Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


qızğınmaq qızışmaq. azmaq. küysinmək. şəhvətlənmək. - dişi, ərkək qızışdılar



Yüklə 12,74 Mb.
səhifə46/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

qızğınmaq qızışmaq. azmaq. küysinmək. şəhvətlənmək. - dişi, ərkək qızışdılar. - qoçlar, buğalar qızışır.

qızıq 1. İstək. izdək. qınıq. irək. ərik. irkək. hacət. 2. rayic. rivacda olan. - qızıq para, mal, moda.

qızıqlaşmaq dalaqı şişmək.

qızıl - qızıl yonca.

qizil gizil. gizlisi olan. sirli. içil. - bu işdə gizil (gizli) yox. - gizilsiz iş, söz, duruş, baxış, anlam.

qızılca 1. qırmızımsı. qırmızımsı. qırmızıca. qırmızıya çalan. qırmızya çalar. qırmızımsı. - qızılca buğday: buğanın yumşaq, kəvrək çeşiti. - qızılca qopat (qiyamət): vəlvələ. 2. qızamuq. həsbə. - qızamuq çıxarmaq. - qızamuq tutulmaq.

qızılcıq kallığda ağ, yetgində qızı al olan yemiş. zoğal. dağlarda, baxcalarda bitən, fındıq yekəlikdə, uzunca çəkirdəkli, qırmızı müyxuş yemiş. - qızılcıq sopası: dayaq. tə'dib. - qızılcıq ağacı: bu ağacdan dəğənək yapılır.

qızılçı qızılla işləyən. altunçı. quyumçu. qoyumçu. zərgər.

qızıl 1. al. alıq. qızmır. qırmız. 2. qızarmış olan. qızğın. - qızıl dəmir. 3. aşırı (həddən aşmış) olan durum. - qızıl boya. qızıl dəli. - qızıl iyi. - qızıl kişi: tapılmayan, az görünən kişi. 4. altın. - qızıl alma. 5. qızıl kəsəli. qızıllıq. isqarlatin. - qızıl otu: eşək qulağı.
- türünci qızıl boya: axşam qünəşi.
- qızıl qız: qız oğlan: bakirə oğlan.
- qızıl ilə boz arasında olan boya: qula. - qola saçlı kişi. - qola at. səmənd.
- qızıl Quş: Doğan. Şungur. Köğön. Şahin. Şunqar. Al Quş.
- damla qızıl: som qızıl.
- qarailə qızıl arasında olan boya, don: turi. duri. - yağız duri. - kəstana duri. - açıq duri. - xurma durisi.
- qızıl suyu ilə qablamaq: altın yaldız. - qızıl yaldız: abi təla.
- qara qızıl: qara yer. qarmaq. topraq.
- qızıl baş: fədayi.
- qızıl dəli: büsbütün dəli. çılqın.
- qızıl boya: qırmız.
- qızıl söğüt: söğütün çeşiti.
- qızıl yapraq: qasıq otu.
- qızıl kəsəl: qızıllıq. qızamuq oğşar, ondan qorxulu olan yoxucu kəsəl. isqarlatin.
- qızıl alma.
- qızıl topraq.
- qızıl boya.
- qızıl saqqal: qırmızı səqqal.
- qızıl adalar: mərmərədə ustanbula yaxın kiçik adalar.
- qızıl ağac: bir çeşit urman, meşə ağacı.
- qızıl baş: şah ismayılın çəriklərindən bir bölüyünün adı.
- qızıl xəstəlik.
- qızıl yapraq: ağır otu.
- qızıl yumurta: al boyanmış yumurta.
- qızılca: qızıl xəstəliyi.
- qızıl şab: açıq əflatuni boya.
- qızıl söğüt: bir çeşit söğüt ağacı.

qızıllaşmaq qızışmaq. odlanmaq.

qızıllatmaq ota tutub qızartmaq. qızdırmaq.

qızıllıq 1. qızıl. qızıl kəsəl. qızamuq oğşar, ondan qorxulu olan yoxucu kəsəl. isqarlatin. - qızıl otu: eşək qulağı. 2. qırmızılıq. qızarma. qırmızı boya. - yanqın qızıllığı: alovun yanqıtı, inikası. - yanqın qızıllığı: yanğından yanığan (düşən) qızartı.

qızışdırmaq 1. azdırmaq. qızdırmaq. şəhvətə gətirtmək. öqsüləmək. təhrik edmək. - qızların çılpaq dolanması, ərkəkləri qızdırar. - qoçları qızdırmaq. 2. ürək vermək. tovrandırmaq. tavrandırmaq.

qızışma - çox qızışma. qızğınlığ. çox ısınma.

qızışmaq 1. odlanmaq. qızıllaşmaq. 2. yügrünmək. acıqlanmaq. 3. azmaq. qızğınmaq. küysinmək. şəhvətlənmək. - dişi, ərkək qızışdılar. - qoçlar, buğalar qızışır. 4. issinmək. ısınmaq. 5. itinmək. təşviq olmaq. tərğib olmaq. - uşaqlar oxumağa qızışdılar. 5. qudurmaq. quduzmaq. azmaq. həyəcanlanmaq.

qızqın 1. aşqın. taşqın. daşqın. coşmış. quruşan. xiruşan. 2. talaşman. dalaşman. qavqaçı. əxlaqsız. sataşqan. 3. tavlı. tovlu. qurdu. qurd. yırtıcı. 4. balkan.

qızqınlatmaq qurmaq. tavlamaq. tovllamaq.

qızqırmaq qızğırmaq. 1. ilanın ıslıq çalması, fısıldamaq. 2. quşları ova enərkən bir özəl səs çıxarıb, qıy vurub bağırmaları.

qızqurmaq işkəncəyə qoymaq. cəzasını çəktirmək. cəzalandırmaq.

qizlədən gizlədən. qıtan. qutan. kitən. kütən. gütən. saxlur. söyləməz.

qizləmə gizləmə. saqlayış. saxlama. kitman. ixfa. - bir belə sıxı saxlayışda nə anlam var.

qizləmək - gizləmək. qapaq vurmaq. saxlamaq. ört bas edmək. gömmək. örtmək. basırmaq. quylamaq. batırmaq. saxlamaq.

qizlənəcək - saxlanacaq, gizlənəcək yer. saxlantı. gizli bucaq.

qizlənmə gizlənmə. örtünmə. saxlanma. ihticab.

qizlənmək gizlənmək. saqlanmaq. sinğmək. sınğmaq. batmaq. - qorxub gizlənmək: sinğmək. sınğmaq.

qizlənmiş gizlənmiş. saqlı. gizli. məstur. məxfi. məktum.

qizlətmək gizlətmək. qayırmaq. geyirmək. örtmək. gizlətmək. sınğırmaq. sınğdırmaq. içərimək. çoxura qoymaq. gömmək. batırmaq. - sirrlərin gizlətmək: saqqal saydırmaq.

qizli 1. qapaqlı. örtlü. saxlı. məstur. məxfi. - qapaqlı iş. 2. məhrəmanə. məktum. başı qapalı: qapalı baş. 3. saxlaq. qapalı. məxfi. ğeyri ələni. 4. saqlı. saxlı. gizlənmiş. məstur. məxfi. məktum. 5. sinğsi. saxlı. gizlidən soxulub incik verən. 6. qutum. kütüm. güdüm. qıtım. kitim. söylənməz nə. sirli. salığ. saxlı. 7. absıt. absın. abısıt. (abamaq: gizlətmək). gizli. qapaq. xəfiyyə. qapıl. qapılı. qalıb. yasırın. yasırılğan. tıxılğan. məxfi.
- gizli bucaq: saxlantı. saxlanacaq, gizlənəcək yer.
- qazın ayağını anlamaq: gizli bir gərçəyi tapmaq.
- gizlicə izləmək, dinləmək, güdmək: anındamaqcığa. andamaqcığa.
- gizli örtülü, qaçaq nərsəni aramaq: qovalamaq. qoğalamaq. arxasına düşüb tutmağa çabalamaq. bəkləmək. gözləmək. tə'qib edmək. - ovu nininə dək qoğaladı.- oğruları sınıa dək qoğaladı. - işsiz qalıb bir iş qoğalır. - fürsət qovalamaq. - kəndi mənim yoxluğumu qovalır.
- gizlin: əl altı. əlaltın. astın. yaşın. yaşırın. xəfiyyən.
- gizli savçı, görəvçi: avçı.

qizlicə gizlicə. əl altı. sınğcə. sinğcə. içərin. - arxadan arxaya: bəlli edməksizin.

qizlilik gizlilik. sinğsilik. sinsilik. saxlılıq. gizlidən soxulub incik verməklik. münafiqlik.

qizlimsizin gizlimsizin. açıq. aşgara. saxlamsızın. ələni.

qizlin gizlin. gizli. əlatı. əlaltın. astın. yaşın. yaşırın. xəfiyyən.

qizlinbac gizlinbac. saqlanbac.

qızmaq azmaq. (heyvan) siqmək. sıqmək. azmaq. qoçlanmaq. qoçaqlanmaq. tuqşanmaq. igitlənmək. ürəklənmək. qalxunmaq. dikə davranmaq. hirslənmək. qayqırmaq. taqınmaq. taxınmaq. küsnəmək. qoşnımaq. talabsımaq. dalabsımaq. qızaqmaq. gücənmək. darılnaq. tarılmaq. hırslanmaq.
- sizin mənə gücənməyə çatız yoxdur.

qızmır qırmız. qızıl. al. alıq.

qo ək. "qoy. qon" sözünün qısağı. ək olaraq sözə əklənir. - duzqo: duzluq. duzdan.

qoba qopa. mühəddəb (# hopa. kova: müqəər).

qobud gobud. yavaşsız. e'tinasız.

qobult gobult. gobut. qalın. tox. qaba. kəsif. zəxim. qəliz. koloftfars (< kop).

qobur 1. içi boş dar uzun qab. bir başı qapalı, yaxud iki başıda açıq olur. - qələm qoburu. - yəhər qoburu: yəhər qapalı peşto qılıfı. - ox qoburu: tir kəş. 2. əl yolu, ayaq yolu, bulaşıq yolunun, bulanıq suyunu dışarı göndərən genglər, gühlər. - qobur tıxanmış. - qoburu açmaq. 3. dar uzun, ustuvani biçimində olan nərsə. - qobur şalvar. 4. minarə. - iki qoburlu qonut: iki minarəli məscid. 5. nərsiyə özəl qab. - qələm qobur: qələm qabı. - ox qobur: sadaq. 6. qab. - ox qoburı: ox qabı. tərkəş. sağdaq. sadaq. tərkəş.

qobut gobut. gobud. gopud. 1. qubad. quba. qaba. batal. ənkə. gəbə. qaba. qalın. şişik. yoğan. yoğun. 2. qaba. tulumba. qayta. çapqın. tərbiyəsiz. - iri, qanmaz gobud gənc: toraman. qılıqsız. gicbəsər. 3. gobult. qalın. tox. qaba. kəsif. zəxim. qəliz. koloftfars (< kop). 4. qart. bədəxlaq. iri. yonğa. qaba. işlənməmiş. ədəbsiz. tərbiyəsiz. xam. 5. biçiksiz. bəşiksiz. qatanqur. biçimsiz. yaxışıqsız. qılıqsız. beqiyafə.

qobutluq gobutluq. qartlıq. bədəxlaqlıq:

qobuz gopuz. şişik.

qoca > xoca > xacə. 1. ağa. pir. şeyx. - qoca olmaq. qocalığa çatmaq. 2. böyük. yekə. əzim. - qoca dağ. - qoca ölkə. - qoca dəniz. - qoca yapı. 3. əsgi. adlı. məşhur. - qoca əfəndi. - qoca paşa. - qoca tarix. 4. güclü. ağıllı. müdəbbir. - qoca xaqan. - qoca bilgin. 5. yaşlı. sınaqlı. təcrübəli.
- qoca başı: aqsaqqal.
- qara qoca: tükü ağarmamış yaşlı.
- qoca qarı soyuğu: mart ayının sonunda düşən soyuq.
- qocalıqdan bir nə bilməyən kişi: tarabuzan babası.
- qoca oğlan: ayı.
- qoca başı: bir hey'əti ümənanın başı
- qoca qarı: qoca qadın. əcuzə.
- qarı qoca: ər arvad. - qarı qoca qavğası. qısqancılıq qavğası
- qoca qarı soyuğu: kəsən soyuq.

qocalaq çaylaqın böyük çeşitlərindən.

qocalaşmaq qocalmaq.

qocalmaq qocalaşmaq. qocamaq. - könül qocamaz.: - çox yaşlanıb qocalmaq: çox qarımaq. qağşamaq. (< qaq: sərt səs).

qocamaq qocalmaq. - könül qocamaz. - qocamıyasın.

qocaman irimiş. ərmiş. iri. yetgin. böyük. yekə. qos. qaba. qabarmış. böyük. sarman. azman. iri.

qocamanlıq irilik. böyüklük. yekəlik.

qoç gəbəş. qabaş. qoyun ayğırı. damızlıq ərkək qoyun. ərkək qoyun.
- bir qoç qırx əlli soyunu doğrda bilir.
- əkməğinə qoç: 1. əli, qapısı açıq. səxi. 2. çörəyinə, parasına güvənən.
- qoçbaşı: qala almaqda işlənən bir yaraq.
- qoç buynuzu: 1. bitgi adı. əklilol məlik otunun çeşiti. 2. top qundağında, parça tıxılacaq güclü çəngəl. 3. iki qulaqlı paltar asqısı. evlərdə bəzək kimidə kullanır.
- qoç qatımı: güzdə qoçları qoşnı üçün sürüyə qatmaq.
- qoç qatımı fırtınası: bu çağda oluşan tufan.
- qoç igit: diri baş, canlı ürəkli oğlan.

qoçaçı qoşaçı. (< qoşmaq). qoçı deyilən arabanın sürcüsü.

qoçaç qoşaç. (< qoşmaq). 1. arabaçı. daşqaçı. faytunçu. at qoşmasını bilən kişi. 2. qoşı. qoçı. otaq kimi hər yanı pəncərəli araba.

qoçaq çağ. güclü.

qoçaqlanmaq qoçlanmaq. tuqşanmaq. igitlənmək. ürəklənmək. qalxunmaq. dikə davranmaq. azmaq. qızmaq.

qoçan (sərt, bərk, dik, sicim olan nərsə). 1. ustuvanə. doğru, girdə uzanan qol. 2. situn. dirək. 3. muqavim. 4. kələm kimi bir sıra bitgilərin topradan biçildikdə, yerdə qalan kötükcələri. - kələm, kahı qoçanı. 5. məkə (mısır buğdası) dənələrinin üstündə bitişik olan soba kök. - dənəsin yedi, qoçanın yaxdı. 5. kitab dəfdərin yapraqların sökəndən son, qalan kötük. 6. abunə, kupon kağızcıqların ayırandan son qalan köçək. 7. zuğ. - qoçanı ilə birlikdə olan məkə: qoqoruz.
- qoçan dəfdəri: ana dəfdər. kötük.
- qoçan kimi sərt, donmuş. - soyuqdan barmaqlarım qoçan kimidir.

qoçı qoşı. 1. qoçaç. otaq kimi hər yanı pəncərəli araba.2. altı boş, yerdən uca ambar. (aşlıq, dən döş, başqalırı qoyulur).

qoçqar döğüşə yarqanmış (hazırlanmış) iri qoç.

qoçlanmaq qoçaqlanmaq. tuqşanmaq. igitlənmək. ürəklənmək. qalxunmaq. dikə davranmaq. azmaq. qızmaq.

qodaxtəfars < közəkmiş. çözük. közük. ərimiş. açılmış.

qodaz < çözər. çözərtən. çözən (> suzan). közərtən. açan. çökürtən. əridən. yaxan.

qodazfars < güdaz. küydas. küydaz(< küymək: yanmaq). küyən nərsənin durumu. yanma. yanar. yanqın. - nə küyə küyə, küydazla yalvarırdı.

qoduğ şuluğ. oynaq.

qodurmaq qoydurmaq. taxdırmaq. yapışdırmaq. ilqa' edmək tə'liq edmək. - bu çəkinin qornıçı əsgimiş, başqasın taxdırmalı.

qodus küməs. (< kümə. qoma) qomaç. toyuq axırı. - gün batır, toyuqları kümslə bala.

qof kof. küf. Cof < kov. 1. qoğuq. kovuq. oyuq. gədik. içi boş. - qoğuq diş. - qoğuq ağac. - diş qoğyğu: çürük dişin kof yeri. 2. sapıq. sapaq. səfeh. axmaq. cahil. - kof kişi.
- kofu kafı olmayan: bütün. som. içi dolu. kamil. - som kişi.
- som gümüş. - som altın.

qofa kofa. yuvarlaq qayıq.

qofas kofas. kövəz. boş. havayı. sapaq.

qofluq küflük. kofluk. qoğuluq. qoğuqluq. sapaqlıq. sapıqlıq. səfehlıx. axmaqlıq. cahillik. cəhalət.

qoğuşmaq qoğuşmaq. qoğalanmaq. fışqırmaq. qaynaşmaq.

qohum qavuş. vəslət. - qohum əqrəba: soy sop: tayfa uruq. - soy sopu arı kimi çox bir kişi.

qohumlu tayfalı. uğuşlu. oğuşlu. elli.

qoxmuş bırıq. barıq.

qoxumuşluq yıTıqlıq.yıdıqlıq. yıpranışlıq.

qoqa qoğa. koğa. kova. 1. dolça. dəluv > dəlv. 2. alçatma söcüğü. təhqir. 3. xoş qoxan, parıldadan bir maddəki taxtaya sürülür. - qoqa kərəkə: qoqa təsbeh.

qoqalamaq qoğalamaq - qoğala qaç: qoşu. qaçu. qaçış. qoşış. ivmə. hərvələ. yüryüş. tələsik.

qoqalanmaq qoğalanmaq. qoğuşmaq. fışqırmaq. qaynaşmaq.

qoqalıq qoğalıq. tükli qamış. həsir otlarından olan bir çeşit qamış.

qoqan qoğan. qovan. kovan. (boş). {< kov. kav. kəv. kəvmək}. 1. pətək. - arı qoğanı {1. arı yuvası. 2. çox qalabalıq yer.}. - qoğan otu: yüksük otu. - qoğan çiçəyi: arı üşən, yığışan çiçək. oğul otu. 2. kəpsul. kapuş. dərman, barut qoyulan qorcuq, qabıqcıq. fişəng qoğanı. 3. izən. izləyən. tə'qib edən. - yel qoğan: yüksək yerə vurulub, yelin əsməsinin , əsən yönün göstərir. 4. ocağın, sobanın, peçin borusunun təpəsinə qondurulub, yelin əsdiyi yönlə fırlanıb, tüstünü dışarı sorub, içəridə düdməyi önlür. - külək vurub peçin qoğanın salıb. 5. saatın dəqiqələri göstərən iğnəsi. - saatımın qoğanı sınıb. 6. saatın dəqiqələri görsədən uzun zuğ. 7. boru başına yerləşədirilən dönər təkərlək yelpik. bu ayqıt, yanan sobanın, peçin, ocağın düdməsini önlər. 9. gəvən. gəvən otı. bir çeşit tikənli ot. 10. qaşar. qaşır. ayıq. uzaqladan. tərd edən.
- kötü qoxan hər şey: yıdıq.

qoqara qoğara. > qora. 1. qoğmaq, oğmaq üçün arac. əğik, ufaq, incə dişli, yontmaq üçün kəsici arac. 2. ititmək aracı. suğan. soğan (< su: iti) > suhanfars).

qoqarca pis qoxuyan bir heyvan.

qoqdurmaq qoğdurmaq. qovdurmaq. üzdürmək. sürdürmək. tərd edmək. - kəndisini hər qapulandığı qapudan qoğdurdu. - onu hər yerdən qoğdurduran, qılığının sərtliyidir.

qoqdurmaq qoğdurmaq. savdurmaq. dəf etdirmək. - bu gəvşək kişini işdən savdurmali.

qoqıcı qoğıcı. münafiq. nəmmam. ğəmmaz.

qoq qovq. bir çeşit kömür ki, kürədə bir qədər yandırılıb çıxardıqdan sonra yandırılmağda işlənirlir. bu kömürün tüstüsü az, istisi çox olar.

qoqqu qoğqu. qoğma. sürmə. sürü. tərd.

qoqqun qoğqun. qorixtəfars. gərixtə. gerixtə. qırmış. qaçmış. qaçqın.

qoqlamaq qoğlamaq. koğlamaq. əvzəmək. köpöyoğluluq edmək. yıtlamaq. yıdlamaq.

qoqlaşmaq qoxulaşmaq. yıtlaşmaqka. yıdlaşmaq. yıylaşmaq. iyləşmək.

qoqma qoğma. qoğu. sürmə. sürü. tərd.

qoqmaq qoğmaq. savmaq. ötürmək. buraxmaq. çıxarmaq. mürəxəs edmək. ruxsət vermək. qoğmaq. dağıtmaq. savmaq. dəf' edmək. qovmaq. sürmək. aralatmaq. tərd edmək. nəfy edmək. - yaramaz kişiləri kənddən sürdülər.- yel bulutları dağıtdı.- gəvşəklər savulsun işdən. - eşqi sav başından görərsən özünü. - sav başında ölkənin düşməni qəddarıni.

qoqoruz 1. sivri çirkin qılıqlı nərsə. xoruzlanan kimi. 2. qoçanı ilə birlikdə olan məkə.

qoqoruzlanmaq xoruzlanmaq. sivri sivir, dikə durmaq.

qoqsulamaq qoğsulamaq. ütüləmək. - tüklərim ütüləndi.

qoqu qoxu. öt . ud. < öd. (< ötmək). id. ətir. odkolun. ötən, ötür nərsə.- ud ağac: öt ağac. qoxar.

qoquq qoğuq. kovuq. oyuq. gədik. küf. kof. içi boş. - qoğuq diş. - qoğuq ağac. - diş qoğyğu: çürük dişin kof yeri.

qoquqluq qoğuqluq. qoğuluq. qofluq. küflük. kofluk. sapaqlıq. sapıqlıq. səfehlıx. axmaqlıq. cahillik. cəhalət.

qoqulatmaq 1. qoxusun, iyin duyurmaq, yoxlatmaq, baxdırmaq. iz izər bildirmək. - bu gün nə pişirmişim, nə yapmışım sizin hamınıza qoxulatacəyim. - gördükləri bir yana, heç bel duyduğun qoxulatmadı. 2. az vermək. doyurmamaq. - görsətib qoxulatıb getddi. - onun işi qoxulatmaqdı, hay küyünə baxma. 3. dadandırmaq. dadlıq, örnək, məsdurə vermək. - yeni malları hər yana qoxulatın. 4. təbliğ edmək. - inandığızı qoxulatın. - bu sözlə, nəyi qoxulatmaq istəyirsiz. - qoxulatmaq birlirsiz nə deməkdir, ucundan yayıb görsətib, hisləri oyatmaqdır. 5. bir gizni, sirri, içi açımaq. sökmək. iylətmək. ifşa edmək. - yarın onun işlərin qoxulatacağam.

qoqulmaq qoğulmaq. sürülmək. nəfy olunmaq.

qoqulmuş qoğulmuş. sürülmüş. sürgün. 2. mətrud. 2. mənfi.

qoquluq qoğuluq. qoğuqluq. qofluq. küflük. kofluk. sapaqlıq. sapıqlıq. səfehlıx. axmaqlıq. cahillik. cəhalət.

qoqumaq qoxumaq. 1. qoxu, iy duyulmaq. izi çıxmaq. - o nə yapsa qoxur. - nə duyduğu qoxur. 2. az alıb doymamaq. - onun işi qoxumaqdır. 3. dadlıq, örnək, məsdurə olmaq. - yeni mallar qoxumadan, güc satılır. 4. carlanmq. təbliğ olunmaq, edinmək. - çox kişilər özün qoxur. - buları burax, az qoxu biraz. - bu sözlə, nə qoxumaq istəyirsiz. - qoxumaq, yayılmaq 5. bir giz, sirr, iç açılmaq. sökülmək. iylənmək. ifşa olmaq. - yarın onun işləri qoxacaq. 6. nərsənin öndən olunması duyulmaq. - savaş qoxur. - işlərin səngiməsi qoxumur: pisəlməsi duyulur, gözlənilir. 7. iylənmək. yıtlanmaq. yıdlanmaq. pozulmaq. ağırlaşmaq.- yemək ağırlaşdı.

qoqumuş iğdin. iylənmiş. pozuq.

qoqurmaq - alazlayıb qoğurmaq: ütüləmək. - sütül ütmək.

qoquş qoğuş. 1. həmkəf. döşəməsi, dabanı yerlə bir tarazda olan otaq. 2. böyük talarlarda, binalarda, dayrələrdə salunların, tənəbilərin hər biri. - yemək qoğuşu. - danşıq qoğuşu. - yataq qoğuşu. - qışla qoğuşu. 3. kilas. sinif. sınıb.- dərs qoğuşları. - birinci, ikinci, üçüncü qoğuş.
- qoğuş ağacı: bir çeşit kiriş kərəstəsi. 4. köks. qoyun. qucaq. sinə. ağuş. - al qoynuva. - nənəsinin qoyununda böyüyən uşaq. - qouyun qoyuuna: birbirinin qucağında. - o mənim qoynuumdadır: o mənimdir. o məndədir. 5. sala. salon. baş oda. divan. evlərdə, yapılarda ən böyük oda. rəsmi yerlədə geniş böyük oda. tənəbi.

qoquşmaq qovğalaşmaq. itişmək. birbirin qaqmaq, itələmək.- itişməkdən işləməyə çağ tapmır.

qoquşmaq . iyləşmək. dilləşmək. tanışmaq. bilgişmək. 2. sevişmək. sarılıb öpüşmək.

qoquz (1. < quru. 2. < kövuz: boş). yoxsul. zügürt. müflis.

qoquzlamaq (1. < quru. 2. < kövuz: boş). yoxsullamaq. zügürtləmək. parasız qalmaq.

qoquzluq (1. < quru. 2. < kövuz: boş). yoxsulluq. zügürtlük. parasızlıq.

qol 1. ulam. takım. bölüm. əl. dəsd. - qol qol: bölük bölük: ulam ulam: takım takım. əl əl. dəs dəs. 2. mə'mur. - qapı qolçusu: idarə mə'muru. 3. əsgər. sərbaz. 4. gəzmə. gözətçi. ağalığın (devlətin) yardımçı gücləri. polis. 5. budaq. üzv. 6. Cinah < çanaq. qanat. şaxə. şəbəkə. tarmaq6. darmaq. 7. mə'muriyyət. 8. imza. - xanlığın, şahlığın qolu, imzası: toğra. - toğralı kağız. - toğrasız heç bir nəyə baxılmaz. 9. yol. axar. tamar. damar. - yağmır suları yerin damarlarına işlədi. - daş atıb qolu yorulma: əməksiz, zəhmətsiz bi nəyə yiyələnmək. 10. yenğ. yanğ. bol yanğ.
- iləri qol: ilgəqol. başdöl. təlayədar.
- qapı qolı: dərbar çərikləri.
- qol burmaq: qələbə çalmaq.
- qoşunda olan sağ qol sol qol.
-
sağ qol ağalığı: binbaşılıq ilə yüz başılıq arasında olan dərcələrin ən yüksəyi, bu dərcə sol qol ağalığından yüksəkdir.
- çox qollu çəngəl: qaz ayağı.
- qolı qulpı yox: qolı qulağı yox: tutacaq yeri olmamaq.
- qolun dayancaq yeri: qoltuq. - qoltuqlu səndəl.
- qol qanat: 1. gövdəni quran üyələr, üzvlər. - tutar qolı qanatı yoxdur. 2. nərsənin durumunda durduran, harmonısın saxlayan parçalar. istinadqah. güc quvvə. - qol qanatı kəsildi.
- 1. qolun dirsəkdən aşağ bölümü: əriş. 2. arabanın, daşqanın qolu: əriş.
- qol ağası: yüzbaşı ilə bəybaşı arasında bir ünvan. {- sol qol ağası. - sağ qol ağası}.
- qola çıxmaq: qol gəzmək: mə'muriyyətə çıxmaq.
- iləri qol: müqəddimə. - geri qol: quyruq.
- qolı atmaq: qolı çıxmaq.
- qolların açmaq: istəməkdə bulunmaq.
- qol ordu: kiçik ordu.
- qol vurmaq: bir aşağı bir yuxarı gəzmək.
- qol uzatmaq: qollanmaq. bölüklənmək.
- qolu uzun: qolu yetir: sözü, hükmi keçər.
- qol basdırmaq: qolun ağzın qıvırıb tikməklə əkləmək.
- qara qol: polis. jandarma.
- qol qanat: əl ayaq. cəvarih. - qol qanatı kəsik: qol qanatı qırıq: təprəşə bacarıqsız.
- qol yermək: yardımlamaq.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin