə də Azərbaycan təhilinin in-
kişafına ciddi bir şəkildə müasir,
xarici təcrübə qazandırır.
Universitetdə son illərdə həyata
keçirilən layihələrdən biri, BP-nin
sponsorluğu ilə açılmış 4 kimya,
11 mexanika tədris və elmi təd-
qiqat laboratoriyalarıdır ki, bura-
da yüksək səviyyəli kadrlar hazır-
lanması üçün zəmin yaratmışdır.
Bu təhsil müəsisəsində tələbə-
lərin həm yüksək səviyyədə təhsil
almaları, həm də dincəlmələri,
asudə vaxtlarını səmərəli keçir-
mələri üçün yaradılan şəraiti gö-
rən hər kəsin könlündən tələbə
olmaq, burada oxumaq keçir.
Qafqaz Universitetinin hədəfi
yalnız yüksək səviyyəli kadrlar
hazırlamaq deyil, həm də mənəvi
-əxlaqi baxımdan əsl insanlar, və-
tənpərvər, Ümummilli liderimiz
Heydər Əliyev tərəfindən göstə-
rilən etimada layiq, dövlətini və
dövlətçiliyn sevən vətəndaşlar
hazırlamaqdır.
Universitetimizin qızlar və oğlan-
lar üçün olan yataqxanalarında
tələbələr üçün bütün şərait yara-
dılıb. İqtisadi baxımdan çox da
yüksək olmayan xərclə tələbələr
yataqxanada qalır və gündə üç
dəfə universitetin yeməkxana-
sında yemək yeyir, dərs və inter-
net otaqlarından, idman zalın-
dan, camaşırxanadan istifadə
edirlər. Halbuki başqa yerdə bu
xidmət üçün bir tələbə azı üç də-
fə çox vəsait xərcləməli olacaqdı.
Bir sözlə, Qafqaz Universiteti yeni
zirvələrin fəthi üçün yürüşü da-
vam edir və onun yetirmələri ara-
sında Möhtərəm Prezidentimiz
İlham Əliyev cənabları tərəfindən
İKT-nin inkişafında göstərdiyi
xidmətlərə görə “Tərəqqi meda-
lı”na layiq görülmüşdür.
12
89
683
1229
Qafqaz
Universiteti
İctiamiyyətlə Əlaqələr Üzrə Prorektor
Dostları ilə paylaş: |