Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix02.01.2022
ölçüsü10,44 Mb.
#2193
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
edirəm ki, azərbaycanlıyam” sözləri və “Qoy 

bu  gün  gələcəkdə  bütün  Türk  Dünyasının 

həmrəyliyi  günü  kimi  qeyd  edilsin!  Gəlin, 

təqvimin təkcə sonuncu günü yox, hər günü 

bir  yumruğa  dönərək,  həmrəy  olaq.  Yaşa-   

sın  türkdilli  xalqların,  Dünya  azərbaycan-

lılarının  həmrəyliyi  günü!”  arzuları  ilə  ye-

kunlaşdı. 

No: 1 (44)     2014

10

Elektron Universitet Sistemi

Boloniya prosesinin tələbidir

Qafqaz  Universiteti  Elektron 

Məlumat Sisteminin bazara tək-

lif edilməsinin təmin edilməsi is-

tiqamətində  Azərnet  şirkəti  ilə 

əməkdaşlıq  protokolu  imza-

lanmışdır.  Qeyd  edək  ki,  10  ilə 

yaxındır  Qafqaz  Universitetin- 

də  elektron  universitet  sistemi 

uğurla tətbiq olunur. 

Protokolun mövzusu Təhsil Na-

zirliyinin  müvafiq  əsasnamələ-

rini və Bolonya prosesinin tələb-

lərini nəzərə alaraq Qafqaz  Uni-

versiteti nəzdində mövcud olan 

Elektron  Məlumat  Sistemini  in-

kişaf etdirərək Təhsil Nazirliyi və 

digər  tərəfdaşlarla  (ali  təhsil 

müəssisələri)  işgüzar  əməkdaş-

lıq  çərçivəsində  satışını  təmin 

etməkdir. 

Bu Protokol çərçivəsində Qafqaz 

Universitetinin  Elektron  Məlu-

mat  Sistemi  analiz  olunacaq  və 

yeni tədbirlər planı hazırlanacaq. 

Təkmilləşdirilən  Sistem  Qafqaz 

Universitetində  əvəzsiz  tədbiq 

olunacaq, daha sonra satış məq-

sədi  ilə  digər  ali  təhsil  müəssi-

sələrinə təklif olunması düşünü-

lür. Avropa universitetlərinin də 

tətbiqinə ehtiyacı olduğu bu sis-

tem  ilkin  mərhələdə  Azərbay-

canda fəaliyyət göstərən Ali təh-

sil  müəssisələrinə  təklif  oluna-

caqdır.  Qafqaz  universitetinin 

rektoru prof. Ahmet Saniç siste-

min  Boloniya  prosesinə  uyğun 

olduğundan tələbələrin sərbəst 

dərs  seçməsi,  imtahan  sistemi-

nin  avtomatlaşdırılması,  elek-

tron kitabxana sistemini özündə 

əks etdirdiyini bildirərək Qafqaz 

Universitetinin bu sahədə də ilkə 

imza atdığını qeyd edib.

Azərbaycanda  ilk  dəfə  Qafqaz 

Universitetində  fəaliyyət  göstə-

rən Texnoparkın fəaliyyətində də 

bu sistemin mühüm rolu vardır. 

Universitetin  dosenti  Abzetdin 

Adamov  interaktiv  lövhədə  sis-

temin işləmə prosesi və istifadə 

qaydaları ilə tədbir iştirakçılarını 

tanış edib.



EUS


11

No: 1 (44)     2014




Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin