9
Xalqın roluna səmimi inam
İran İslam Respublikasının banisi İmam Xomeyni
xalqın hakimiyyətdə rolu üzərində daim təkid göstərir,
xalqı İslam dövlətinin təməllərindən biri bilir, çıxışlarında
hakimiyyətin xalqa arxalanması üzərində dayanırdı.
İmam Xamenei 04.06.04 tarixində İmam Xomeyninin
vəfatının on beşinci ildönümü mərasimində buyururdu:
"İmamın siyasi məktəbində xalqın iradəsi sözün əsl
mənasında təyinedicidir. O, xalqın iradəsinə hörmət edir,
dəyər verirdi. Digər tərəfdən, xalqın gücünə arxalanaraq
56
düşünürdü ki, onun polad iradəsi ilə bütün beynəlxalq
təcavüzkarlar qarşısında duruş gətirmək mümkündür".
İmam Xomeyni düşünürdü ki, xalqın iştirakı və nəzarəti
ilə bütün fəsadlara qarşı mübarizə aparıb İslam
respublikası quruluşunu qorumaq olar.
İmam Xomeyni cəmiyyətin hər bir fərdini məsuliyyətli
bilir, xalqın bütün işlərə, o cümlədən dövlət adamlarının
və siyasi quruluşun əməllərinə ümumi nəzarətini lazım
sayır, hətta idarə və təşkilatlarda da tənqid və təklifləri
araşdırmağı tapşırır, ümumi nəzarətin olmamasını dini-
demokratik quruluşun məhvinə səbəb hesab edirdi.
O, 1981-ci ildə Tehranın din alimləri və ruhaniləri ilə
görüşdə buyurmuşdu: "Əgər xalq hökumətin, parlamentin
və digər orqanların işinə nəzarət etməsə, kənara çəkilsə,
fəsad yarana bilər... Əgər qarışmasaq və İslama zərər
toxunsa, ilahi ədalət məhkəməsində hər birimiz sorğu-sual
olunacağıq... Məgər "İslamdan mənə nə dəxli var?!"
demək olar?! Onu qorumaq sənin borcundur!"
İmam Xomeyninin xalqın roluna baxışı belə idi.
Əlbəttə, xalq da dini demokratiyanı formalaşdırmaqda
həqiqətən, böyük rol oynadı. Belə ki, imam
vəsiyyətnaməsində yazdı: "Cəsarətlə iddia edirəm ki,
hazırkı İran xalqı Peyğəmbər dövründəki Hicaz
əhalisindən, İmam Əlinin və İmam Hüseynin dövründəki
Kufə və İraq əhalisindən yaxşıdır... Bu gün bu xalqın
silahlı qüvvələrdən və Bəsicdən tutmuş əşirətlərə,
könüllülərə, ön və arxa cəbhədə çalışanlara qədər hansı
fədakarlıqlar etdiyini, necə qəhrəmanlıqlar yaratdığını
57
görürük... Bunların hamısı onların Allah-Taalaya, İslama
və əbədi həyata imanından, eşqindən irəli gəlir... Biz belə
bir dövrdə, belə bir xalqla yaşadığımıza görə fəxr edirik".
Şəhid Süleymani məktəbində də xalqın roluna səmimi
inam, İran xalqına və İslam ümmətinə sevgi parlayır. O,
imamın şagirdi və ardıcılıydı, rəhbərinin yolunu davam
etdirir, xalqına eşq bəsləyirdi.
Hacı Qasim Süleymani vəsiyyətnaməsində yazır:
"Mənim əziz iranlı qardaş və bacılarım! Ey şərəfli və
başıuca xalq! Mənim canım kimi minlərlə can sizə fəda
olsun! Necə ki, siz yüz minlərlə canı İslama və İrana fəda
etmisiniz".
O əziz şəhid və misilsiz arif habelə vəsiyyətnaməsində
deyir: "Əziz Kirman əhalisinə bir məqamı xatırladacağam.
Onlar sevimli insanlardır, səkkizillik müqəddəs müdafiə
zamanı ən böyük fədakarlıqları göstərmiş, İslama çox
dəyərli komandir və mücahidlər təqdim etmişlər. Mən
həmişə onlardan xəcalətli qaldım…
Əzizlərim!.. Mən sizi öz ata-anamdan, övladlarımdan,
bacı və qardaşlarımdan çox sevirəm. Çünki onlardan çox
sizinlə bir yerdə olmuşam. Üstəlik, mən onların, onlar da
mənim ürəy parçam olsalar da, varlığımı sizə və İran
xalqına nəzir etdiyimi qəbul etmişlər".
1
Süleymani həmçinin 2016-cı ildə bir gəncin məktubuna
cavabında yazırdı: “İmam Xomeyninin "canım qurban
olsun" dediyi bir xalqı müdafiə postunda adi əsgər olmaq
mənə şərəfdir”.
1
Fəkkə jurnalı, say: 202, səh. 34.
58
Məhkəmə orqanının sədri Höccətül-İslam Seyid
İbrahim Rəisi 2020-ci ilin fevralında o böyük şəhidin qırxı
mərasimində deyirdi: "Şəhid Süleymani xalqın fikrinə
formal yanaşmırdı, həqiqətən, inanırdı. O, xalqa və bütün
dünya məzlumlarına doğrudan da eşq bəsləyirdi. Bu eşq
yalnız kirmanlıya, iranlıya, suriyalıya, iraqlıya və ya
əfqanstanlıya məxsus deyildi".
Doktor Məhəmməd Türkmən deyir: "Hacı Qasim əkiz
nəvələrini görməkdən ötrü xəstəxanaya gəlmişdi... Onun
tibb bacıları ilə səmimi salamlaşması bir göz qırpımında
hamısını başına topladı. Qərara gəldik ki, yadigar şəkil
çəkdirək. Hacının dəqiqliyi mənə çox qəribə gəldi.
Şöbənin bütün tibb bacıları şəkil çəkdirmək üçün onun
ətrafında dayandılar. Birdən hacı əli ilə zalın sonunu
göstərdi. Xadimələrin biri döşəməni silirdi. Onu çağırıb
dedi ki, gəlin, yadigar şəklimizdə siz də olun".
1
Məhəmmədrza Fəllahzadə deyir: "Hələbdə əhalinin
şəhərdən boşaldılmasına şəxsən kömək edirdi. Özü
maşınla camaatı daşıyırdı ki, digərləri daha çox çalışsınlar.
Tez-tez tapşırırdı ki, camaatın qış geyimi, adyalı və rahat
yorğan-döşəyi olsun. Su, yemək və dərman təminatı ilə də
ciddi maraqlanırdı. Hələbdə, Əbu Kamalda və bütün
Suriyada
imkanlarının
bir
qismini
əhalinin
təhlükəsizliyinə, yerləşdirilməsinə, qidalanmasına və
sağlamlığına həsr edirdi. Elə davranırdı ki, elə bil öz ata-
anası, qardaş-bacıları, övladlarıdır. İnsanların ehtiyacını
aradan qaldırmaq üçün əlindən gələni edirdi".
1
İslam Respublikası qəzetinin xüsusi buraxılışı, 09/02/20, səh. 4.
59
O, əlavə edir: "Bir gün Kirmandan qayıtmışdı. Çox
yorğun idi. Dedi ki, elə bil, yolbasan maşının altından
çıxmışam. Soruşdular ki, nə üçün? Dedi: "Çox müraciət
edən vardı. Bu camaatın gözü bizim kimilərin köməyinə
dikilib. Mən də bacardığım qədər kömək edirəm".
1
İnsanlara sevgisinə görə İranın bütün şəhər və
vilayətlərinin, eləcə də İraq, Livan, Suriya, Yəmən,
Pakistan, Əfqanıstan, Azərbaycan, Nigeriya, Rusiya,
Türkiyə və Hindistan kimi ölkələrin xalqları dəfn və əza
məclislərində ağlayır, ona matəm saxlayırdılar.
Sadiq Xərrazi deyir: "Şəhadətindən dörd gün öncə
böyük bir alimin yanındaydıq. Süleymani o alimə dedi:
"Gecə vaxtı Allahdan istədim ki, mənim ömrümdən beş il
kəsib sizə versin". Həmin alim gülümsəyib dedi: "Yetmiş
beş ildir Əhli-beyt məktəbi üçün kitab yazıram,
araşdırıram. Müxtəlif risalə və əsərlər toplamışam, fiqh və
təfsir mövzusunda 140-150 kitab və elmi yazı yazmışam,
yüzlərlə şagird yetişdirmişəm. Bütün bunlar Qasim
Süleymaninin Allah hüzurunda beş dəqiqəlik münacatına,
onun Allaha və xalqa xidmətinə qurban olsun! Sənin beş
dəqiqəndən ötrü bütün ömrümü verməyə razıyam!"
2
İmam Xamenei 08/01/20 tarixində buyururdu: "Bu əziz
şəhid hər dəfə yazılı və ya şifahi məruzə edəndə gördüyü
işlərə görə onu həm ürəyimdə, həm də dilimdə
alqışlayırdım. Ancaq bu gün ölkəyə və regiona etdiyi bu
xidmətinə görə qarşısında təzim edirəm. Böyük bir iş
1
“Hacı Qasim məktəbi” xüsusi buraxılışı, səh. 177.
2
Yenə orada, səh. 82.
60
gördü, qiyamət qopardı. Onun mənəviyyatı şəhadətini belə
dəyərli etdi. İranda, Kazimeyndə, Bağdadda, Nəcəfdə,
Kərbəlada keçirilən vida mərasimləri... Bu tikə-tikə bədən
nələr etdi!"
Böyük Rəhbər həmçinin həmin ilin 12 iyulunda
buyururdu: "Xalq iranlıların milli qüdrət və cihad timsalı
olan Şəhid Süleymanini uca tutmaqla göstərdi ki,
imperializmə qarşı mübarizə və müqaviməti dəstəkləyir və
öz milli qəhrəmanına ən üstün dəyərləri tanıyır".
General Hüseyn Nicat 15/02/20 tarixində deyirdi: "Hacı
Qasim Süleymaninin müstəqillik və istismarçılarla
mübarizə
barədə düşünən hökumət və xalqlara
məsləhətləri onun sevilməsinə səbəb oldu. Xalq Suriya,
İraq və Yəməndə günahsız körpələrin öldürülməsini
görmüşdü, İŞİD-dən və Amerikadan həmin körpələrin
qisasını alan adamı sevmələri təbii idi".
Onun xalqa, xalqın da ona böyük sevgisi Süleymani
məktəbinin bariz xüsusiyyətidir. Siz həmin eşqi 1979-cu
ilin 1 fevralında İmam Xomeynini qarşılayanda, həmçinin
6 iyun 1989-cu ildə onun pak cəsədini dəfn edəndə də
yaxşı görmüşdünüz.
|