Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə84/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   80   81   82   83   84   85   86   87   ...   102

tolunmaq dolunmaq. ağınmaq. tıxınmaq. bikinmək.

tolunmaq dolunmaq. üfürülmək. şişmək.

toluş doluş. dolmaq işi.

tom yumar. yumur. yumrı. yuvar.

tomağa toplu köstək ki doğanın ayağına vurulur.

tomağı soyux dəğmə. zükam.

tomaq 1. ağacdan top. 2. çizmənin ağır, qalın çeşiti. 3. at üzərində daşınan qalın bir çomaq. ağac kərəz.

tomalan 1. dombalan. göbələk. 2. yumrı çiban.
- domalan: dombalan: tomuz alması.

tomalıc tomalnıc. hörgüclü. hörgüçlənmiş. çıxıntısı olan.

tomalmaq domalmaq. 1. dombalmaq. çömbəlmək. tümsəlmək. - duvar domalmış: qarın vermiş. 2. arxasın bükərək oturmaq. çökmək. əğilmək. - it tomaldı.

tomaltmaq domaltmaq. dombaltmaq. çömbəltmək. tümsəltmək. - yükü almaq üçün arxasını domaltmaq.

tomat - yaşıl tomat: bir para yeməklərdə işlənən çiğ tomat

tombaq altın qaplanmış qab. - tombaq ləgən.

tombalağ dombalağ. dümbələk. tümbələk. tumbalaq.

tombala 1. hoqqabaz yuvarlağı. 2. "loto" oyunu.

tombalaq dombalaq. tombul. yuvarlaq. şişman. - tombalaq cocuq.

tombalan dombalan. tomalan. göbələk. - dombalan: domalan: tomuz alması.

tombalmaq dombalmaq. tomalmaq. domalmaq. çömbəlmək. tümsəlmək. - duvar domalmış: qarın vermiş.

tombaltmaq dombaltmaq.tomaltmaq. domaltmaq. çömbəltmək. tümsəltmək. - yükü almaq üçün arxasını domaltmaq.

tombay dombay. manda. suv sıqırıka.

tombay su sığırı dişisi.

tombaz 1. gögərtəsiz (çatısız) olub, altı düz, çaylara salınan qayıq. 2. kiçik boşqa biçimində olub köprü altına qoyulan dəbbə. - köprü tombazı.

tombul gombul. apalaq. yapalaq. gündə. iri. tombalaq. dombalaq. yuvarlaq. şişman. - tombalaq cocuq. - dombul uşaq: qartopu.

tomrucuq tomruqcuq. tomurcuq. tumruq. yazda çırtmaq üzrə, qışın ağacların üstündə kiçik düğümlərin hər biri.

tomruqcuq tomrucuq. tomurcuq. tumruq. yazda çırtmaq üzrə, qışın ağacların üstündə kiçik düğümlərin hər biri.

tomrum - tomrum ağaç: kütük. kötük. kündə.

tomurmaq yemürmək. kəsmək.

tomuz qabalıq, pislik, güclülük simgəsi olan heyvan.
- tomuz yavrusu: çürpə. çörpə.
- tomuzdur bu: nə gobut kişidir bu.
- tomuz ayağı: 1. tüfəngdə işləyən bir burqu. 2. düşman ayağına batmaq üzrə, yol arasına atılan sivri uclu, üç bucaqlı dəmirdən, ayağ çəngəli, oltası.
- domuz balası: cocqa < cocuq. cocuq8.
- domuz burnu: qurlağan. dolama çeşiti. ət yaran.
- domuz quyruğu: bitgi adı.
- acı, qudurqan domuz: ılğıncar.
- domuz burnu: barmağı tutan şişli, irinli xəstəlik. qurlağan. tolama. dolama. ət yaranın yüngülü.
- tomuz arabası: bir çeşit yaraqlı araba.
- tomuz alması: domalan. dombalan.
- tomuz başı: sıraca (daül xinazir) xəstəliyi çeşitlərindən.
- tomuz balığı: yunis balığının böyüyü.

tomuzluq inadlıq. - genə tomuzluq tutdu.

ton don. 1. sat tükünün rəngi. - bu atın donu gözəl. - torı don: açıq don. 2. donat. bəzək. təzyin. - donlu donatlı ev. 3. boya. - qoyu al don, boya: kürən (at). 4. qın. geyim. örtük. qabıq. 5. şalvar. salvar ( salınıb, vurulan nərsə) ümka. yum. - don yağı: qəliz yağ.
- sıq don. yuxarısı bol, gen, aşağısı dar olan.
- bol, gen, qıssa iç donu: tuman.
- bir don bir köynək: özün örtməyə yalnız donla köynəyi əğnində olan.
- donun doldurmaq: tumanın doldurmaq: özün batırmaq.
- külə çalar at donu: durna qırı.
- qarailə qızıl arasında olan boya, don: turi. duri. - yağız duri. - kəstana duri. - açıq duri. - xurma durisi.

tona otaq. oturaq.

tonanma donanma. 1. şənlik. - donanma gecəsi. 2. döyüş gəmi toplusu.

tonat donat. don. ton. bəzək. təzyin. - donlu donatlı ev.

tonatım donatım. donatma. beton.

tonatma donatma. 1. donatım. beton. 2. süsləndirmə. bəzəmə. təzyin.

tonatmaq donatmaq. 1. bəzəmək. süsləmək. təzyin edmək. 2. geydirmək. 3. süslü düzən vermək. - toy üçün yemiş tablası donatmaq. 4. söyüb sayaraq alçatmaq. paylamaq. sıçıb sıvamaq. 5. hazırlamaq.

tondura dondura. muqatiə. peymani.

tonduraçı donduraçı. muqatiəçi. peymankar.

tondurma dondurma. toplama. yığma. yapma. qondarma. yasama. 1. bir yerə yığıb bütünləmə. 2. muntaj. 3. məsnoyi. təbiyi olmuyan. - dondurma daş: məsnoyi daş. təbiyi olmuyan.

tonğcımaq donğcımaq. buzcımaq. büzülmək. üzülüb darılmaq. köksü qısılıb qatılaşmaq, darılmaq.

tonğ don. buz.
- don çözülmək: buz ərimək.
- don havasıdır: havalar don gedir hava dona çəkir.
- don yağı: iç yağı ki maşınlara sürülür.

tonğra donğra. (< donğmaq). 1. buzlağ. 2. firizer. 3. donmuş bataqları olan sibir çölü. 4. baş qonağı. kəpək.

tonğuzlan donğuzlan. osurğan böcəyi. yer eşşəyi.

tonquraq naqus. qonğraqu. çınqıraq. qonraq. çan. zəng.

tonquşmaq tonğuşmaq. tönğüşmək. qözlərini dikərək bir şeyə saldırmaq. bir işi almadan qəbuldan çəkinmək. qözlərini tikərək, iğrənərək, baxmaq.

tonluq xələt. xələtlik.

tonmuş donmuş. 1. tonuğ. donuğ. buz bağlamış. camid. - əlləri donuq. - donmuş bataqları olan sibir çölü: tonğra. donğra. (< donğmaq). 2. donuq. balta. qat. dik. - qat dur. - hava soyuqdan qat kəsilmiş.

tonuğ donuğ. 1. donmuş. buz bağlamış. camid. - əlləri donuq. 2. ışıltılı, bərraq olmayan. dumanlı. tüssüli. bulutlu. boz. soluq. - donuğ sırça. 3. sığalsız. cəlasız. (təxdə. dəmir). 4. soluq. fərsiz. ruhsuz. - donuğ kişi. - donuğ göstəriş. 5. donmuş. balta. qat. dik. - qat dur. - hava soyuqdan qat kəsilmiş. 6. pozlu. mat. tumuq boyalı.

topaç 1. cocuqların qıbacla (iplə) döndürdükləri, təxdədən olub, soba (məxrut) biçimində, ucunda sivri bir çivisi olan oyuncaq. fırıldaq. pırlanqıc. 2. qayıq kürəyinin, qayığın içində qalan qalın, toparlaq yeri. 3. qıssa, qalın olaraq biçimsiz. 4. topaz. yaqutun sarı çeşitlərindən. zəbərcəd.
- topaç kişi. - topaç qıra, xiyar. - topaç yapı. - qısa boylu, tıqnaz, topaç olan: top topuz.

topaq 1. top. yumaq. yuvarlaq nərsə. - bir topaq ip, sap. 2. heyvan ayağının topuğu.

topalaq yuvarlaq. girdə. kəllək. kəllə biçimində. - topalaq kişi.
- bir topalaq pambıq: bir yumaq, bir yuvarlaq pambıq dəngi, dənəyi.
- topalaq köki: "xolıcan" çeşiti.
- topalaq ağacı: "xolan" deyilən ağac çeşiti.

topal 1. ağsaq. ləng. 2. ayaqlı nərsənin ayaqlarından qırığı olan. - topal miz. - topal səndəl. 3. qusurlu. mə'lul. səqət. - kor topal.

topar külçə. arıtlanmamış dəmirsilər.

toparlaq 1. yuvarlaq. kəllə biçimində əni boyu bir olan. - toparlaq kişi. - tos toparlaq cocuq. 2. top arabası qoşularından olan cübbəxana sandığı.
- tos toparlaq devşirilmək: çörəklənmək. çövrəklənmək. çömbəlmək. çönbəlmək. qıvrılmaq. qanğallanmaq. - ilan, köpək qıvrılıb yatmış.

toparlamaq - buxca, heybəyi toparlamaq: yetmək. yidmək. yetəmək. yətirmək. uclarını birləştirmək.

toparlamaq 1. top edmək. yığıb yuvarlamaq. - xəmiri topalamaq. 2. yığıb takımı ilə götürmək, qabağına qatıb gedmək. - süşman əsgərlərini toparlayıb çəkib geddi. - var yoxun toparlayıb getddi.

topaz topaç. yaqutun sarı çeşitlərindən. zəbərcəd.

topcıq qozalaq. - su qozalağı: köpük. hubab.
- damqa qozalağı: bal mumu üzrəni basılan damqanın izi pozulmamaq üçün, üzərinə yapışdırılan fil dişindən qapaqcıq.

topdan yapış içaçsız. bürümə. təfsilatsız. təfərrüatsız.

topdan birlikdə. birdən. cümlətən. məcmuə'n. götüri. çubuğ. çubuğa. hərrac. doldurma. çəksi, dartısı, ölçüsü olmayan iş. məqtu'. yığınilə. külliyyətən. - götüri satış. götüri bazarlığ. - evi götüri yapdırdı.

top 1. yuvar. yuvarlaq. girdə. kürə. şar. qozaq. yuvarlaq. qabar. quy. qoy. yuvarlaq.- yer topu: yer kürəsi. 2. yuvarlaq. girdə. kürəvi. - top üz. - top kahı. - top aqasya. 3. barut, kələ ilə doldurulub atılan böyük yaraq. - qala topu: yerə top. topun yerisi. - çöl topu: düz yerdə işlənən, təkərləkli, heyvanlarla çəkilən top. - dağ topu: sarp yerlədə işlənən, qatır dalında çəkilən top. 4. topun atılması, boşanması, səsi. - salam topu. - iftar topu. - alqış topu. - sağu topu: böyüklərin ölüsün quylayanda, yaslarında atılan top.- yanqın topu. - san topu. - dan topu: səhər topu. 5. bütün. həpsi. həp. - topu gəldilər. topunu gördük. - gözəllərin topuna qurban. - topun sən götürdün, bəs bizə nə qaldı. 6. yığılmış. toplanmış. məcmu'. - top yekun. - həpsini to:p edəlim. 7. - tor top edmək: düzənsiz biçimdə yığıb yığışdırmaq. - paltarların tor top edib, bir buxağa atdı. 8. - topdan: birlikdə. birdən. cümlətən. məcmuə'n. 9. qatlanıb bağlanmış, bir dəngə, tay, bağ, dəsdə bəsdə halına qoyulmuş nərsə. - parça topu. - ip topu. - kağız topu. - şərit topu. - qeytan topu. 10. taqa. 11. topaq. yumaq. yuvarlaq nərsə. - bir topaq ip, sap. 12. öbək. öpək. obaq. oba. yığın. bölük. toplu. avcuman (< av. ev). tığın. yığın (< yığıqın). eldar (< eldər). idarəli. - topa vurmaq: tulmaq. - top qundağında, parça tıxılacaq güclü çəngəl: qoç buynuzu
- top yoluna gurlamaq: havayı yerə gedmək.
- qar topu: {1. yuvarlanıb böyük top yapılmış qar yığını. 1. oynamaq üçün əldə sıxdırılb top yapdıqları bir avuc qar. 3. ağ çiçək çeşiti. 4. çox ağ, səmiz olan kişi, cocuq}.
- top qəməsi: topun quyruğunda qapaq işini görən ayqıt.
- ışıq topı: ışıq damlası: çox gözəl cocuq.
- top tüfəng sapartasına düşmək.
- topun qalın çəmbəri: biləzik.
- el top top (öbək öbək. obaq obaq. oba oba) oturmuşlar.
- evləri var oba oba (öbək öbək.öpək öpək).
- 1. sıx bağlanmış top nərsə: qondaq. qundaq. 2. təkərləksiz top yatağı: qondaq. qundaq.
- su qozağı: su qabarı.
- top saqal.
- ucunda, başında topu, yuvarlağı olan: toplu.- toplu çadır. - toplu iğnə.
- ağacdan top: tomaq.
- parça topu: taqa.- sopalı taqa. - bir taqa şal. - altın uluq taqa: som sırmalı taqa. qızıl sırma ilə işlənmiş parça topu.
- top arabası qoşularından olan cübbəxana sandığı: toparlaq.
- top topuz: qısa boylu, tıqnaz, topac olan.
- top atmaq: top boşaltmaq. yazıq olmaq. sınmaq. iflas olmaq. - çox tükanların topu atıldı. - onunda topu atıldı.
- topu atmaq: ölmək. - oda topu atdı.
- top atımı: 1. bir kərə top boşanması. 2. topun atdığı kələyin vardığı yer.
- top arabası: top daşımağa iki təkərli, alçaq araba.
- top altı: qala alanı: qala meydanı: qala topları üçün açıq, alçaq kiçik yer.
- altın topu: çox gözəl kiçik cocuq.
- top ambarı: üç gögərtəli gəmilərin orta qatı.
- topa tutmaq: topla döğmək.
- top yoluna gedmək: topa gedmək: boşuna, havayı gedmək. hədər olmaq.
- top kimi: quşqusuz. həmən.
- qar topu: {1. yuvarlayaraq qardan oluşan böyük yığın. şəpə. qar şəpəsi. bəhmən. 2. bir birinə vurmaq üçün, əldə sıxıştırıb, yuvarlatıb qar gülləsi. - qar topu oynamaq}. 3. ağ dombul uşaq. 4. çiçək adı.

topla xərmən yabasının üç barmaqlısı.

toplam conqfars. (< çönək9. çöngək). yığın.

toplama tondurma. dondurma. yığma. qondarma. yasama. 1. bir yerə yığıb bütünləmə. 2. muntaj. 3. məsnoyi. təbiyi olmuyan. - dondurma daş: məsnoyi daş. təbiyi olmuyan. 4. dərmə. devşirmə. cəm. təhşid. iqtaf.

toplamaq 1. devşirmək. yığmaq. 2. sarmaq. çəkmək. qaldırmaq. çırmamaq. - saçıvı topla. - ətəyivi topla. 3. birikdirmək. zəxirə edmək. - bunlar nədir belə toplusun. - çox toplayan, bükünə (poxuna) düşər. 4. qatlamaq. - yataqları qatlayın. 5. çağırmaq. də'vət edmək. - bütün tanışların topladı.
- kəndini toplamaq: iyiləşmək. - çox keçmədən yaxcı özün topladı. 6. dərmək. devşirmək. yığmaq. cəmləmək. xarmanlamaq. qarmanlamaq. yığmaq. təvşirmək. dəvşirmək. devşirmək. yığmaq. cəmləmək. iləmək. iliştirmək. yığmaq. çatdırmaq. üşirmək. qoşmaq. yığılmaq. dəvşirmək. devşirmək. yığmaq. dəğmək. 7. qanğırmaq. qanırmaq. qasmaq. qoparmaq. 8. albaqlamaq. altaqlamaq. alqaqlamaq. alqatlamaq. yığmaq.
- üzüm devşirmək. - kitab devşirmək: kitab bağlamaq.
- bu parçaları ilib, torba tikin. - ilməklənin əyləşin.
- para devşirmək.
- döndərib, çevirib toplamaq, yığmaq: qanğırmaq. qanırmaq.
- şəritdən paltarları deşir.

toplanan tərilgənka. dərilən. dirilən. dərgilgən. dirgilgən. yığılan.

toplanılmaq (əkin. yemiş). kəsilmək. düşürülmək. qoparılmaq. - indi yemiş qoparılmaz.

toplanış toplanma. yığılma. birikiş. birikmə. ictima.

toplanma toplanış. yığılma. birikiş. birikmə. ictima. dərnək. cəmiyyət. toy. yığva.

toplanmaq dərilmək. yığılmaq. deşirilmək. cəmləşmək. üşmək. qoşmaq. yığılmaq. qurulmaq. ictima edmək. səmirmək. düzəlmək. çətinlikdən qurtulmaq. - bir az toplandı, genə işlərin başdan tutdu. - çəkilib toplanmaq: qıvrılmaq. əğrilmək. bükülmək. qırtılmaq. qatlanmaq. - iplik, saç, qıl qıvrıldı. - bu kitabın yapraqları qıvrılmış. - qıvrıla qalmaq: gəbərmək.
- el bir yerə dərildi. - üzümlər hələ dərməyib.

toplanmış 1. toplu. düzənli. səlqəli. dağınıq olmayan. müntəzəm. mürəttəb. - toplu idarə. - toplu şəhər. - toplu iş. - toplu paltar. - toplu kitabxana. - toplu yığva. - toplu sayı: hesab. dərli toplu qadın. 2. yığılmış. top. məcmu'. - top yekun. - həpsini top edəlim. 3. yığındı. qalabalıq. izdiham. - bu yığıntı nədir.

toplantı ilmək. yığın. yığva.

toplaşmaq üşüşmək. qoşuşmaq. yığlışmaq.

toplayan xərmənçi. qarmançı. yığan.

toplayış toplaş. eanə yığma. pul yığm.

toplu 1. ucunda, başında topu, yuvarlağı olan. - toplu çadır. - toplu iğnə: götdü iğnə. dibli iğnə. 2. toplanmış. düzənli. səlqəli. dağınıq olmayan. müntəzəm. mürəttəb. - toplu idarə. - toplu şəhər. - toplu iş. - toplu paltar. - toplu kitabxana. - toplu yığva. - toplu sayı: hesab. dərli toplu qadın. 3. müəddəb. tərbiyəli. - toplu uşaq. - toplu otur. 4. səmiz. bəsli. ətli. dolu. arıq olmayan. - bu kərə onu toplu gördüm. 5. tıqnaz. 6. avcuman (< av. ev). tığın. yığın (< yığıqın). eldar (< eldər). idarəli.
- toplı olmayan: dağınıq. yavan. yayvan. pərişan. ğeyri məzbut.
- toplu iğnə: göttü iğnə. dibli iğnə.
- toplu olmayan: yaymaçı. dağınıq. pərişanlıq.
- avuc kimi toplu yer: dərə içi. toqqa. tuqa. tuqa.
- toplu köstək ki doğanın ayağına vurulur: tomağa.

toplum qoşı. taxım.

toppuz qoppuz. qompuz. şişilmiş. şişirdilmiş.

toprağı (toprağı) işləmək. kullamaq. sürmək.

topraq - toz topraq: avar. avraq. oğraq. oğuq (< oğmaq). hər nəyin oğuntusu.

topraq - üzü toprağa: üzü quyi. üzü aşağı.

topraq (daşın qarşıtı). daş olmamış nərsə. açaq.

topraq yer. ərz. zəmin. yurt. yirim. alçaq. yer. qarmaq. qara yer. qara qızıl.
- işlənməmiş, çiğ çalılı topraq: bozca.
- duvarı boyamaqda, işlənən qırmızı, sarı topraq: aşı boyası. - azərbayxan toprağı. - rum toprağı. - topraq yiyəsi.
- daş topraq tökülməklə düzəlinmiş nərsə: tolma. dolma. - dolma duvar. - dolma təpə.
- çürük, boş, bataq topraqda su içində, tikilən yapının təməli olaraq, sıra ilə yerə soxulan dirəklərin hər biri: qazıq. - qazıq üzərinə yapı tikmək.
- su yerə batıb, topraq tavlanmaq, dolmaq: soğışmaq.
- topraq koma, külbə: turluq. turlaq.
- topraq basdı: bir yerə girməyin vergisi.
- ata topraq: kökən topraq.
- quru toprq: döşənməmiş yer.
- topraq boya: topraq rəngi.
- qara topraq altda yatmaq.
- daş topraq altda yatmaq.
- toprağı işləmək.
- qara topraqlara keçmək.

topraqsin oğuntu. xəkə. açaq.- kömür açağı.

topuq 1. ayağı baldıra bağlayan boğumun quran yumru. - topuq sınırı. - topuq gəmiyi. - ayağım topuğuma dək sudadı. 2. ırmaq ağzının bir az açıq yerində qumdan qurulan topar, sədd. - çay topuğu. 3. dirəyin, sərənin. kərəstənin yoğun aşağısı. - onurğa topuğu: gəminin omurğasının arxa yanının dibi, quruğu. - topuq çalmaq: yerirkən topuqların birbirinə çarpdırmaq. - çamur topuqlara çıxmaq.
- heyvan ayağının topuğu: topaq. 4. çək. sınır. hədd.- mənim topuğuma kim çatar. 5. misil. oxşar. - topuq topuqa: birə bir. bərabər. musavilik. - topuğuna varmaq: əşişmək. əşləşmək. birləşmək.

topuqlamaq ayaqlamaq. yarıqlamaq. bərabərləmək. birləmək. müsaviləmək. tarazlamaq.

topuqlaşmaq ayaqlaşmaq. yarışmaq.

topuntu Cihazfars < yığac.

topuz ucu toxmaqlı sopa. - topuz altında: güc altında. zor altında.

topuzluq qotuzluq. təpəlik. qotazlıq.

toraman iri, qanmaz gobud gənc. qılıqsız. gicbəsər.

torba tobra. - qıldan yoğurt tobrası: köynük.
- arpa tobrası: köynük.

torba < tobra. 1. böyük kisə. dağarcıq. dağar. 2. gövdədə oluşan sarqıq şiş, ur. 3. daşşağın duran kisəsi, torbası. - torbası şişmiş.

torğu sərçənin kiçik çeşiti.

torı - torı don: açıq don.

torına okinoz deyilənə balıq.

tor 1. "to" ilə başlayan bir çeşit sözlərin vurqulamağ üçün önünə gəlir. - tor top. 2. ağ. örgü. hörgü. hörük. örük. 3. hörük kimi yapılmış nərsə. - tor quşaq. - tor börk. - tor taqya: tor başlıq. - tor : ufaq gözlü balığ ağı (toru). (iri gözlüsünə " fanya" deyilir. - tor kisə: iki başı qapalı, ortası yarıq, hörmə kisə. 4. toy. çiğ. pişməmiş. yetinməmiş. əcəmi. gənc olan.
- tor top edmək: düzənsiz biçimdə yığıb yığışdırmaq. top. - paltarların tor top edib, bir buxağa atdı.

torlaq 1. budala. sapıq. səfeh. 2. alışmamış. çiğ. - heç yoxdan, torlaq yeğdir.

torlamaq dövrləmək. dövrələmək. dövürləmək. toplamaq. devşirmək. buxcalamaq. boğcalamaq. paketləmək.

torluq turluq. durluq. devlət yeri. rəsmi yer.

torpı hər nəyin oğuntusu. - qızıl, dəmir torpusu.

tort tortı. dürt. bir para suyuq nərsələrin dibinə duran quyu nərsə. köçək. köçələk. çökündi.

torta türd. dürd. otur. çökə. - suçu oturu. - yağ əridilirkən oturu oturur.

tortı tort. dürd. bir para suyuq nərsələrin dibinə duran quyu nərsə. köçək. köçələk. çökündi. - üzüm tortısı: cıra. - sucu (şərab) tortısı. - yağ tortısı. - qəhvə tortısı: təlvə.

tortılı tortlı. dürtli. 1. köçəkli. köçələkli. çökünrüli. bulanıqlı. pusalı. 2. pırraq, bərraq olmayan. təsfiyə olunmayan.

tortlı tortılı. dürtli. bulanıqlı. 1. köçəkli. köçələkli. çökünrüli. pusalı. 2. pırraq, bərraq olmayan. təsfiyə olunmayan.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin