Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr


QARA ZİRƏ. Elmi və laboratoriya



Yüklə 346,5 Kb.
səhifə39/81
tarix02.01.2022
ölçüsü346,5 Kb.
#1697
1   ...   35   36   37   38   39   40   41   42   ...   81
QARA ZİRƏ. Elmi və laboratoriya

Qara zirənin fenomenal keyfiyyətləri haqqında Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun!) kifayət qədər hədislər olmasına, İbn Qeyyimin qara zirəni dəyərləndirən məşhur əsərlərinə baxmaya­raq, Əbu Əli İbn Sinanın “Tibb Müalicə Qanunu” adlı məşhur çoxcildli əsərində qara zirənin insanın ener­ji­sini artırması və orqanizmə, xəstə­liklərə qalib gəlməsi üçün kömək etməsi haqqında yazma­sına baxmayaraq, daha qədim dövrlərdə də bu barədə məlumatların olmasına baxmayaraq insanların dinə olan münasibə­tində vaxtilə sönüklük, maraqsızlıq yarandığı kimi, Allahın nazil etdiyi müalicə vasitələrinə və əlaclara da, zaman keçdikcə, insanların inamı əsassız olaraq zəif­lə­miş və bunun nəticəsində Allahın nemətini unudub, bu fövqəladə qiymətli müalicə vasitəsi haqqında bilik­ləri az qala tamamilə yadır­ğamışlar.



Elə buna görə, iyirminci əsrin ikinci yarısından başlayaraq, ilk öncə məhz İslam ölkələrində qara zirə bitkisinin effektini bərpa etmək üçün Pakistan İslam Respublikasında tədqiqatlar həyata keçi­rilməyə başlan­mış­dır. İyirminci əsrin səksəninci illərinin sonlarında Pakistanın tibb jurnallarından birində qara zirə yağının fenomenal keyfiyyətləri haqqında tədqiqat materialı verilmişdi. Bir-neçə il sonra (1992) Pakistanın qonşusu Banqladeşin Dəhhə universitetində qara zirə yağının anti­bakterioloji xassələrinin beş ən güclü antibiotiklərlə (ampisi­lin, tetrasiklin, kotrimok­zazol, gentamisin və nalidiks turşusu ilə) müqayisəli tədqiqatı həyata keçirilmişdir. Nəticədə əldə edilən faktlar heyrətləndiricidir – qara zirə yağı özünün daha güclü təsirə (effektə) malik olduğunu göstərmişdir. Qara zirə yağı çoxsaylı bakteriyalara qarşı daha təsirlidir və o, hətta tibb preparatlarına güclü müqavimət göstərən bakteriyalara (“v. xolera”, “E coli” adlı bu yoluxu­culara çox vaxt çiy ətdə rast gəlinir) və  başqalarına da kifayət qədər yüksək effektə malik təsir göstərir.  

Bu tədqiqatlar ilbəil getdikcə genişlənir və daha da vüsət alır və yeni-yeni sahələri əhatə edir. Belə ki, bir sıra ölkələrdə qara zirə ilə əlaqədar ciddi araşdır­malar aparılmağa, sahə və laboratoriya təcrübələri keçirilməyə başlanmışdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyə Cümhuriy­yətində də zəruri və faydalı işlər həyata keçiril­məkdədir. Bəli, bu gün bitkilərlə müalicəyə müasir tibb elmində də diqqət yetirilməyə girişmişlər. Məsələn, Anadolu universitetinin Əczaçılıq fakültəsi professoru doktor Neşe Krımər bitkilərlə müalicənin müasir tibdə nəhayət öz yerini tapmasının zəruriliyindən danışmış və bildirmişdir ki, son dövrlərdə çağdaş müalicədə kimyəvi dərman preparatlarının istehsalının artması təbii maddələrdən, yəni bitkilərdən istifadə edilməsini xeyli azaltmışdır. O göstərmişdir ki, Beynəlxalq Sağ­lam­lıq Təşkilatının statistik məlumatlarına əsasən, dünya əhalisinin 80 faizi bitki müalicəsini də özündə ehtiva edən ənənəvi tibb sistemləri ilə həyata keçirilir. Sonra doktor Krımər demişdir: ”Hazırda başda Almaniya dövləti olmaqla bir çox Avropa ölkələri ilə ABŞ-da bitkilərlə müalicəyə maraq yenidən artmışdır. Onun bildirdiyinə görə, bu marağın səbəbi təbiətə qayıtmaqla bağlıdır. Bu ölkələrdə bir çox bitkilərdən hazırlanmış dərmanlar həb və toz halında qablaşdırı­laraq əczaxanalara, digər satış müəssisələrinə göndə­rilir. Bu dərmanlar digər kimyəvi dərman formalarında olduğu üçün insanların əksəriyyəti onların bitkilərdən hazırlanmış olmasından xəbərdar deyillər. Qara zirə ilə maraqlı və ibrətamiz bir tədqiqatı Maren Frants adlı bir alman mütəxəssisi aparmışdır. O, İslam Peyğəmbərinin (s.ə.s.) “Bu qara toxumda ölümdən başqa hər dərdə çarə vardır” kəlamını əsas götürərək qara zirə üzərində insan sağlamlığı naminə bir sıra faydalı tədqiqatlar aparmış, bu mövzuya dair olan məlumatları toplayaraq “Təbiətdən gələn şəfa qaynağı” adlı kitab yazmışdır.Yuxarıdakı tədqiqatlar işığında, bir maraqlı məqamı qeyd etmək lazımdır. Homeopatlar artıq çoxdandır ki, qara zirə cövhərindən (tinkturasından) həzm yolu­nun problemləri zamanı gözəl vasitə kimi istifadə edirlər.  “Qara zirənin tətbiqi onurğa beyninin və immun sisteminin həyat əhəmiyyətli hüceyrələrinin yaran­ma­sını stimullaşdırır”. Amerika Birləşmiş Ştatlarının Cənubi Kalifor­niya ştatının Xərçəng-İmmun-Biologiya Labora­tori­yasının alim-tədqiqatçıları bu faktı rəsmi qaydada təsdiq etmişlər. “Bundan əlavə” deyə, onlar rəsmi qaydaya əlavə etmişlər ki, “qeydiyyatdan keçirilmiş faktlar onu göstərir ki, qara zirə xərçəng şişlərinin müalicəsi və inkişafının dayan­dı­rılması məqsədilə istifadə etmək üçün ideal namizəd­dir”. Oxşar tədqiqat Oqayonun Klivlend şəhər klinika­sında (1979-cu ildə) tədqiqatçı alim Aşok Aqar­val tərəfindən aparılmış və sübut edilmişdir ki, qara zirə yağı körpə əmiz­dirən anaların südünü artırır.Elmi tədqiqatlar göstərir ki, qara zirənin tətbiqi saçların uzanmasını yaxşılaşdırır və saçın vaxtından əvvəl ağarmasının qarşısını alır. Məlumdur ki, çəngəlvari vəzi ümumiyyətlə insan orqanizminin özünümühafizə gücünün saxlanmasını təmin edir. Çəngəlvari vəzi (thymus, glandula thymus), çinədan vəzisi, sinədaxili vəzi, insanın onurğa sütunu­nun dilimli daxili sekresiya vəzisi qəlsəmə kisəciklərinin entodermal epitelisindən başlayaraq inkişaf edir. İnsanın çəngəlvari vəzisi onun 6 həftəlik rüşeym döv­ründən inkişaf etməyə başlayır. Çəngəlvari vəzi baş­lan­ğıcda əvvəlcə ancaq epiteli hüceyrəsindən ibarət olur. Sonrakı inkişafı gedişində onun quruluşu mürək­kəb­ləşir və o dilim-dilim halına gəlir. Bu vəzi yeni doğulmuş körpələrdə yaxşı inkişaf etmiş olur. Doğulana yaxın bu, dölün ən iri limfa orqanizmi olur və onun hüceyrələri orqanizmin bütün digər hüceyrələr­dən daha fəal surətdə limfositlər istehsal edir. Çəngəl­vari vəzinin inkişafı cinsi yetkinliyə çatana qədər davam edir; bu zaman onun çəkisi 30-40 q. çatır; sonrakı dövrdə inkişaf əks yöndə gedir.Çəngəlvari vəzinin əsas funksional əhəmiyyəti tədqiqatçı alimlər tərəfindən hələ tam aydınlaşdırıl­amışdır. İbtidai onurğalılarda vəzinin mövsümi fəaliyyəti, boy artımının tənzimlənməsində, orqanizm­də minerallar müba­di­­lə­sində və habelə xüsusi immu­nitetin formalaşdırıl­ma­sında iştirakı haqqında məlu­matlar vardır. Çəngəlvari vəzi digər daxili sekresiya vəziləri (böyrəküstü vəzi, hipofiz, cinsiyyət vəziləri) ilə sıx qarşılıqlı  əlaqədə fəaliyyət göstərir. O, xaricdən göstərilən – fiziki (şüalanma), kimyəvi (mikrokanse­rogenlər), hormonal (böyrəküstü qabıq, qalxanvari, cinsiyyət vəziləri və s. hormonları) təsirlərə çox həs­sasdır. Belə təsirlərə əks reaksiya verir və atrofi­yaya uğrayır. Bu vəzinin normal inkişafdan qalması hallarına da rast gəlinir: aplaziya (tam inkişafdan qalma); bu, adətən, orqanizmin digər nöqsanlı inkişafı ilə birgə baş verir; hipoplaziya (kifayət qədər inkişaf etməmə) – bu, adətən, qalxanvari vəzinin hipoplaziyası və psixi geriliklə birgə müşahidə edilir. Bəzi hallarda boyun nahiyəsində yerləşən əlavə vəzilər də müşahidə edilir. Hiperplaziya (ifrat artım, inkişaf) qonşu orqanların normal inkişafına maneə ola, nəfəs alınmasına çətinlik törədə və ani ölüm gətirə bilər.Qara zirə yağının tətbiqi zamanı, ayrı-ayrı orqanlarda deyil, sanki eyni vaxtda bütün orqanizmdə sağlamlaşma prosesi baş verir. Qara zirə qəbul etmiş adamların qanının analizi göstərmişdir ki, orqanizmin özünümühafizə qüvvəsini gücləndirməyə və möhkəm­lən­­dir­məyə cavabdeh və həyat üçün vacib olan T-limfositlər, T-killerlər və başqa hüceyrələr əhəmiyyətli dərəcədə - dəfələrlə artır və buna uyğun olaraq xəstəlikləri sağaldır.ABŞ-da farmakoloji firmalar əldə edilmiş nəti­cələr əsasında qara zirədən yeni orqanik müalicə dərmanları yaradırlar. Elm də sübut etmişdir ki, qara zirə yağının köməyi ilə çəngəlvari vəzinin tənzimlən­məsi və ona göstərilən təsir insan orqanizminin immunitetini möhkəmlən­dirir və beləliklə, həqiqətən də “bütün xəstəliklərin çarəsi” rolunu oynayır. Aydın məsələdir ki, bütün xəstəliklərdən və yoluxuculardan xilas olmanın zəruri şərti insanın güclü immunitetə malik olmasıdır.Almaniyada qara zirə yağının tədqiqatı ilə Petr Şləxer məşğul olurdu. Testdə 600 adam iştirak edirdi. Nəticə: Eksperimentdə iştirak edən allergiyaya tutul­muş xəstələrin - 70% sağalmışdı.  Qara zirə hamıya, o cümlədən, xüsusilə yaşlı adamlara və orqanizminin müqaviməti zəifləmiş şəxslərə tövsiyə edilir. Onlar üçün bu bərəkətli bitkinin qəbulu çox vacibdir. Digər elmi tədqiqatların gedişində alimlər etiraf etmişlər ki, qara zirənin tətbiqi son dərəcə gözəl bir tərzdə qanda şəkərin səviyyəsini aşağı salır və beləliklə, bu bərəkətli və şəfaverici bitkinin çoxsaylı xəstəliklərə, o cümlədən diabetə qarşı əla vasitə olması faktı bir daha təsdiqlənir. Əlbəttə ki, təbii qida məhsulu olan və tətbiqi zamanı qətiyyən əks fəsad verməyən Qara zirə üçün bu, çox yüksək rəydir… Unutmayaq ki, şərq ölkələrində qara zirənin təbabət sahəsində tətbiqi 3000 il bundan əvvəlki dövrdə həyata keçirilərmiş. Yuxarıda verdiyimiz bir sıra peyğəmbər hədislərini tədqiq edərək elm fədailəri fövqəladə bir sonuc əldə etmişlər. Belə ki, qara zirə insanın çəngəlvari vəzisinə təsir etməklə onun fəallığını yüksəldir. Çəngəlvari vəzi isə insan orqanizminin immun müdafiəsinin güclənməsinə məsuliyyət daşıyır. Qara zirənin tətbiqi ilə əlaqədar aparılan laboratoriya təcrübələrində xəstənin sağalmasına və qomeostaz gücünün artmasını stimullaşdıran T-limfositlərin, T-killerlərin və digər hüceyrələrin kəmiy­yəti qanda dəfələrlə yüksəlir. Bu sayaq sınaq təcrü­bələri kifayət qədər aparılmışdır və həmin tədqiqatlar qara zirənin insan orqanizminin müdafiə immunitetini artırmasını və çoxsaylı xəstəlikləri sağaltma­sında son dərəcə müsbət rolu olduğunu təsdiqləyir.ABŞ-ın ixtisaslaşdırılmış əczaçılıq müəssisələri, şirkətləri, bir sıra hallarda, özəl qara zirə təcrübə mərkəzləri təsis etmişlər ki, burada tədqiqatçı alimlər qara zirə əsasında yeni dərman preparatları və maddələri alırlar. Qara zirə bitkisinin daxili və zahiri xəstəliklərə şəfa vasitəsi olmasını, dünyəvi elm də artıq təsdiq edərək bildirir ki, çəngəlvari vəzinin tənzimlənməsi və ona təsir göstərilməsi üsulu ilə və bütövlükdə orqanizmin qoruyucu gücünü qüv­vətləndirməklə hər hansı bir xəstəliyin qarşısını alıb onu müalicə etmək olar.Elmi tədqiqatlar öz nəticələri ilə bir daha nümayiş etdirir ki, qara zirə immuniteti – orqanların xəstəliklərə müqavimətini sabitləşdirdiyi və möhkəm­ləş­dirdiyinə görə bütün məlum xəstəliklər üçün müalicə vasitəsi rolunu oynayır. Zira, immunitetin sabitliyi və davamlılığı, hər hansı xüsusiyyəti daşımasından asılı olmadan, xəstəliklərdən qurtulmanın özəl şərtlərin­dəndir.Qara zirə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) çox tətbiq etdiyi bir bitkidir. Çünki Peyğəmbər tibbində o, özəl bir yer tutmuşdur və “bütün xəstəliklərin çarəsi” kimi yad edilir.Qeyd etmək yerinə düşərdi ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) qədər bu müalicə səciyyəli nadir bitkiyə o dərəcədə ciddi əhə­miyyət verilmirdi (baxmayaraq ki, öncəki peyğəmbər­lərdən də bəşəriyyətə qara zirə haqqında məlumat verilməmiş deyildi) və məhz Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qara zirəni vacib sağlamlıq amilinə çevirmişdir. Qara zirə və onun faydası haqqında bir çox hədislərdə məlumat verilmiş, müfəssəl reseptləri və konkret xəstəliklər zamanı tətbiq metodikası geniş açıqlanmışdır

Yüklə 346,5 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin