toqulğa toğulğa. başlıq. tavulğa. başa qoyulan dəmir börk. miğfər.
toqumaqtoxumaq. yaratmaq. bəzəmək. düzəltmək.
toqumaqtoxumaq. 1. silkmək. çırpmaq. - ağac toxumaq. 2. atqılamaq.
- iq (iğdə) kimitoxumaq: çox gedib gəlmək. çulxalar kimi tez tez ipliyi qərqərələrə sərdikləri kimi. - bu gün axşamacan iğdə toxudum.
- incəəliyib, sıxtoxumaq: çox incələmək. dibinə gedmək. hər nəyə çöb qoymaq.
toquntoxun. toxnaq. 1. pozun. pozma. zərər. ziyan. - bunun bizə toxunu yoxdur. - bundan nə toxun gözlənilir. - bir belə toxnaqın altından çıxmaq olmaz. 2. başa vurma. şəmatət. sərzəniş. - toxnaqa düşdük. 3. işləmə. keçmə. etgi. tə'sir. - onun varından bizə toxun yoxdu. - toxunun azaltmaq. - toxunun güclətmək.
toqundurmaqtoxunmaq. tutmaq. dəğmək. məs edmək. - kirli əl ilə ağ paltarı tutma: toxunma. - qısqaç issidi, tutma yaxar.
toqundurmaq1. iliştirmək. ləms etdirmək. təmas etdirmək. - bu yağı gözüzə toxundurmayın. - heç yana toxundurmuyaraq, buları burdan götürün. 2. incitdirmək. sataşdırmaq. - bu yazıq kişini, cocuqlara toxundurmayın. 3. sözü dolayısı ilə, simgə ilə yerinə göndərmək, çatdırmaq. - sözünü mənə toxundurmaq istədi. 4. zərər yetdirmək. ziyan verdirmək. pozdurmaq. - heç kimə toxundurmayın. - qonşu qonşuya toxundurmasın.
toqunlıtoxunlı. toxnaqlı. 1. pozan. zərərli. ziyanlı. - bunun bizə toxunlusun ayırın. - bundan nə toxunlu söz gözlənilir. - bir belə toxnaqlı işlərin altından çıxmaq olmaz. 2. başa vuran. sərtcə. güclü. - toxnaqlı düşüncə. 3. işlər. keçər. etgili. tə'sirli. - onun varından bizə toxunlı bir nə yoxdu. - toxunlı soyu. - toxunlı söz.
toqunluq kin. öc. qərəz. - birinə dolqunluğu olmaq.
toqunmaq - toxunub qapıb içinə işləmək: tutmaq. - dəniz tutmaz məni. - arax biləsin tutmuş.
toqunmaqtoxunmaq. tutmaq. dəğmək. toxundurmaq. məs edmək. - kirli əl ilə ağ paltarı tutma: toxunma. - qısqaç issidi, tutma yaxar.
toqunmaqtoxunmaq. 1. ilişmək. sürülmək. ləms etmək. təmas etmək. - əli gözünə toxundu. - heç yana toxunma. 2. əl sürüb, əl dəğib pozmaq. xərablamaq. - uşaqlar, qonaq yeməyinə toxunublar. - əğrəti qoyduğum nərsələrə toxunublar. 2. incitmək. sataşmaq. - bu yazıq kişiyə toxunma. - bizə toxundu. 3. etgiləmək. işləmək. keçmək. əsər edmək. - mənə onun sözü toxunmaz. - sizə eləbil çox toxundu bu. 4. iti, tünd olub götürmək. tutmaq. - bu içgi tez toxunur. - hər çeşit tütün mənə toxunur. 5. qussələtmək. üzmək. - bu mahnılar mənə toxunur. 6. zərər yetirmək. ziyan vermək. pozmaq. yaramamaq. rahatsızlamaq. - bu gubba gubba qulğıma toxunur. - heç kimə toxunmuyun. - qonşu qonşuya toxunarmı. - hər yeməyin çoxu toxunur. 7. dəxalət, təcavuz edmək. - kimliyinə toxunmaq. - qonşu işinə toxunmaq. - suyasabınatoxunmamaq: heç kimə zərəri dəğməmək. 8. nərsiyə dolayısı ilə, keçərək dəğmək. işarə edmək. - söz arası dizə toxundu.
- suyasabınatoxunmamaq: kimsə haqqında ziyanı olmamaq.
tolamaqdolamaq. 1. tovlamaq. tövləmək. tavlamaq. təvləmək. ip bağlayıb dolandırmaq. alqatmaq. aldatmaq. 2. çevirmək. çevrəmək. quşatmaq. yörəyə, çövrəyə döndərmək. - başına bi şal dola. - belivə bir quşaq dola, soyuqdu. 3. nərsəni birinə yükləmək. ağır, işgilli bir nəyi, birinə göndərmək, ilişdirmək. aldatmaq. oyalamaq. oynatmaq. baş qatmaq. yozmaq. iğfal edmək. - bu işi mənim başıma doladı.
tolamadolama. 1. gen bol çuxa çeşiti olub, iç paltarı kimi, önü açıq olaraq qavuşdurulub, üstünə quşaq bağlanılır geyim. 2. entari. rub dö şambr. 3. barmağı tutan şişli, irinli xəstəlik. qurlağan. ət yaranın yüngülü. domuz burnu.
- dolamaçeşiti: qurlağan. ət yaran. domuz burnu.
tolambac ( m <> n ) tolanbac. - dolambac ırmaq. qırx keçid. çay boyu gedmək üçün çoxlu kərələr butay o tayına atlamağlı olan ırmaq.
tolamıqdolamıq. duzağ. ağ.
tolamdolam. sarım. bir dövürdə sarılan ölçək, miqdar. sarığa (əmmamiyə) sarılan hər dövür. sarılan nəyin, bir kərə sarılması. - bu sapdan iki dolam verin. - on dolamlı sarğı. - onun sarığın beş dolam dola.
tolanbac ( n <> m ) tolambac. tolanı. dolanı. dönə dönə bükülmüş. bərk dolaşıq qarışıq. dalan ba dalan. dolan ba dolan. labirəntlatin.
- çoxdolanbaclı: çox yapraqlı. qatmarlı. qatmar. lay lay, qat qat olan.- qatmar çiçək. - qatmar çadıra. - qatmar manto. - qatmar börk.
tolandıran dolandıran. baqan. baxan. qoruyan. idarə edən. idarəçi. dayrəçi.
tolaşdırmadolaşdırma. dolandırma. çevirmə. döndürmə. idarə
tolaşdırmaqdolaşdırmaq. 1. döndərmək. dövr etdirmək. çevrətmək. gəzdirmək. - tamam çüçələri dolşdırdıq. 2. kəsə, doğru, düz yoldan yox, sapa yoldan götürmək, apartmaq. - bizi haralaracan dolaşdırdı. 3. çevirmək. sarmaq. - ayağına ip dolaşdırdı. 4. quşatmaq. devrəsin çevirmək. mahasirə edmək. - şəhəri qoşun ilə dolaşdırdı. 5. üstələtmək. müsəllət edmək. - bu bəlanı başıma dolaşdırdı. 7. gəzilmək. yürünmək. - çimndə gəzilməz. - gecə çağ gəzintisi.
tolaşmaqdolaşmaq. 1. gəzişmək. çəpə çevrə gəzmək. dönmək. dövr, cəvəlan edmək. - dan ertədən ( sabah tezdən) çüçələri dolaşırıq. - qırlarda (çöllərdə) dolşıb durduq. 2. gəzmək. dolanmaq. səyahət edmək. 3. yayılmaq. nəşr olmaq. şaye' olmaq. - böylə bir söz dolaşır ki. 4. qarışmaq. giript olmaq. - dolaşmış saçlar. 5. düzdən, doğrudan getməyib, dolşıqlı pımaq. ötə bəriyə ( oyan buyana) sapmaqla uzamaq, uzanmaq. - bu yol çox dolaşır. - düz yolu qoyub, dolaşmış yollarda itən canıva qurban. 6. dönüb başqa bir yandan varmaq, çatmaq, girmək. - ön qapı qapalı olduğundan, arxadan dolaşdıq. - çayın aşağısından dolaş gəl. 7. boş boşuna gəzib durmaq. - burda nə dolaşırsan. - dolaşa dolaşa yaşın sürüb geddi. 8. gəzib yoxlamaq. - bütün otaqları dolaşdıq.
- qapıqapıdolaşmaq: hər yana baş vurmaq.
- arxasındadolaşmaq: axtarmaq.
- ayağadolaşmaq: əngəl' mane' olmaq.
- ayaqdolaşmaq: doğru yeriyəmiyib, kefli kimi yerimək.
- dörddolaşmaq: o yan bu yana baş vurmaq. dlqın bulunmaq. iztirabda olunmaq.