37. DƏMROV XƏSTƏLİYİ: Dərinizin dəmrov düşmüş sahəsinə bir neçə gün ərzində gündə 3 dəfə (Allahın rizası ilə) sağalana qədər qara zirə yağı sürtün.
38. CÜZAM: 1 qaşıq xına, qara zirə toxumu və üyüdülmüş quru buqələmun dərisini zəruri miqdarda zəif sirkə məhlulu ilə qarışdırın ki, kreməbənzər kütlə alınsın. Bu qarışıq melanini dəriyə qaytarmaq keyfiyyətinə malikdir. Bu proseduranı ay ərzində davam etdirin, Sarığı gecədən səhərə qədər saxlayın, gündüz günəşin düz düşən şüaları altında gəzin.
39. SINIQLAR: Bədəndə sınıqların tezliklə bitişməsi və sağalması üçün (heç olmasa günaşırı) mərci bozbaşı yeyin. Ona yumurta, soğan və 1 xörək qaşığı qara zirə toxumu əlavə edin. Bir də, sınıq yerinə qoyulmuş sarğının kənarlarından görünən yerlərə əlavə olaraq qara zirə yağı çəkin (sürtün). Sarğı açılıb götürüldükdən sonra, sınıq yerlərinə istiləşdirilmiş qara zirə yağı sürtüb masaj edin.
40. DAŞLAR: Bir fincan üyüdülmüş qara zirəni bir stəkan təbii balla qarışdırın və ona ət maşınında çəkilmiş 3 diş sarımsaq da qarışdırın. Hər gün yeməkdən qabaq hazırladığınız qarışığın üçdə bir hissəsini qəbul edin. Qəti təklif olunur ki, bundan sonra hökmən bir neçə limon dilimini qabığı ilə yeyəsiniz. Bu, daşların düşməsinə səbəb olacaqdır.