Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə93/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

varsat varsaq. vəsilə.

varsış vərziş (< varmaq). edmən. idman.

varun çönmüş

varuş yapı, bina, qalanın dışarsında olan boşluq. meydan.

vaşaq qara qulağın böyügü. pişik çeşitində olub dərisindən kürk yapılır.

vaşar pincin başına keçirilən vaşar. somi. somun. sumun.

vatuz qalfana balığ çeşitlərindən, ki bir çeşitinin adıda tırpanadır.

vaz (vaz <> baz <> var) - vaz keçmək: var keçmək. baz keçmək. yanqılmaq. genilmək. engilmək. - vaz keçmək: əl çəkmək: əl üzmək. sərfi nəzər edmək. tönqülmək. ümidini kəsmək. səvritmək. ərtürmək. bağışlamaq. qəbullanmaq. keçirmək.
- vaz geçmə: tönmə. udul. - sözündən vaz keçdi.

vellənmək qoyvanmaq. duruqsamaq. yubanmaq. - işlərində qoyvanma.

verdiş verliş. berdiş. bərnamə. günki. götüri. götri. göndəriş. pəxş. - saat on ikidə radyolun son göndərişidir. - günkidəkilər: bərnamədəkilər. - günkilər: bərnamələr. - gün günkisi: bu günkü işlər, sözlər, görcəklər. - bu günki çox uzun sürəcək. - günkini üçə bölüblər: bərnaməni üçə bölüblər.

verəcək borc.

verəcəkli borclı.

verə vərgiş. 1. təslim. - qalanı verə ilə aldılar. - qala verə gəldi alındı: təslim olmaq. 2. düymə. kilid. maşınalarda çevrilməyə yol verən kumanda. 3. bərə. mərə. mirə. mürə. əbə. hey. əyə. yansıma sözlər. verəsiyə. kəsməksizin. arasız. bir düzüyə. davamlı. müttəsil. - verə gəl ged varıdı. - verə söylür. - verə vurdu. - vərə demədimmi. - vərə qardaş.

verəmək verə gəlmək. təslim olmaq.

verən - yeddi verən: bir ildə neçə kərə güllənən, bar verən nərsə.

verəsiyə verəsi. verə. kəsməksizin. arasız. bir düzüyə. davamlı. müttəsil. - verə gəl ged varıdı. - verə söylür. - verə vurdu.

verəsiyə verəsi. verə. kəsməksizin. arasız. bir düzüyə. davamlı. müttəsil. - verə gəl ged varıdı. - verə söylür. - verə vurdu.

vergi vəriş. veriş. bağışlama. ehsan. ətiyyə. - illığ vergi: salğın.

verim səmər. hasıl. məhsul. - verimli ağac. - verimli topraq.

verimli səmərli. hasıllı. məhsullı. - verimli ağac. - verimli topraq.

verimsiz yakın. yakır (< yaxmaq). qısır. doğmaz. doğurmaz. əqim.

veriş vermə. əta'.
- görməcə alış veriş: görməcə. görmək şərti ilə.nərsəni görüb baxmaqla almaq.

verliş verdiş. göndəriş. pəxş. - saat on ikidə radyolun son göndərişidir.

vermə ödəmə. vəriş. veriş. əta'. bağışlama. veriş. əta'.
- vermə alma: ərz o tələb.

vermək 1. əda edmək. - onun həqqi verildi. 2. isnad edmək. nisbət edmək. yapışdırmaq. - ona böylə bir iş veriləməz. 3. yormaq. saymaq. açmaq. həml edmək. - hər kəs öz oyun (fikrin) yorar: verər. - iyiyə yormaq: yaxcıya açmaq. 4. atmaq. qomaq. qoymaq. yüklətmək.- hər kimə bir iş qoydu. - bu mala çox yük qoma. - basqın vermək: cumaqa, hicuma üzləşmək. bir işəə uğraşırkən tutuqlanmaq.
- itib, itəliyib vermək: yollayı vermək: tayamaq. dayamaq. təslim edmək. dartmaq. serv edmək. servis vermək. - gedər getməz bir acı qəhvə dayadılar. - bir yeməkdən qurtulmamışdıq ki, elə öbür yemək dayandı. - bu nədi dayadın mənə.
- acımıyaraq qoymaq, vermək, edmək: bağışlamaq. bəzl, fəda edmək. əsirgəməmək. qıymaq.- parasın qıyamır. - parasına qıyıb bu kitabı almadı.
- usulca vermək: sıxışdırmaq. soqışdırmaq. tıxışdırmaq. - dilənçinin əlinə bir neçə para soxuşdurdu.

veyran Kas boya. mat (boya). şavsız. bulaşιq. unqundal8.

vərdişlətmək yavaşdırmaq. alışdırmaq. yumşatmaq. öğrətmək. tə'lim edmək. tə'nis edmək. amuziş vermək. əmişdirmək. əmzişdirmək.

vərəq < bərək > bərg. yapraq.

vərgiş verə. 1. təslim. - qalanı verə ilə aldılar. - qala verə gəldi alındı: təslim olmaq. 2. düymə. kilid.

vəriş veriş. 1. vermə. əta'. bağışlama. 2. vergi. ehsan. ətiyyə. 3. çıxışma. paylama. tə'ziz. 4. maamilə. 5. münasibət. 6. satış.

vərziş varsış. (< varmaq). edmən. idman. yenir. görnək. alış. adət.

vıcıq mıncıq.

virana yıxıntı. xəraba.

vırğın vurğun. sərsəm. şaşqın. sanğı. fikirli. xiyallı. ohamlı. budala.- başı sanğı, beyni sanğı. - sanğı kişi.

vırğınlıq vurğunluq. şaşqınlıq. sanğılıq. ohamlıq. budalalıq. sərsəmlik.

vırqaç vurqaç. qovqa. çəkbək.

vırqın urğun. vurğun. bəla. - urğuna düşmək. yaralı. vurulmuş. - urğunlar: yaralılar.

vırqış vurquş. təpiniş. təpiş. həyəcan.

vızıltılı qırlı. dinc durmayan.

vulqan > volkan. burkan. bulqan. yanar (dağ).

vuran qaqan. çalan. çırpan. qarqan. qarqan. (< qaqmaq: vurmaq). - ağac qaqan: ağac dələn: qaqası ilə ağac qabığına çalan quş.

vurdi gəldi vardi gəldi. Əgər. gərəkirsə. bardı gəldi8.

vurğun 1. urğun. vırqın. bəla. - urğuna düşmək. yaralı. vurulmuş. - urğunlar: yaralılar. 2. vırğın. sərsəm. şaşqın. sanğı. fikirli. xiyallı. ohamlı. budala.- başı sanğı, beyni sanğı. - sanğı kişi.

vurğunluq vırğınlıq. şaşqınlıq. sanğılıq. ohamlıq. budalalıq. sərsəmlik.

vurqaç vırqaç. qovqa. çəkbək.

vurqu vurma. urma. qımıltı. tıpırti. oynama. xələcan.

vurqulu çitik. bərk. sərt. dönməz. sağlam. əkit (< əkmək: dayaqlamaq).

vurqun 1. uruq. vuruq. vurulmuş. aşiq. 2. avsuq. avusq (> avizfars). avuz. asılı. aslaq. tutqun. salqun. düşgün. 3. əmrən. əmə. imə. himə. kökə iyə olan kimsə. ərmin. ərgin. çatmış. yetmiş.
- vurqun olmaq: tapınmaq. məftun olmaq. - el oğlu toprağa tapınar.

vurqunlanmaq təlirmək. dəlilmək. çıldırmaq. aşiq olmaq.

vurqunlatmaq təlirtmək. dəlilətmək. çıldırtmaq. aşiq edmək.

vurquş vırqış. təpiniş. təpiş. həyəcan.

vurli cidamlı. qursaqlı. dayaqlı. ərkəli.

vurma 1. urma. döğmə. tayaq. dayaq. zərb. zərbə. urma. urqu. uru. vurulmuş, çarpılmış, ayrılmış yer. - çayır urusu. - otlaq urusu. - özəl uru. - dayaq atmaq. - dayaq vurmaq. - dayaq qınatı: çubuq cəzası. - dayaqın qaytarmaq. - dayaq dayaq döğdülər: çoxlu çubuqlarla vurdular. 2. vurqu. urma. qımıltı. tıpırti. oynama. xələcan. 3. sədmə. çarpma. çatma.- gəmi sədmiyə uğradi. - görüm səni sədmiyə uğrayasın.
- bir yerə vurma: bir yerə əks etmə: bir yerə çarpma.

vurmaq (böcək. heyvan) gəgələmək. çalmaq. sancmaq. soxmaq. ısırmaq. ursalamaq. bərələtmək. zədələmək. oramaq. uramaq. qırmaq. oraqlamaq. basmaq. qoymaq. qomaq. çalmaq. yamamaq. yamamaq. çalmaq. qaqmaq. çalmaq. tıpırdamaq. qımıldamaq. oynamaq.- ürəyim tıpırdır.
- vurub qoparmaq. talamaq. dalamaq. talanlamaq. yağmalamaq. qənimət, əsir götürmək. - qız dalamaq: tutub əsir götürmək.
-
vurub əzib yuşmatıb, yıpratmaq: vursalamaq. ursalamaq.- bu kağazın qıraqları ursalanmış.
- qünəş vurmaq: qünəş çarpmaq. qünəş keçmək: qünəş etgiləyib xəsdə edməsi.
- birbirinə vurmaq: toqamaq. toxuşdurmaq- çəkişi barmağıma yamadım.
- çəkişi barmağıma yamadım.
- topa vurmaq: tulmaq.
- barmaq basın.
- yemişlər sandıqda ursallanıb. əzib yormaq. bıqtırmaq. incitmək.
- bu sözlər məni ursaladı.

vursalamaq ursalamaq. vurub əzib yuşatıb, yıpratmaq. - bu kağazın qıraqları ursalanmış.

vuruq uruq. 1. ırıq. ılıq. ilik. boy. bölük. şö'bə. 2. vurqun. vurulmuş. aşiq.

vurulmaq - ürəyi vurulmaq: açımlanmaq. soğumaq. iştahdan düşmək.

vurulmaq bitmək. - bu ata bitdim.

vurulmaq sançıqmaq. yənilmək. sancılmaq.

vuruşma qıtqıl. qırqıl. qıtal. qırqın. savaş. - aralarında qıtqıl üz verdi. - qıtqıl qırqıl: döğüş savaş.

yab yap. yapca. yappac. oğrın. yavaşca. - yab yab: yap yap. yapca yapca: yabbac: oğrun oğrun.

yaba yapa. 1. həp. bütün. bütünlük. 2. atqı. əkin bağlarını birbiri üstünə atmaq ayqıtı. 3. azqın. asav. vəhşi.
- xərmən yabasının üç barmaqlısı: topla.

yaban - yabanı ördək çeşiti: tamat.
- yaban noxudu: duzlı ot.
- yaban arı: sarıca.
- yaban eşşəyi: qulun.
- yaban qoyunu: dağ qoyunu. arqalı.
- yabana atmaq: aşağ atmaq. aşağıya atmaq: etibar edməmək.
- yaban soğanı: yabanı soğan. gömürən.
- yabana atmaq: saymamaq. e'tibar edməmək. - bu sözü yabana atmayın.
- sözüm yabana:sözüm ona. dur əz hizur.
- yabana söyləmək: havayi danışmaq. əbəs söyləmək.
- yabanı gül: it burnu.
- yabanı qul: qonculus. qərə qonculus. ummacı. umacı. xoxan. qəbirdən çıxan ölünü andıran şəbəh. vampir.
- yaban arpası: yulana oxşar bitgi. arpağan.
- yaban gögərçinin ərkəyi: qusquğuq.
- yabanı bir çeşit heyvan: dağ geçisi.
- yarı yaban: yabansı.

yabançı yabanı. yad. el oğlu. yat. yad. qərib. uzqaq. yavı. yav. yava. yağı. qərib. yatlı. yadlı. yatlu. məchul. namə'lum.
- yabancı dildə qonuşmaq: dilləşmək.

yabançılıq biqanəgi. özgərçilik. təkəllüf. - bu yabançılıq nədir.

yabanı e'tibarsız. yabançı. yad. el oğlu. (# yerli: bir yerin doğması olan). - bu ölkənin yerlilərin köçürdüblər, yabançıları yerləştiriblər.
- yabanı toyuq. dağ toyuğı: bednus.
- yabanı yer: qıraq yer. dağ.

yabanılıq vəhşilik. yırtıcılıq. yolçuluqda geyiləcək nərsələr. yolçuluqda işlənən qoşu.

yabansı yarı yaban.

yabbac yappac. yap. yapca. oğrın. yavaşca. - yabbac: yab yab: yap yap. yapca yapca. oğrun oğrun.

yabca yapca. yap. yappac. oğrın. yavaşca. - yapca yapca: yabbac: yab yab: yap yap. oğrun oğrun.

yabıs quraq. qurı. qıt.

yadamaq yadamaq. yadlamaq. tüşünmək. düşünmək. xatırlamaq.

yadgar anıt. iz. qalıntı. əsər. nişan.

yafta yatfa. yapıt. yapta. (y <> t ). tapıt. tapıt. 1. sənəd. 2. lövhə. kətibə. 3. suçluların, dustaxların boynuna asılan kağız. 4. etiket. sşəni, tayın, nərsənin üsütnə yapışılan, yatırılan, taxılan səyfə. 5. e'lan.

yafuq əngək. bınğıldaq. cocuq təpisinin yumşaq yeri.

yağız (yağdırma). təbliğ.

yahu ! yahu !. < yavu !. (< yayva. yava: açıq. boş. qanmaz. bayağı kimsə.). səfeh gədə. alçaltaraq birin səsləmək. - yavu ! sənə nə dedim.

yaq yuq yoq yaq: çanaq bulaşıqı. - yaq. yoq. yuq. yuq yaq.

yaq yağ. 1. kir. bataq. çirk. - əlim yağlıdır. 2. yak. yax. zərər. ziyan. - yaksız dərman. - yaksız söz. 3. yək. yenğə. yekə. tək. yalınız. 4. yak. zərər. ziyan. - yaksız dərman. - yaksız söz.
- iç yağı, quyruq əridildikdən sonra qazanda qalan qızarmış tikə: qığırdaq - qığırdaq böyrəyi.
- don yağı: qəliz yağ.
- yağ bal: çox yaxcı. ə'la. - yağ bal olsun: nuş olsun. afiyət olsun.
- quyruq yağı: qaraman qoyunlarının iri quyruğunun əridilməsindən çıxan yağ.
- yağ tortısı.
- yağı ki maşınlara sürülür: don yağı.
- qurşun yakı: bir çeşit qurşunlu mərhəm.
- yağlı yeməkdən bıqmaq: yalqmaq. yağqılmaq. qanmaq. bıqmaq.
- zac yağı: qara boya.
- yağilə balilə: tam ləzzətlə.
- ürək yağ bağlamaq: 1. bir ürək xəstəliyi. 2. könül dincəlmək.
- kəndi yağı ilə qovrulmaq: olana qanıqlanıb, dışdan bir nəyisə gözləməmək.

yaqa yaxa. əğindirik. çiqindirik. çiyindirik. arxa gəmiyinin əğilmiş, bükülmüş yerini örtən bölüm. (echinefırans. schienaitalyan). qoyun. paltarın köksünün yelpələrinin qovuşmasından arıya gələn qoyutu yer.
- birinin əqninə minmək. - əğnivə bir şey sal.
yaxa ısırmaq: əli yaxasında qalmaq. yardıma gərəyi olmaq.
- qara yaxa: əvam. ayaq takımı.
- yaxa oyuntusucığa: yaxa çakı.
- sıqı yaxa: dar yaxa.
- yaxa tutmaq: girləmək. girə salmaq. tuqa salmaq.
- yaxa tutmaq: girləmək. girə salmaq. tuqa salmaq.
- birinin yaxasına girmək: birinə taxılmaq. birin girləmək.
- düz yaxa: dik. dikə. qıvrıq olmayan.

yaqalamaq yaxalamaq. ələ keçirmək. tutmaq. toqif edmək. uzaqdan çəkmək. qapmaq. cəzb edmək. cəlb edmək. - ısıtma qapmaq. - kəsəl qapmaq. - xuy qapmaq. - şeh qapmaq. - bir quş tutdum.

yaqalamaq yaxalamaq. qısdırmaq. tutdurmaq. tutmaq. ələ keçirmək. qapsalamaq. dar yerə gətirib tutmaq.

yaqan yaxan. 1. əridən. çözər. açan. qodaz. çözən (> suzan). közərtən. çökürtən. çözərtən. yaxıci. ot gətirən. mühərriq. yandıran. qoraq. qora. acıdan. 2. fil. yanğan. - yaqan təkin. - yaqanlıq: filli olan. filci.

yaqci! yaxci!. bax bir!. bax bəri. görəlim!.

yaqçı yağçı. 1. yaltaq. 2. məddah. 3. mütəməlliq. 4. yaltaq. 5. yaxcı. adaq. adlı. iyi. dək.
- yaxcı!: bax bir!. bax bəri. görəlim!.
-
yaxcı olmaq: sağlam olmaq. tutmaq- əl ayağı tutmaq. - heç bir yerim tutmur.

yaqday yağday. axış. görnüş. yol yuda. yönğ. rəviş.

yaqıc yaxıc. zülm. zülüm. sitəm.

yaqıci yaqıci. yaxan. ot gətirən. mühərriq.

yaqıxmaq yağıxmaq. axıxmaq.

yaqı yağı. yav. yavı. yava. 1. yoxluq. füqdan. 2. fəna. zay. 3. yabançı. yad. qərib. 4. düşman. hayta. hayda. haydut. xaylaz. haylaz. ası. yatlı. yadlı. yatlu. düşman. 5. məchul. 6 taqi. daği. salqaş. sərkiş. azğın. asi. asav. zallə. 7. suyuq olmayıb quyuqlanan. quduran. qudran. qutran. 8. yaxı. mərhəm.
- yava heyvan: yiyəsiz.

yaqılıq yağılıq. suyuq olmayıb quyuqlanmaq. qudurqanlıq. qudranlıq. qutranlıq.

yaqımlı yaxımlı. adaqlı. bəlgili. mə'ruf.

yaqımsı yağımsı. yağlı kimi. yağlıya bənzər. - yağımsı qoxu: yağ qoxulu.

yaqımsız yaxımsız. yağsız. yaxmaz. sürümsüz. kəsət. kasad. qısıq. rivacsız.

yaqın yaxın. 1. tutaş. bitişik. müttəsil. 2. yakır. (< yaxmaq). verimsiz. sısır. doğmaz. doğurmaz. əqim. - bir birinə yaxın, bitişik: sıq. sıx. sığ. 3. yağuq. yoğuq. qıyraq. qıyıraq. qıyıda olan. qonşu. qərib. (# qıraq: uzaq). yan. civar. - mənim yanımdaki kişi. - buların yanında.: - çox yaxın: burunucu. 4. ulaq. əl əlulağı. çatar. qərib. yenəşə. yanaşı. yan yana.

yaqır 1. yağır. (yağ + ır: yağ olan yer). atın omuzları arasında olan yağlı yer. 2. yağır. cıdav. yəhərin vurmasından atın yağırında oluşan yara. 3. yağır. at, qatır, eşşək kimi heyvanların sırtında, səmər, əkər, yük vurmasından ortaya gələn yara. 4. yakır. yakın. (< yaxmaq). verimsiz. sısır. doğmaz. doğurmaz. əqim.

yaqış yaxış. axış. 1. iyi gediş. uyqunluq. 2. pırosə. 3. yakış. tutaş. müvafiq. uyğun. 4. xahiş. istək. damağ. ac.
- yağış soyuq havada bərkiyib qarar (qara çönər).
- yağış qarıdı: yağış qara döndərdi.
- birdən yağan bol yağış: sağnaq. - sağnağa düşdük.

yaqışdırmaq yaxışdırmaq. 1. yaraştırmaq. artmaq. qoşmaq. artırmaq. yapışdırmaq. şərik edmək. - tanrıya yardımçı qoşmaq. 2. yaraşdırmaq. uydurmaq. tətbiq edmək. - paltarların əninə yaraşdırmış. 3. bəzəmək. təzyin edmək. - otaqları nə gözəl yaraşdırmısız. 4. tutaşdırmaq. müvafiq, uyğun duruma qomaq.: - kəndinə yaxışdırmaq: edinmək. taxınmaq. becərinmək. - kişi kimiliyin taxınmalıdır. - kişi sözünə taxınmalıdır.

yaqışıq yaxışıq. əkrin (< əkilmiş. tikilmiş) tikin. taxıq. yapışıq. qovuşuq. 1. tənasüb. gözəllik. hüsn. cəmal. lətafət. - yaxışıq almaq: uymaq. müvafiq olmaq. - yaxışıq almır: uyğun düşmür. uymur. - yaxışıq aldırmaq: tənasüb yaratmaq.

yaqışıqsız yaxışıqsız. 1. uymaz. gəlməz. yaraşmaz. namünasib. - yaxışıqsız bir görüş: nəzər. 2. çirkin. qəbeh. - yaxışıqsız kişi. 3. oransız. çəksiz. uyarsız. biçimsiz. tanasübsüz. - yaxışıqsız qız. 4. biçiksiz. bəşiksiz. qatanqur. biçimsiz. gobud. qılıqsız. beqiyafə.

yaqışıqsızlıq yaxışıqsızlıq. oransızlıq. çəksizlik. yarmaşsızlıq. uyarsızlıq. biçimsizlik. tanasübsüzlük.

yaqışır yaxışır. 1. gərək. şayisdə. şayan. layiq. müstəhəq. - bu iş sizə gərəkdir. - əsgərliyə gərək iyid. - gərəyi kimi işləmək. - gərəyinə çalışmaq. gərəyi kimi. 2. yarar. yaraşır. uyar. yaxışır. 3. gözəl. 4. yarar. yaraşır. uyar.

yaqışma yaxışma. yaraşıq. yaraşma. uyma. mütənasib. müvafiq.

yaqışmaq yaxışmaq. 1. sarmaq. yaraşmaq. uyuşmaq. uyğun gəlmək. yapımaq. münasib gəlmək. - bu süs sizə sarmır. 2. yaraşmaq. uyğun gəlmək. münasib gəlmək. müvafiq gəlmək. uymaq. iyi gəlmək. 3. gərəkmək: iqtizası olmaq. lazim olmaqlayiq olmaq. səzavar olmaq. layiq olmaq. - böylə davranmaq gərəkmir. 4. yakışmaq. tutaşmaq. müvafiq, uyğun olmaq. uymaq.

yaqışmaz yaxışmaz. - acınacaq, yaxışmaz durum: yazıq.

yaqız yağız. 1. tüki parlaq qara olan. - qara yağız: büsbütün qara. 2. yanğız. yanmış. küymüş. qoyu. əsmər.
- türi yağız: qaramtul.
- yağız duri.
- qara at: yağız.

yaqqılmaq yağqılmaq. yalqmaq. yağlı yeməkdən bıqmaq. qanmaq. bıqmaq.

yaqlamaq yağlamaq . - yağlayub ballamaq: təlləyüb pullamaq. tə'rif tosif edmək.

yaqlaşdırmaq yaklaşdırmaq. darlaşdırmaq. sıqlaşdırmaq. daha bitişdirmək. araların daha daratmaq. - ava, dağa gedməyinizi sıqlaşdırmısız. - qız oğlan sıqlaşdırıldılar. - dar yerdə sıqlaşdırıldılar.

yaqlaşmaq yaxlaşmaq. yamanmaq. yanaşmaq.

yaqlatmaq yağlatmaq. kirlətmək. bataqlamaq. batırmaq.

yaqlavı yağlavı. böyük yağ tavası.

yaqlıq yağlıq. 1. kir silmək üçün parça. əl bezi. peçətə. dəsmal. - aşpazxana yağlığı, dəsmalı: tikə parça: paçavra. 2. çevrə. məndil. 3. səmizlik. şişmanlıq. dolğunluq. köklük.

yaqlı yağlı. 1. uğurlu. xeyirxah. - çox yağlı kişidir. 2. zəngin. pullu. - yağlı alıcıdı. 3. paslı. kirli. - yağlı paltar. 4. murdar. 5. səmiz. səmin. şişman. ətli.

yaqlış yaklış. yaman. yavuz. iti. bətər.

yaqma yağma. yəğma < yığma. 1. çərik. talan. dalan. qənimət. toyumluq. doyumluq. çapavıl. qapış. çalma. çapma. qəsb. çal çap. qıyın, güc zorla alma. - savaşda yenilən çər çərlik verməlidir. 2. lütf. mərhəmət.

yaqmaçı qapan. qapıcı. çalan. çapan. qasib. çal çapla, qıyın, güc zorla alan.

yaqmaq yaxmaq. 1. talamaq. dalamaq. dağlamaq. acıtmaq. qavurmaq. - ısırqan daladı, əbə köməçi yaladı. 2. ziyan vermək. batırmaq. 3. yakmaq. ziyan vermək. 2. yağmaq. bolluqla tökülmək. - bu gün kağız yağır.
- qınalar yaxınmaq: çox oğünmək.
- qızqın dəmirlə yaxmaq: alazlamaq.
- qar yağdı: üstünə qar yağmış kimi, ağ bənəkli nərsə. - qar yağdı toyuq. qar

yaqmalamaq yağmalamaq. haydamaq. hay küy ilə cummaq. sürüb axın edmək. qapmaq. qoparmaq. yerindən almaq. çalmaq. qəsb edmək. talamaq. dalamaq. talanlamaq. qənimət, əsir götürmək. vurub qoparmaq. - qız dalamaq: tutub əsir götürmək.

yaqmamaq yağmamaq. axmamaq. rakid olmaq. - fırtına qaldı. - yel qaldı.

yaqmaz yaxmaz. yaxımsız. yağsız. sürümsüz. kəsət. kasad. qısıq. rivacsız.

yaqmır yağmır. yamçı. yağan nəyin qabağın alan. örtük.
- yağmur suyun biriktirməyə yer altı qoya, ambar: sarınc. səhrinc. səhric.

yaqmur yaqmur. qarda çobanların qeydiği kiçik bir kəpənək. gəbə. yaptaç.

yaqmurli yağmurli. yağmur yağdıran. salqı. salıq.- salqı bulut.

yaqmurluq yağmurluq. qaput.

yaqmurluq yağmurluq. yağmırlı havada geyilən geyim. qaput.

yaqsız 1. yaksız. yaxsız. zərərsiz. ziyansız. - yaksız dərman.
Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin