Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və


Qaynaq birləşmələrində qüsurların düzəldilməsi



Yüklə 431,55 Kb.
səhifə28/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   92
məlumat kitabçası

4.8. Qaynaq birləşmələrində qüsurların düzəldilməsi.

4.8.1. Hazırlanma (tam hazırlanmaya qədər) prosesində, yenidən qurulma, montaj, təmir, sazlama, sınaq və istismarda aşkar edilmiş, yolverilməz qüsurlar, sonradan təmir edilmiş (düzəldilmiş) sahələr yoxlanılmaqla aradan qaldırılmalıdır.

4.8.2. Qüsurların düzəldilməsi texnologiyası və yoxlanma qaydası Qaydaların və NS-in tələblərinə uyğun olaraq işlənmiş NS-lə müəyyən edilir.

4.8.3. Qüsurların qəbul edilmiş düzəldilmə texnologiyasından kənara çıxma tutumu işləyib hazırlayanla razılaşdırılmalıdır. Qüsurların aradan qaldırılmasını seçilmiş yerlərdə hamar keçidi təmin etməklə mexaniki üsulla yerinə yetirmək lazımdır. Yenidən qaynaq olunması lazım olan seçilmiş yerlərin maksimal ölçüləri və forması NS-lə müəyyən olunur.

Mexaniki üsulla seçilmiş hissənin səthinin sonrakı emalı ilə daxili qüsurların aradan qaldırılması üçün termiki kəsmə (yonma) üsullarının tətbiqinə icazə verilir.

Qüsurların tam aradan qaldırılması NS-in tələblərinə uyğun olaraq vizual və dağıdıcı olmayan nəzarət üsulu (kapilyar və ya maqnit tozu defektoskopiyası və ya kimyəvi aşındırma üsulu) ilə yoxlanmalıdır.

4.8.4. Seçilən hissənin maksimal dərinliyi olan yerdə detalın divarının minimal buraxılabilən qalınlığının saxlanması halında seçilmiş yerlərin qüsurlarının qaynaq olunmadan düzəldilməsinə icazə verilir.

4.8.5. Əgər düzəldilən sahənin yoxlanması zamanı qüsurlar aşkar edilərsə, eyni qaydada birinci düzəliş edildiyi kimi təkrar düzəliş etməyə icazə verilir.

Qaynaq birləşməsinin eyni yerində üç dəfədən çox olmamaqla qüsurların düzəldilməsinə icazə verilir.

Qaynaq birləşmələrinin tikiş və termiki təsir zonalarının metalının çıxarılması ilə qaynaq tikişi boyunca kəsilən hissələr təkrar düzəldilmiş hissə kimi hesab edilmir.


Yüklə 431,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin