58. Saçların tökülməsi a) Rp.: Saçlar tökülən sahəyə qara zirə yağı çəkmək lazımdır. Həmçinin, hər səhər 15 dəqiqə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağını və 1 xörək qaşığı balı yarım stəkan suda həll edib qəbul etmək lazımdır. b) Rp.: Hər səhər 1 çay qaşığı qara zirə yağı içmək lazımdır. Sonra 1 həftə ərzində 1:1 nisbətində qarışdırılmış qara zirə və zeytun yağı məhlulu ilə başın tüklü hissəsini günaşırı massaj etmək lazımdır. Qarışığı istifadə edəndən 10 dəqiqə sonra yumaq lazımdır.
59. Dərinin cavanlaşması Rp.: Yumurta sarısı-bal-yağ maskası hazırlanır. Bunun üçün 1 yumurta sarısı, 1 xörək qaşığı bal və 1 çay qaşığı qara zirə yağı qarışdırılır. Qarışığı pambıq tamponu ilə qat-qat üz və boyun dərisinə çəkilməlidir (1 qat quruyanda 2-ci şəkilir, sonra 3-cü). 20-25 dəqiqə sonra maska isladılmış tamponla təmizlənir. Bu quru, normal və solan üz, boğaz dərisi üçün nəzərdə tutulub. 1 ay ərzində həftədə 1-2 dəfə istifadə etmək olar.
• Allergik Xəstəliklər