Qarabağ xanlığı



Yüklə 1,32 Mb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü1,32 Mb.
#44293
1   2   3   4   5   6
Qrbğ Xanlığı

İqtisadiyyat

  • Məlum olduğu kimi, Azərbaycan xanlıqlarının əksəriyyətinin öz pul vahidləri var idi. Şuşa şəhəri salınandan sonra Pənahəli xanın əmri ilə "pənahabad" sikkəsi zərb olunmuş, həm Qarabağ xanlığının daxilində, həm də digər xanlıqların ərazisində işlənmişdi.[171] Həmçinin xanlıq daxilində "yarımşahı" adlı pul da tədavüldə idi.[6] Ağaməhəmməd şah öldürüldükdən sonra Qacarlarla münasibətləri nizamlamaq məqsədilə İbrahimxəlil xanın göstərişinə əsasən, Fətəli şahın adından 35 qəpik dəyərində olan "Sahibqıran"adlı pul vahidi buraxılmağa başlanmışdı.
  • Qarabağ xanlığında xan sikkələri ilə yanaşı, Qacar şahlarının pulları — tümən və rial, Təbriz, Xorasan, İsfahan və digər yerlərin abbasıları və nadiri adlı pul vahidləri tədavüldə idi. Türk abbasılarırus rublları da geniş işlənirdi. Xan abbasılarında 4,5-dən 2,25 qrama qədər gümüş, nadiridə 11,5 qram gümüş, Qacar abbasısında 5,30 qrama qədər gümüş var idi. Xan sikkələrinin çəkisi və əyarı tez-tez dəyişirdi ki, bu da pul tədavülünü və xanlıqlar arasında ticarəti çətinləşdirirdi. Pulların qəlp olub-olmadığını və dəyərini müəyyənləşdirmək məqsədi ilə bazarda sərraflar işləyirdi.

Medeniyyet

  • Xanlığın ən etibarlı qalası Şuşa qalası[q 5] idi. Şuşanın yerləşdiyi dağ yuxarısı kəsilmiş konus formasındadır, şimal tərəfdən terraslarla alçalır. Şuşa Daşaltıçay və Xəlfəliçaya kəskin enişi olan dərələrlə əhatə olunub. Təpənin kəskin yarğanları düşmən hücumuna qarşı güclü maneə yaradırdı və şəhərin müdafiə perimetrinin demək olar ki, üçdə iki hissəsini təşkil edirdi. Şuşa qalalarının bəzisinin hündürlüyü 400 m-dən çoxdur. Şuşa qalasının mövqeyinin üstünlüyü həm də ondadır ki, buradan ətraf yaxşı görünür ki, bu cəhət də düşmənin qəfil hücum etməsinə imkan vermir.

İzlediyiniz üçün teşekkürler


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin