Qasim Süleymani məktəbi


partlayışların baş verdiyini hamı bilir, ancaq insanlar hər il



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
hacqasem


partlayışların baş verdiyini hamı bilir, ancaq insanlar hər il 
daha 
izdihamla 
Kərbəlaya  yola  düşürlər.  Əgər 
amerikalıların  bir  milliqram  ağılları  varsa,  bu  səhnələri 
görüb bilməlidirlər ki, İraq qalası yer deyil". 
Süleymaninin  sözləri  ağıl  və  düşüncənin  məhsuludur. 
Düşmənlərə  qarşı  barışmazlıq  onun  sözlərində  aydın 
görünür.  İnsanlara  ümid  və  özünəiman  vermək  də 
çıxışlarında xüsusi yer tutur. 
Süleymani 2012-ci ildə Qüds qüvvələrinin toplantısında 
deyirdi: "Düşünürəm ki, Suriya hadisələrində Allah bizim 
inqilabımız  üçün  böyük  bir  xeyir  nəzərdə  tutmuşdur... 
Terrorçuların  uğur  qazanmaq  ehtimalı  yoxdur.  Dəməşq 
məsələsi  üzərində  çox  təbliğat  apardılar,  ancaq  olmadı, 
gedib Hələbdə geniş təbliğata başladılar... Allahın köməyi 
ilə Hələbdə də müvəffəq olmadılar. İndi deyə bilərəm ki, 
Suriyanın 80 faizdən çoxuna Suriya dövləti nəzarət edir... 
Hamı  qəbul  edir  ki,  bu  layihə  iflasa  uğramışdır...  Əgər 
bundan  iki  qat  artıq  canlı  qüvvə  də  gəlsə,  iflasa 
uğrayacaq". 
Bu söz Hacı Qasim Süleymaninin ağıl və düşüncəsinin, 
siyasət  və  dəyərləndirməsinin  nəticəsidir.  Bu  ağıl  və 
siyasət onun əməllərində də özünü göstərirdi. 
İmam  Xamenei  08/01/20  tarixində  buyururdu:  "Şəhid 
Süleymani həm cəsarətli, həm də ağıllı idi. Təkcə cəsarətli 


 
53 
deyildi. Bəzilərinin cəsarəti var, amma onu işlətmək üçün 
lazımı  ağıl  və  siyasətləri  yoxdur.  Bəziləri  ağıl  və  siyasət 
adamıdırlar,  ancaq  hərəkət  və  əməl  adamı  deyillər,  işə 
ürəkləri  yoxdur.  Bu  əziz  şəhidin  ürəyi  vardı,  təhlükənin 
içinə  qorxmadan  girirdi.  Yalnız  bu  illərin  hadisələrini 
demirəm, 
müqəddəs 
müdafiə 
çağında 
Sarəllah 
diviziyasının komandiri olanda da belə idi. Həm də ağıllı 
idi,  düşünürdü,  araşdırırdı,  işlərində  məntiqi  vardı.  Bu 
cəsarət  və  ağıllılıq  yalnız  hərbi  sahədə  deyildi,  siyasətdə 
də  belə  idi.  Mən  bunu  siyasətçi  dostlara  dəfələrlə  deyir, 
onun rəftarını, işlərini misal çəkirdim. O, siyasət sahəsində 
həm cəsarətli, həm də ağıllı, sözü təsirli, qaneedici idi". 
Cənab  Həmidrza  Fərahani  deyir:  "Hacı  Qasim 
diviziyanın  Maddi  təchizat  bölməsinə  tapşırmışdı  ki, 
təmas  xəttinə  bir  neçə  kilo  ət  göndərsinlər.  Ət  gələndə 
tapşırdı  ki,  ocaq  qalayıb  bişirək.  Kabab  bişməyə 
başlayanda  iyi  hər  tərəfi  bürüdü.  Hacı  Qasim  tapşırmışdı 
ki,  təmas  xəttindəki  döyüşçülərin  ruh  yüksəkliyini 
artırmaqdan  ötrü  isti  və  dadlı  xörəklər  bişirsinlər.  Həmin 
gün xörəyimiz lüləkababla plov və sərin qazlı içkilər idi... 
Hacı  Qasim  uşaqlara  tapşırmışdı  ki,  düşmənə  atəş 
açmasınlar, qazlı içkilərin qablarını qumbara kimi düşmən 
istehkamının  arxasına  atsınlar.  Bizim  mövqeyimizdən 
düşmən  istehkamına  doğru  boş  qutu  yağışı  yağmağa 
başladı.  Qutular  əl  qumbarasını  əvəz  edir,  ac-susuz 
düşmən əsgərlərinin mədəsində partlayış yaradırdı. Kabab 
ətri  ilə  boş  içki  qutuları  düşmənin  müdafiə  mövqeyində 
zəlzələ  effekti  verdi.  Bir  neçə  dəqiqə  keçməmiş  ilk  iraqlı 


 
54 
əsgər təslim əlaməti olaraq, ağ maykasını qaldırdı və qaça-
qaça  bizim  istehkamın  arxasına  keçdi.  Uşaqlar  onu  Hacı 
Qasimin yanına apardılar. Hacı Qasim tapşırdı ki, ona isti 
xörəklə  sərin  içki  versinlər.  Əsgər  yeməyini  bitirəndən 
sonra Hacı Qasim onu azad etdi. Əsgər əvvəlcə inanmırdı, 
getdiyi  yerdə  tez-tez  dönüb  arxasına  baxırdı.  Nəhayət,  öz 
istehkamlarının  arxasına  keçdi.  Bir  neçə  dəqiqədən  sonra 
isə istehkamın arxasından taqətsiz halda yerdə sürünən bir 
ilana  bənzəyən  əsgər  kolonu  peyda  oldu...  Hacı  Qasimə 
iyirmi  düşmən  əsgərinin  təslim  olduğunu  söyləyəndə 
tapşırdı  ki,  təmas  xəttinə  bir  neçə  yüz  pors  isti  kabab 
göndərsinlər...  Hacı  Qasim  hətta  bir  güllə  belə  atmadan 
düşmən istehkamını ələ keçirdi".
1
 
Bu  addım  Hacı  Qasim  Süleymaninin  ağıllılığından 
xəbər verir. Ağıl və düşüncəsi onu çox sevdirirdi. O bunu 
İmam  Xomeyni  məktəbindən  öyrənmişdi.  İmam  ağıla 
xüsusi  dəyər  yetirirdi,  insanın  dəyərini  ağlından  istifadəsi 
qədər bilirdi. Çünki Allah-Taala insana ağıl verməklə ona 
hər şey vermişdi. 
İmam  Xomeyni  düşünürdü  ki,  insanın  dəyəri  və 
insanlığı  onu  digər  yaranmışlardan  ayıran  bu  qiymətli 
sərvətə görədir. 
2
 
 
1
 “Hacı Qasim, salam”, səh. 251-253. 
2
 Tələb və iradə, səh. 141-142. 


 
55 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin