4.2. Buraxila bilən həddlər
4.2.1. Lövhələrdən və döymə metaldan hazırlanmış diblərin bortlu elementləri, sferik diblərin obeçaykalarının xarici (daxili) diametrlərinin xətası nominal diametrin ±1%-indən artıq olmamalıdır.
İstənilən eninə kəsikdə nisbi ovallıq 1%-dən artıq olmamalıdır. Nisbi ovallığın qiyməti aşağıdakı düsturlar üzrə təyin edilir:
Ştuserin və lyukun olmadığı en kəsikdə:
(Dmax - Dmin)
= ------------------- х 100%;
Ştuserin və lyukun olduğu en kəsikdə:
= --------------------------- х 100%,
Dmax + Dmin
Burada: -Dmax, Dmin – uyğun olaraq tutumun ən böyük və ən kiçik xarici (daxili) diametrləri,
mm;
d – ştuserin və ya lyukun daxili diametri, mm.
Tutumlar üçün nisbi ovallığın qiymətini, obeçaykanın divarının qalınlığının daxili diametrə nisbəti 0,01 və daha az olduğu halda 1,5%-dək artırmağa yol verilir.
Xaricdən təzyiq altında işləyən tutumların elementləri üçün nisbi ovallıq 0,5%-dən çox olmamalıdır.
4.2.2. Qaynaq tikişlərində kənarların (f) kələ-kötürlüyü f = 0,1s + 3 mm-dən çox olmamalı, eyni zamanda tutumun elementləri üçün cədvəl 2-də verilmiş uyğun ölçülərdən böyük olmamalıdır (şəkil 1).
Dostları ilə paylaş: |