Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


quşaqan quşaqlı. gürşaqlı. qurşaqlı. təqviyət edici. muqəvvi. quşaqçı



Yüklə 12,74 Mb.
səhifə54/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

quşaqan quşaqlı. gürşaqlı. qurşaqlı. təqviyət edici. muqəvvi.

quşaqçı gürşaqçı. qurşaqçı. 1. geyimçi. paltarçı. 2. dərzi. 3. örtən.

quşaq qurşaq. 1. ortadan bağlanan dar, uzun bağ. - bel quşağ. - baş quşağ. - şal quşaq. 2. duvarı sağlamlaşdırmaq üçün, yaparkən, hər bir iki arşından çəkilən kərpiç, dirək sırası. - quşaqsız duvar uca dirsəlməz. 3. nərsəni dayaqlayıb sağlatmaq, davamlatmaq üçün, yaxadan yaxasına tiklən bezdən sırıq. 4. geyim. paltar. - orta quşaq: aralıq geyim. əl geyim. bayağı qapsam, geyim. (# qopsam: rəsmi). - quşaq atmaq: soyunmaq. dincəlmək. - quşaq çözmək: əl suya yetirmək. 5. qurşaq. gürşad. sağlam. 6. qurşaq. gürşad. qala. qalaq. qorqan. istehkam. 7. qurşaq. gürşad. yapılarda işlənən dəmir, çəlik mil, lama. 8. kəmər. məntəqə. - təbriz quşaqı. 9. qurşaq. - sırmalı quşaq. - qayış quşaq. - altın quşaq: içinə altın doldurulub yolçı kəməri. 10. abluqa. yapluqa. yapalqa. mahasirə. 11. göbək. nəsl. bətn. - beş göbəkdən bəri.
- quşağı dolu: ehtibarlı. güclü. - quşağın iki yerdən bağlamaq (quşama) . - quşak bərkitmək: bel bağlamaq. inanmaq. - quşak çözmək: qulluqdan qayıtmaq. ayrılmaq. - quşquna quvvət. qamçıya bərəkət. - quşağı bərk: könüldən inanan.
- quşaq takınmaq: bir nəyə adalanmaq, namzədlənmək.
- ipdən quşaq quşanmaq: çox yarıq, yoxsul yaşamaq.
- tor quşaq: hörük kimi yapılmış quşaq.
- tuman bağı, quşağı: uçqur: içqur.

quşaqlama gürşaqlama. qurşaqlama. təqviyət edmə.

quşaqlamaq qurşaqlamaq. gürşadlamaq. 1. sağlamlaşdırmaq. 2. qalaqlamaq. qorqanlamaq. istehkam yapmaq. 3. yapıları dəmir, çəlik mil, lamalarla sağlamlaşdırmaq.

quşaqlı 1. quşaqan. gürşaqan. qurşaqan. təqviyət edici. muqəvvi. 2. yaraqlı. kəmərli. qurcı.

quşandırmaq quşatmaq. bağlatmaq. taxdırmaq. - yaraqlıq taxdırmaq.

quşanmaq sarınmaq. bürnmək. bağlanmaq. taxınmaq. üstünə taxmaq, asmaq. geyinmək. taxmaq. üstünə almaq. - taraq taxınmalı. - qılınc taxmaq. - üzük taxmaq. - üzük, süs, bəzək taxınmaq. - quşaq takınmaq: bir nəyə adalanmaq, namzədlənmək. - geyinib quşanmaq: yığınmaq. hazırlanmaq. - ipdən quşaq quşanmaq: çox yarıq, yoxsul yaşamaq.

quşatmaq 1. quşandırmaq. bağlatmaq. taxdırmaq. - yaraqlıq taxdırmaq. 2. tolamaq. dolamaq. çevirmək. çevrəmək. yörəyə, çövrəyə döndərmək. - başına bi şal dola. - belivə bir quşaq dola, soyuqdu. 3. tolaşdırmaq. dolaşdırmaq. devrəsin çevirmək. mahasirə edmək. - şəhəri qoşun ilə dolaşdırdı.

quşbara güşbərə. qoşbara. qoşulan nərsə. qoş. köç. qoşu. köç. sırğav. sarılan asıan nərsə. cihaz. vəsayil.

quşə kövşə. (< köv). bax > küşə.burun. uc. tikə. - qaranın dənizə girmiş bir ucu.
- quşə bucaq: bucaq bucaq: hər yan. hər tərəf.
- küt quşə: küt bucaq: gen bucaq. zaviyeyi münfəricə.
- quşə daşı: yapıların küncündə işlənən daş.

quşxana 1. quşların saxlanıldığı böyük oda, qonaq, talvar. 2. quş ətin pişirməyə özgü yayvan, kiçik qazan.

quşiş kuşişfars < qoşuş. - birlikdə qoşuş: birlikdə qoşuşub yardımlaşma. kömək. iməcilik. bəsici imumi.

quşqu 1. asıq. salıntı. şəgg. şübhə. - salındıda: sağlam olmayan. asılı. şəggili. şübhəli. - işimiz salındıda. 2. işqil. güman. şübhə. şəgg. vəsvəsə. şübhə. güman. şəgg. - bu haxda işgil yoxdu. 3. qurğu. quruntu. vəhm. ovham. şübhə. şəgg. 4. turuqsi. tərəddüd. 5. quş kimi ürkmə. ürkü. qorxu. asavlıq.

quşqulamaq işqillənmək. gümana düşmək. şübhələnmək. şəgglənmək. şübhələnmək. vəsvəsələnmək. - bu haxda işgillənmiyin.

quşqulanmaq - quşqulanıb yerimək: tartılmaq. səndələmək. sallanmaq.

quşqulu 1. iğrəçin. iğrənçi. vasvası. mütərəddid. işqilli. gümanlı. şübhəli. şəggili. yanın. yandan. geyin. qıçın. dönəged. şəggili. mütərəddidyanə. - yanın gedirdi. - nə yanın yanın düşünürsən. - yanın yanın baxışlar. - işgilli kimsə. 2. tabansız. dabansız. dayanmaz. qorxaq. mütərəddid. sübatsız. muqavimətsiz.

quşquluq iğrənçilik. iğrəçinlik. tərəddüd. vəhimli.

quşqun qusqun. at quyruğu altından keçirilən, yəhərə bağlı qayış.
- qusqunu düşük {: 1. güzəri keçimi iyi olmayan kişi. üzük. 2. sağrıdan aşağı, qusqun yerinin əti, ki iyi sayılmaz}.
- qusquna güc: iti qaçmaq.

quşqunlu qusqunlu. çağlayan. çağ durumlu. iti qıvraq.

quşqunsuz qusqunsuz. 1. quşqunu olmayan. 2. pərişan.

quşqurtmaq gücəndirmək. quyruğa basmaq.

quşqusuz 1. bilavasitə. doğrudan. doğrudan doğruya. doğruca. dolaşmıyaraq. quşqusuz. müstəqim. 2. həmən: top kimi.

quşqutma - nərsəni, kimsəni öz kəndinə quşqutma: qaşınma. - qaşınma iç bulantıdan nədəndir.

quşqutmaq qaşımaq. təhrik edmək. - qonşu qonşunu qaşımaz. - qonşunun itin qaşıyan, ısrınar.
- nərsəni, kimsəni öz kəndi quşqutmaq: kəndinə qarşı, davranışa nədən vermək. qaşınmaq. - dayaq yemək üçün qaşınır.

quşlaq avlaq. ovlaq. avlanacaq quşların çox olan yeri.

quşluq quşlıq. 1. quşlara yem verilən çağ. danla öğlə arası. - quşluq yeməyi: öğlədən öncə yeyilən yemək. 2. böyük quş qəfəsi. quşxana. 3. pilov qazanı. 4. qəhvaltı. tutquc.

quşma qoşma. qoşuq. quş kimi atılıb düşmə. oyun, təpsi, rəqs havası.

quşmar quş qapanı, duzağı çeşiti.

qut kut. 1. kota. odun. qaba. yoğun.- odunun biridi. 2. güc. quvvət. 1. mut. bəxt. iqbal. səadət. tale'. 3. qat. iti.

qutaq qutlu. aydın.məsud. mubarək. məs'ud.

qutan qotan. 1. böyük pulluq, bağluq, saxluq. 2. qıtan. kitən. kütən. gütən. saxlur. gizlədən. söyləməz.

qutaran açıcı. xilaskar.

qutarma - qutarma börq: öndə arqada iki qanadı olan börq.

qutarmaq 1. bitmək. savmaq.- yaş yemiş çağı çoxdan savıbdi. - satub savmaq: büsbütün satmaq, nərsə buraqmamaq. 2. qutru vermək. salıvermək. salırqımaq. qoyuvermək. buraxmaq. ötrümək. ötürmək. çıxarmaq. əfv edmək.

qutas xotas. qotuz. xotuz.

qutat sərbəst. boş. boşut.

qutqalıq qutsaqlıq. müqəddəslik. mübarəklik. əzizlik.

qutqamaq qutsamaq. təbrik edmək. mübarək edmək. əzizləmək.

qutlanmaq uğurlanmaq. xoşbəxt olmaq.

qutlu 1. qutaq. aydın. məsud. mubarək. 2. güclü. quvvətli.
- qutlu ayağ: bərəkətli ayağ. - qutluya qoşa yağar.

qutluluq - qutluluq, səadət himi, rəmzi, haçarı: qurqut. qorqut.

qutra qotra. bandıra. mandıra. bağuq. bağus. bağuş. çitəş. çiqtəş. ayrılmış bölük.

qutramaq qutarmaq. salıvermək. salırqımaq. qoyuvermək. qutru vermək. buraxmaq. ötrümək. ötürmək. çıxarmaq. əfv edmək.

qutran qudran. yağı. quduran.

qutranlıq qudranlıq. yağılıq. qudurqanlıq.

qutru qoyu. qoytu. salı. burax. ötrü. çıxı. mə'zuniyyət. ruxsət. icazə.

qutruş qoyuş. salı. salış. buraxış. ötrüş. çıxarış. əfv.

qutruşmaq azışmaq. uzaşmaq. acışmaq. itişmək. qızışmaq. hiddətlənmək.

qutruvermək qutramaq. qutarmaq. salıvermək. salırqımaq. qoyuvermək. buraxmaq. ötrümək. ötürmək. çıxarmaq. əfv edmək.

qutsağ yümnülü. xoş yümn. açıq, yaxcı fala, fallı.

qutsaqlıq qutqalıq. müqəddəslik. mübarəklik. əzizlik.

qutsal qutus. arqun. arıq. təmiz.

qutsamaq qutqamaq. təbrik edmək. mübarək edmək. əzizləmək.

qutsuq müqəddəs.

qutsuz bədbəxt.

qutsuz qutuz. uğursuz. qarabet. mənhus. namüarək. meymənətsiz. gücsüz. apşıq. apşaq. yapışıq. çaltıq. açıla. gəvşək. yaramaz. yürüməz. təmbəl.

qutu 1. quytu. quyu. kan. sığılı, dolmaz qab. - ağıl quyusu. - para quyusu. - gözlük qutusu: sehir, yarşaq, cilvə qutusu. - qapalı qutu: çox nərsəsi, bilgisi olan kimsə. - qutunun qapağın açdırmaq: söylüyəmiyəcəyi nərsəni açıb sökdürmək. 2. düzənli ölçülü, hər nəyi yerində olan nərsə. - qutu kimi bir otaq, maşın. 3. konulara görə alışınmış, öğrəşilmiş dəğişik ölçülər, qablar. - on qutu kibrit, qənd, çivi. 4. aşlıq (burçuq. hibubat) ölçülərindən, kilənin (on təbriz batmanı) səggizdə biri dəğər, incə odundan yuvarlaq qab. kilvança. - iki qutu arpa. 5. sandıqca. çəkməcə. 6. Cə'bə < cım + . cumbə. kumbə. komba. qabırqa: bəsdə. qabırcak8. qısqın.

qutus qutsal. arqun. arıq. təmiz.

qutuz qutsuz. uğursuz. qarabet. mənhus. namüarək. meymənətsiz.

quy 1. kuy. kov. döşək. düşük. dik olmayıb alçaq yer. açal. açıl. açıq. 2. qoy. top. yuvarlaq. - böyük quy: körfəz. xəlic.

quyəş günəş. gün. günğəş.

quyi - üzü quyi: üzü toprağa. üzü aşağı.

quylaq gömük. qəbir. məzar.

quylamaq gömmək. örtmək. batırmaq. nərsəni nərsiyə soxmaq. təpmək. örtmək. basırmaq. saxlamaq. gizləmək.

quylanmaq - quylanmaq: çuxur doldurmaq.

quylayan gömici. gömən. qəbir qazan.

quyruq 1. bir sıra heyvanların qıçları başında uzanıb, ətdən yaxud qıldan, tükdən oluşan artıq. 2. nərsənin arxasına qatılan nərsə. - bu işin quyruğun tapmalı. 3. nərsənin arxasına taxılıb, ayrılmayan nərsə. - bu da mənə quyruq oldu. 4. nərsədən asılıb sallanan tikələr. - quyruqlu don. - quyruqlu kot. - quyruqlu saçaqlı. 5. sonda, ən geridə olan. 6. gözün qulağa sarı, dışar yana olan ucu. - gözünün quyruğ ilə baxırdı. 7. dalı. arxaq. - quyruqun tut. - quyruqun qır.
- yunt quşu: quyruq salan quş çeşiti.
- arslan quyruqu: bitgi adı. fırasyon.
- quyruq altı: quş kəsəllərindən.
- quyruq acısı: öcü alınmamış keçmiş acı. - onun bir quyruq acısı vardır.
- quyruq üzəri: quyruq üsti: toyuqların tudduğu, öldürücü bir çiban.
- quyruğun omuzlamaq: quyruğun belinə qoyub çıxıb gedmək, qaçıb gedmək.
- it quyruğu: bitgi adı. bel buran.
- quyruğa basmaq: gücəndirmək. quşqurtmaq.
- quyruğunu tava sapına çevirmək: çox döğmək. çoxlu tapdamaq.
- tülkü quyruğu: üzüm çeşiti.
- quyruğu titrəmək: ölmək.
- quyruq sallamaq: quyruq bulamaq: yaltaqlanmaq. sürtüklənmək.
- quyruq salan: yalvac quşu. yund quşu çeşiti.
- sığır quyruğu: bitgi adı.
- qatır quyruğu: bitgi adı.
- domuz quyruğu: bitgi adı.
- qamçı quyruq: tüksüz, tükü tökülmüş quyruq. qılsız quyruq.
- quyruq qapağı: bir para heyvanların tüksüz, çılpaq quyruq yeri.
- quyruğı qısmaq: qorxub toplanmaq, qaçmaq.
- quyruq qısmaq: dimməz olmaq. səs çıxararamaq. alğılanmaq.
- qıl quyruq: {1. bərk incə quyruqlu heyvan. 2. gücsüz yoxsul. zügürt. bir nəyi olmayan}.
- quyruq yağı: qaraman qoyunlarının iri quyruğunun əridilməsindən çıxan yağ.
- kəpçə quyruğ: qaparuz. əliynəndə qopara bilməsə, quruğu ilə ilişən. kəp kələkçi.
- quyruğun apışlarının içinə qısıb getdi: qısdırmaq. qısmaq.
- quyruğun gəmikli yeri: gəmirdik.
- qıl
quyruq: 1. sona. bir çeşit ördək. 2. zügürd. qılıqsız. cansız.
- quyruq soxumu.göt gəmiyi. qıç gəmiyi. soqum.
- suvıq qudruq: qatır quyruğu kimi qılsız. uzun quyruq.
- at quyruğu altından keçirilən, yəhərə bağlı qayış: qusqun. quşqun.
- qamçı quyruq: qılsı, tüksüz qılıc.
- quyruq olmaq: dolaş olmaq: əngəl olmaq. birinə qatılmaq.
- sıçan quyruği: yuvarlaq turpi çeşiti.
- sığır quyruğu: bitgi adı.
- quyruq sallayan: uzunca quyruğunu elə sallayan kiçik bir quş.

quyruqsuz güdük. əbtər.

quysartmaq qusdurmaq. qusyurmaq. qısyartmaq. qusyan etdirmək. qaytatmaq.

quysunq dayqan. dayqun. duruş. durma. qıvam. tavan. çağqın.

quysunqli dayqunlı. qıvamlı. tavanlı.

quysunmaq qıvamlanmaq. tavanlanmaq. tabanlanmaq. dayqunmaq. duruşsunmaq. çaqqınlanmaq.

quytu qoytu. içərik. içdən içə olan. gizli, örtülü, qaranlıqca yer. - qoytu yer. qoytu bir otaq.
- quytu yer: qoltuq. qırax. kənar. bucaq. yan.- orası bir qoltuqdur: yan yerdir. - qoltuq devlətlər: qıraxda qalan devlətlər.

quyu qoyu. qalın. qəliz. yoğ. yoğun. kəsif.

quyuq qoyuq. 1. quyu. qəliz. qalın. sulu olmayan. qəvamlı. - qalın yoğurt. - qalın pəkməz: qəliz doşab. 2. kifir. kəsif. qatıl. qalın. aşıq. bıkıt. pıkıt.
- (quyma, bulamac kimi ) quyuq nərsə: çökənti. qurqut. qorqut.

quyu 1. quyuq. qəliz. 2. kəsif. kifir. 3. boyası açıq olmayan. tünd boyalı. rənhli. - qoyu çay. 4. dəng. dəh. teyxa. xalis. - quyu türk. - quyu ərəb. - quyu safı. 5. çuxur. ocaq. mə'dən. nərsənin bol olduğu yer. - gəc ocağı. - dəmir ocağı. - qızıl quyusu. - kirəc quyusu. 7. dəlik. çuxur. kərək. qoyuq. kovuq. oyuq. - quyu suyu: acı su. 8. sancaq. qəza. tuman: tümən. (< tuqman. tuqan < tuq). urçin. 9. mə'dən. kan.
- qar quyusu: yaz üçün qar birikdirib saxladıqları qaznaq, xəzən, xəznə (> məxzən).
- quyunun ağzına qoyulan, ortası dəlik daş. daşdan quyu halqası: biləzik daşı.

quyuqlanmaq yuğrulmaq. yoğrulmaq. yoğunlanmaq. quyulanmaq. qoyulanmaq. qəlizlənmək. qalınlanmaq. təxmir edilmək.

quyuqlaşmaq ağdalaşmaq. bəkişmək. uqdələşmək. quyulaşmaq. qatılmaq. pıxtlanmaq. - yoğurt qatıldı. - qan qatıldı.

quyuqlaştırmaq aqturmaq. ağdurmaq. bəkiştirmək. ağdalaştırmaq. uqdələştirmək.

quyuqlatmaq quyulatmaq. qoyulatmaq. yuğurtmaq. yoğurtmaq. yoğunlaştırmaq. qalınlatmaq. qəlizlətmək. təxmir etdirmək.

quyuqluq quyuluq. kifirlik. kəsafət. qatılıq. qalınlıq. aşıqlıq. bıkıtlıq. pıkıtlıq. pıxtılıq.

quyulanmaq yuğrulmaq. yoğrulmaq. yoğunlanmaq. quyuqlanmaq. qoyulanmaq. qalınlanmaq. qəlizlənmək. təxmir edilmək.

quyulaşmaq quyuqlaşmaq. qatılmaq. pıxtlanmaq. bərkimək. - yoğurt qatıldı. - qan qatıldı.

quyulaştırmaq qoyulaştırmaq. 1. quyuqlaştırmaq. aqturmaq. ağdurmaq. bəkiştirmək. ağdalaştırmaq. uqdələştirmək. 2. qoyqulaştırmaq. bəkitləmək. açıqlığın, boşluğun gidərmək. qəlizlətmək. - pəkməzi bir az daha quyulaştır. - durum ged gedə qoyulaşır. - bunun göyün quyulaştır, sarısın aç.

