Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr



Yüklə 346,5 Kb.
səhifə10/81
tarix02.01.2022
ölçüsü346,5 Kb.
#1697
1   ...   6   7   8   9   10   11   12   13   ...   81
28. ÖD KİSƏSİ DAŞLARI: Üyüdülmüş qara zirə toxumlarını balla qarışdırıb qəbul etmək öd kisəsində yaranmış daşların əriməsinə səbəb olur. 

29. BÖYRƏKLƏRDƏ DAŞ: Böyrəklərdə yaranmış daşların ovulub düşməsinə qara zirə ovuntusu ilə balı qarışdırıb içmək kömək edir. 

30. İŞ QABİLİYYƏTİNİN ARTMASI: Qara zirənin qəbulu iş qabiliyyətini və orqanizmin həyat fəaliyyətini (tonusunu) yüksəldir. 

31. BƏLĞƏM: Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb (bir qədər bal və şəkər əlavə edib) içmək. 

32. AĞCAQANAD VƏ BAŞQA HƏŞƏRATA QARŞI: Qara zirənin tüstüsü ağcaqanadları və başqa həşəratları uzaqlaşdırır. 

33. ƏT XALLARI: Ət xallarına qarşı qara zirə kömək edir. Qara zirə ovuntusunu və ya yağını tənziflə xala bağladıqda onla­rın inkişafının qarşısını alır və dərinin təmizlən­məsinə səbəb olur. 

34. TÜKLƏRİN TÖKÜLMƏSİ: Üyüdülmüş qara zirə, vəzəri, bir qaşıq zəif sirkə və bir stəkan zeytun yağı götürüb onları xəmirəbənzər kütlə halına gələnə qədər qarışdırılır. Hazırlanmış küt­ləni başa yaxır və başın dərisinə yedirdirlər. Bu qay­dada əməliyyat hər gün axşamlar təkrar olunur və sonra baş isti su və yuyucu vasitələrlə yuyulur.  

35. BİTLİLİK: Yaxşıca üyüdülmüş qara zirə toxumları krem kimi bir maddə alınması üçün lazım olan miqdarda sirkə ilə qarışdırılır və qırxılıb hazırlanmış başa yaxılır və yaxud başı qırxmaq istəmədikdə başın dərisinə elə sürtülür ki, dəriyə və tüklərin dibinə çatsın. Sonra günəş altında 15 dəqiqə dayanmaq lazımdır. Günəş şüalarının başa düş düşməsi arzu edilir, yəni günəş zenitdə olduqda bu əməliyyat daha əlverişli nəticə verir. Başı yaxın 5 saat ərzində yumaq məsləhət görülmür. Bu əməliyyatı 1 həftə təkrar etmək. 

36. DAZLAŞMA: Yaxşıca üyüdülmüş qara zirə toxumu, 1 stəkan zəif sirkə və 1 çay qaşığı sarımsaq suyu götürüb kreməbənzər hala gələnə qədər qarışdırmaq. Sarğı kimi qırxılmış başa bağlamaq və axşamadək saxla­maq. Sarğını açdıqdan sonra həmin sahəni qara zirə yağı ilə yağlayın və bu proseduranı 1 həftə təkrar edin. 


Yüklə 346,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin