Qasım bəy Zakirin məzmun hekayələrində əxlaqi didaktika



Yüklə 19,45 Kb.
tarix11.12.2022
ölçüsü19,45 Kb.
#73929
Qasım bəy Zakir


  1. Qasım bəy Zakirin məzmun hekayələrində əxlaqi didaktika

Qasım bəy Zakirin müxtəlif janrlarda yazdığı əsərlər içərisində təmsil və məz-mun hekayələri xüsusi yer tutur. Bizə Zakirin altı təmsili məlumdur. Bu təmsillər-də həm ümumiləşdirilmiş tiplər, həm fərdi xarakterler yaradılmış, həm ictimai nöqsanlar, həm də ayrı-ayrı hadisə və şəxslər tənqid edilmişlər. Zakirin təmsilləri Krilov təmsillərin nisbətən həcmcə böyük olub, daha çox mənzum hekayəyə oxşa-yır. Şair təmsillərində geniş bir ümumiləşdirmə bacarığı ilə, nəsihətamiz və tərbi-yəvi sözlərlə insanları təbiətindəki nöqsanları qamçılayır və onları mənəvi eybə-cərlikdən çəkindirməyə çalışır. Şair yazır:
Bir adam ki, qoya hiyla binası,
Aqibət özünə dəyər xətası
(“İlan, dəvə, tısbağa”)

Biri o kim hər kəs xalqa zülm edər,


Aqibət əsl ilə fənayə gedər.
(“Tülkü və şir”)

Əvvəl gərək suyu yoxlasın möhkəm


Boylanandan sonra soyunsun adam.
(“Tülkü və qurd”)

Bütün təmsillərin sonunda çıxarılan belə nəticələr tərbiyəvi-əxlaqi fikirlər aşılamaq məqsədini güdür. Bu təmsillədə heyvanların simasında müxtəlif insanlar əks edilmişdir. Hər bir heyvanın xasiyyəti təbii və çox düzgün göstərilir, təsvir edilən heyvanlar bir-birilə ünsiyyətdə və münasibətdə verilir, onların timsalında canlı və bədii insan obrazları nəzərdə tutulur.


Təmsildə, əsl mətləbi dolayı yolla, ədəbiyyatın şərtiliyini nəzərə alaraq, istifadə etməyin ən yaxşı yolu budur. "Təmsildə verilən surətlərin özləri canlı, poetik surətlər olmalıdır" (Belinski)
Bu poetik surətləri Zakirin də təmsillərində görməkdəyik. Məsələn, eşşək ax-maq, kobud, etinasız və laqeyddir. Dəvə sakit, təmkinli və kinlidir. Tülkü hiylə-gər, yaltaq və ikiüzlüdür. Şir qüdrətli, əzəmətli, dəhşətli və qorxuncdur. Qurd yır-tıcı, acgöz və tədbirsizdir. Qarğa gücsüz və hiyləgərdir. İlan ilə tısbağa sakit və xaindirlər. Belə sifətlər insanlara da xas olan keyfiyyətlərdir. Personajlardakı bu cür sifətlər poetik surətlər əmələ gətirmişdir. Təmsillərdəki ayrı-ayrı obrazlarla əlaqədar olaraq, bu janrın bir keyfiyyətini nəzərə çatdırmağı məqsəd müvafiq he-sab edirik. Adətən, əsl təmsillərdə obrazlar aydın, konkret olmaqla yanaşı, həmçi-nin "ikinci plana" da xidmət edirlər. Şərti işlənən "ikinci plan" sözünün mənası budur ki, bu obrazlar həm da insan xarakterlərini aydın təsəvvürə gətirmələridir. Təmsilçinin əsl vəzifəsi də dolayı yolla bu "ikinci plan haqqında təsəvvür oyat-maqdan ibarətdir. Təmsildən gözlənilən bədii təsiri o zaman almaq olur ki, təsvir olunan konkret əhvalat və xarakterlərlə nəzərdə tutulan niyyət arasında daxili bir vəhdət olsun. Bu cəhət oxucunun fikirini mərkəzləşdirir. Şairin şux məzəli yazı manerası isə ona bədii estetik zövq verir.
Zakir təmsillərində qədim yazılı abidə olan “Kelila va Dimne” kitabındakı ob-razlardan orijinal şəkildə istifadə etmişdir. O, nəsrlə yazılmış “Qarğa, kəsəyən, göyərçin, tısbağa, ahu və sayyah” adlı uzun rəvayəti nisbətən yığcam şəkildə nəz-mə çəkilmiş və ona bir neçə əxlaqi nəticələr əlavə etmişdir. Əsl mənbədə altı suret olduğu halda, Zakir öz təmsili üçün, beş surat saxlamış, göyərçini verməməyi məqsədəuyğun hesab etmişdir. Yaxud “Kəlilə və Dimna”dəki “Dovşan və şir” təmsilində dovşan obrazını tülkü ilə əvəz etmişdir. Əlbəttə, bu təsadüfi deyildir. Şair heyvanların xarakterindəki təbiiliyi real surətdə işıqlandırmaq məqsədilə, şüurlu olaraq, dovşanı tülkü ilə əvəz etmişdir.
Zakir, nəzərdə tutmuşdur ki, dovşan tülkünün rolunu oynaya bilməz, əgər tülküyə aid olan sifətlər dovşana tətbiq edilərdisə, bu obraz inandırıcı çıxmazdı.
Şairin təmsillərində tənqid ilə yanaşı əxlaqi-didaktik məsələlər də mühüm yer tutur. Başqa təmsilnəvislərdən fərqli olaraq Zakir hər təmsilin axırında bir neçə tərbiyəvi nəticə çıxarır. Təmsillərin birində çıxan nəticəyə diqqət edək:

Böyüklər pəndinə baxmaya hər kəs,


O kəsdən bilmərrə əlaqəni kəs.

Guş etməsən nasehlərin sözünə


Toxunar aqibət bəla özünə

Bir dəxi danışsa hər kim bihəngam


Başı qiyalü qaldan qurtarmaz müdam.

Var isə kəmalın söyləmə əfzun,


Bu barədə şair yazıb bir məzmun

“Kəklik səsin çıxarmasa mən zamın


Onu tuta bilməz dağlarda laçın.”
(“Dəvə və eşşək”)


Bu beytlərdə böyüklərə qulaq asmaq, onlara hörmət etmək, ağıllı adamların məsləhətlərini eşitmək, hər sözü öz yerində danışmaq, uzunçuluq etməmək və sakit, dinc olmaq kimi nəsihətlər asılmışdır.
Yüklə 19,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin