və «sığorta müddəti» adlandırılır. Sığorta müddəti, bir ildən artıq olmamaq şərti ilə (müqavilə ilə digər
şərtlər nəzərdə tutulmayıbsa), Sığorta olunanın Azərbaycan Respublikasında olduğu müddəti əhatə edir.
11.1.1 Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə- sığorta müqaviləsində (və ya eyniləşdirmə
TS-Q-06-10a
- 8 -
11.1.2 Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
11.1.3 Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
11.1.4 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortalı - hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs
vəfat etdikdə;
11.1.5 Hüquqi şəxs olan Sığortalının hüquq qabiliyyətinə xitam verildikdə və ya fiziki şəxs olan
Sığortalının fəaliyyət qabiliyyəti məhdudlaşdırıldıqda (hüquq qabiliyyətinə xitam verilməsi və ya
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın çıxarılması anından);
11.1.6 Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
11.1.7 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
11.1.8 Sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
11.1.9 Tərəflərin razılaşmasına əsasən;
11.1.10 Qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
11.2
Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 15 gün əvvəl qarşı tərəfə yazılı şəkildə
xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə
göstərilən ünvanlarına göndərilməlidir.
11.3
Tərəflər müqaviləyə xitam verməzdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə
yetirməlidirlər.
11.4
Sığortaçı sığorta müqaviləsinin xitam olunduğu tarixdən sonra baş vermiş hadisələr üzrə sığorta ödənişini
həyata keçirmək öhdəliyindən azad olunur.
12.
Dostları ilə paylaş: