13
● təşkilatların və şirkətlərin xarici satış bazarlarının genişləndirilməsi və mənfəəti
artırmaq istəyi;
● kooperativ istehsalın inkişafı və xidmətlərin göstərilməsi.
“Beynəlxalq marketinq” ifadəsi mütəxəssislər arasında kifayət qədər geniş yayılsa
da, vahid şəkildə qəbul edilmiş tərifi hələ də mövcud deyil. Beynəlxalq marketinqin
inkişafında bir neçə mərhələ var:
● ənənəvi ixrac - malların xaricə daha çox dəstək olmadan satılması;
● ixrac marketinqi - ixracatçı istehsalının bazarın tələblərinə uyğunlaşdırılması
və malların bütün yoluna nəzarət edilməsi;
● beynəlxalq marketinq - ixracatçı tərəfindən bütün marketinq alətlərindən
istifadə edərək bazarın dərindən araşdırılması;
● qlobal marketinq - marketinq fəaliyyətinin müəssisənin bütün funksional
sahələrini əhatə etməsi.
Dostları ilə paylaş: