61. Mövsümi allergiya Rp.: Qara zirə yağı ilə müalicəni toz mövsümü başlamazdan bir neçə həftə əvvəl tətbiq olunmalıdır. Yay ayları boyunca müalicə davam etməlidir. Gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağının gündə 3 dəfə qəbul etmək lazımdır.
62. Allergik dermatozlar, atopik və kontakt dermatitlər Rp.: 1 çay qaşığı qara zirə yağını səpki nahiyəsinə səhər və axşam sürtmək lazımdır.
• Sinir Sisteminin Xəstəlikləri
Yuxusuzluq, isteriya,xroniki yorğunluq, üz sinirinin iflici, nevrozlar, migren
63. Baş ağrıları a) Rp.: 1 xörək qaşığı qara zirə yağını gündə 2 dəfə qəbul etməklə yanaşı, alını və başın ağrıyan nahiyəsini yağla ovuşdurmaq məsləhət görülür (şirniyyat qəbul etmək olmaz). b) Rp.: 1 xörək qaşığı üyüdülmüş qara zirə toxumları, 1 xörək qaşığı üyüdülmüş cirə toxumları (anise seed) və 1 xörək qaşığı üydülmüş mixək (cloves) qarışdırılır. Yeməkdən 15-30 dəqiqə əvvəl 1 çay qaşığı səhər və axşam qəbul edilir. Qarışığı ağızda yumşalana qədər saxlayıb udmaq lazımdır. Su ilə qəbul etmək olmaz.
Dostları ilə paylaş: |