27.BADAMCIQLARIN İLTİHABI: Yarım litr suda 10 qram (2 çay qaşığı) qara zirə toxumunu bişirmək və süzgəcdən keçirmək. Boğazı dündə 2 dəfə qarqara etmək.
28.ÖD KİSƏSİ DAŞLARI: Üyüdülmüş qara zirə toxumlarını balla qarışdırıb qəbul etmək öd kisəsində yaranmış daşların əriməsinə səbəb olur.
29.BÖYRƏKLƏRDƏ DAŞ: Böyrəklərdə yaranmış daşların ovulub düşməsinə qara zirə ovuntusu ilə balı qarışdırıb içmək kömək edir.
30.İŞ QABİLİYYƏTİNİN ARTMASI: Qara zirənin qəbulu iş qabiliyyətini və orqanizmin həyat fəaliyyətini (tonusunu) yüksəldir.
31.BƏLĞƏM: Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb (bir qədər bal və şəkər əlavə edib) içmək.