quyulatmaq quyuqlatmaq. qoyulatmaq. yuğurtmaq. yoğurtmaq. yoğunlaştırmaq. qalınlatmaq. qəlizlətmək. təxmir etdirmək.

quyuluq quyuqluq. qoyuluq. qalınlıq. yoğunluq. qilzət. kəsafət. kifirlik. kəsafət. qatılıq. qalınlıq. aşıqlıq. bıkıtlıq. pıkıtlıq. pıxtılıq.

quyum qoyum.

quyumçu - quyumçu ( qızılçı) kürəsini körükləmək (küləkləmək, püləmək) üçün əğri büğri qamışı: qamışcıq.

quyumçu qoyumçu. qızılçı. zərgər.

quyun qoyu. qoyu. qoyun. aşağı doğru, aşağıya dönmüş durumda. - üzi qoyu: üzü quylu. - üzü qoyu yatmaq: səcdə durumunda yatmaq.

quzaquyğur quzuyğur. kölgəlik. qaraltı.

quzəştə geçmiş. geçgin. - otuzu geçmiş.

quzğuncıq türmədə barmaqlı dəmir pəncərə.

quzğunı çox qara. qoyu qara. - quzğunı bir qara.

quzğun çox iri qarqa. - quzğun dənizi: xəzər dənizi.

quzıka quzu. quzımaq qurumaq. yeməğə iştihası gəlmək · - qurımaq. qurumaq.

quzu 1. hər nəyin özündən olub, özünə yapışıq olan kiçi. - portaqal quzusu. - barmaq quzusu: altıncı barmaq. 2. çox yumşaq, gəlimli kimsə. - quzıcığım. - peki "quzum". - nədi "quzum". 3. qoyun balası.
- quzu dərisi: amşan. əmşən.
- quzi bıtraq: bir göy adı.
- quzu qaburqasının düğü, kişmiş, fıstıqla dolması: qaburqa dolması.
- quzu qulağı: keçi qulağı: bir çeşit meyxuş yarpağ.
- ölü doğan quzunun dərisi. baqana. bağana. bağan.
- quzu kəstənəsi: kəstənə çeşiti.
- quzu çibanı: zərərsiz çiban çeşiti.
- quzu dərisi: kürk, qalpaq yapılan yumşaq, kəvrək, qısa qıvırcıq tüklü dəri.
- quzu dişi: cocuqlar çıxaran ilkin diş, ki yedi yaşına dək töküb dəğişir.
- quzu qulağı: yeməli göy çeşiti.
- quzu göbəyi: sarı göbələk çeşiti.
- quzudan yapılan yeməklər{. - quzu ciyəri. - quzu sarması. - quzu dolması. - qurzu başı. - quzu bozpöti}.

quzulamaq 1. bir cızığın yanında tapılan, görünən bir incə cızıq, kölgə. 2. yemişə yapşıq, bir balacasının doğması. - quzulamış əlçə.

quzulu 1. kiçik qapılı qapı qanadı. - gecə çağı qapı açılmaz, quzudan gələrsiz. - quzunu qapıyıb, qapını açıq buraxmaq: gicəlmək. aldatmaq. 1. balalı. kölgəli.

quzuyğur quzaquyğur. kölgəlik. qaraltı.

qübrə kübrə. sərgin. fışqı. günğüzka. - quş kübrəsi, tərsi: sağı. - quru kübrə: qığ. - quş tərsi: quş kübrəsi: sanq. sanğ.

qübrələmək gübrələmək. gücləndirər. - dəmir əğintisi toprağ gübrələr: gücləndirər.

qüc güc. 1. işgillik. zorluq. zəhmət. - işlər güclə keçdi. - güclə yapa bildik. 2. darğınlıq. iztirab. - gücümə gedir. - bular nədən sənin gücüvə gedir. 3. nəfs. - gücünü yenmək: nəfsinə üstün gəlmək. 4. qut. quvvət. 5. ağır. zəhmətli. 6. öyləcığa. öğlə. iş. toxa. məşquliyyət. 7. yal. zor. quvvət. yetə. yeti. zor. qudrət. - yallı ballı: yaraşıq gövdəli. 8. qeyrət. 9. qücü yetmək. çalım. qabiliyyət. umaq. qudrəti olmaq. çıxar. yararlıq. qabiliyyət. - onun yararlığı bəs bəllidir. 10. tuq. taqət. ixtiyar. iqtidar. - mənim tuqumdan dışarı. 11. yaraq. yarqa (> yarafars). zor quvvət. 12. qat. taq. tab. tav. çalış. zor. qaq. tabat. qudrət. döş. tuqş. tuş. 13. qıtat. qudrət.
- güc edmək: var gücün işlətmək.
- tuqu çatsa edər.
- güc quvvə: qol qanat. - qol qanatı kəsildi.
- güclü tapı, sənəd, dayaq: sağ qazıq. güvəniləcək. muridi e'timad.
- qusquna güc: iti qaçmaq.
- güclə, zorla, pozuq yolla, alınmış mal: qaparuz. qapsı.
- gücü billa: güc ilə. çox zəhmətlə.
- gücə sarmaq: çətinləşmək.
- görmə gücü: quvveyi bəsirə.
- eşitmə gücü: quvveyi samiə.
- qoxla gücü: quvveyi şamiə.
- tutma gücü: duyma gücü: quvveyi lamisə.
- anlama gücü: quvveyi müdrikə

qücə gücə. qaynadılmış bulğur. döğülmüş buğda.

qücəm gücəm. cücəm. ağacın yoğun, güclü olub gücərən, gövdə dalı.

qücəm gücəm. dözüm. cidam. qursaq. müqavimət. - qursaqsız: dözümsüz. müqavimətsiz.

qücƏmçi9 GücƏmçi9. zalim.

qücən gücən. arxası yaşıl, qarnı ağ bir quş.

qücəndirmək gücəndirmək. 1. quşqurtmaq. quyruğa basmaq. 2. tarqıtmaq. darğıtmaq. tarlatmaq. darlatmaq. münfəil edmək. 3. çətinlətmək. zorlandırmaq. - başı soyuqluq, qolay işidə gücləndirir. 4. qırmaq. könlünə dəğmək. üzmək. xatir yapmaq. - bu qədərlik az nərsədən ötrü ürəyin qırmayın. - mən səni qırmam. - gülən ürəklər qırılmasın.

qücəniklik gücəniklik. gücənmə. 1. darğınlıq. 2. infial.

qücənmə gücənmə. darğınma. qızğınlığ. gücənmə. hirslənmə. - indi çox qızğındı.

qücənmə gücənmə. gücəniklik. 1. darğınlıq. 2. infial.

qücənmək gücənmək. 1. darılnaq. tarılmaq. hırslanmaq. qızaqmaq. - sizin mənə gücənməyə çatız yoxdur. 2. qırılmaq. darılmaq. münfəil olmaq. - bilməm nədən mənə qırıldı.

qücənmiş gücənmiş. taqın. darğın. darılmış.- mənə darqınmısınız.

qüciq küciq. pərçəm.

qücin gücin. güc ilə. iztirari.

qüclə güclə. 1. çətincə. çətinliklə. zorla. dara dar. dardarına. ancaq. - axşam güclə evə çatdıq. - güclə yetişəcək. 2. qarğa bükən.

qüclədən güclədən. gügər.

qücləndirmək gücləndirmək. sıqmaq. quvvət vermək. bərkləşdirmək. təşdid edmək. gücəndirmək: çətinlətmək. zorlandırmaq. gübrələr: gücləndirər. - dəmir əğintisi toprağ gübrələr: gücləndirər. - başı soyuqluq, qolay işidə gücləndirir.
- bu işdə siz bizim əlimizi sıxdız: əlimizdən tudduz. - səsin sıxıb çığırdı. - bir biçiyi (hərfi) sıxmaq: təşdidlə oxumaq.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin