53. Yeniyetmə sızanaqları a) Rp.: 1 stəkan qara zirə, 1/2 stəkan nar qabığını üyüdəndən sonra 1 stəkan alma sirkəsi ilə qarışdırılır və 2 dəqiqə vam odda isidilir. Eyni miqdar (2 stəkan yarım) qara zirə yağı əlavə olunmalıdır. Sızanaqlar sağalana qədər hər axşam üz dərisinə çəkilir. b) Rp.: Gündə 3 dəfə 20-25 damcı, yəni 1 dolu çay qaşığı qara zirə yağı qəbul etmək məsləhət görülür.
54. Civzələr, sızanaqlar Rp.: 1 çay qaşığı qara zirə yağı, 2 xörək qaşığı bal və 50 ml çobanyastığının ilıq dəmləməsi ilə (1 stəkan çiçəklərə 1 stəkan qaynar su hesabında) qarışdırılır. Maska kimi həftə də 1 dəfə istifadə olunur. Dəriyə çəkəndən 15 dəqiqə sonra soyuq su ilə yuyulur.
55. Göbələk xəstəlikləri (ziyillər və piy ziyillərin müalicəsi eyni üsulla aparılır) Rp.: 2 stəkan alma sirkəsinə 1 stəkan üyüdülmüş qara zirə əlavə edib metalik qabda bir neçə dəqiqə vam odda qaynadılır. Qaynadandan sonra qara zirə yağı əlavə olunur və qarışdırılır. Soyudandan sonra səpki olan sahəyə 1 həftə ərzində sürtülür.