20.ƏZƏLƏ AĞRILARI: Əzələ ağrılarının müalicəsi üçün öncə acqarına 5 diş sarımsaq yeyin. Bundan bir saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damcılayıb qəbul edin. Zeytun yağı ilə qarışdırılmış bir qədər qara zirəni azca qızdıraraq ağrılı yerə tez-tez çəkin. Habelə yatmazdan öncə qaynadılmış qara zirənin balla qarışdırılmış qarışığını için.
21.GÖZ AĞRISI: Resept N 1: Kompres qoymaq: 1 stəkan qara zirə toxumunu 8 unsiya suda qaynadmaq və 10 dəqiqə ərzində soyutmaq. Sonra onu ələkdən keçirmək. 2 pambıq tamponunu hazırlanmış həmin məhlulda isladıb ağrıyan gözün üstünə qoyub 10 dəqiqə saxlamaq. Resept N 2: Yatmazdan qabaq gicgahları qara zirə yağı ilə ovmaq.
22.YUXUSUZLUQ: 1 çay qaşığı qara zirə yağını balla və ya çayla qarışdırmaq və şam yeməyindən əvvəl qəbul etmək.