5.5.13. Qoruyucu qurğular onlara rahat xidmət edilə bilən əlverişli yerdə yerləşdirilməlidir.
5.5.14. Tutumla qoruyucu qurğu arasında, eləcə də onun arxasında bağlayıcı armaturun
quraşdırılmasına icazə verilmir.
5.5.15. Armatur qoruyucu qurğudan əvvəl (sonra) quraşdırıla bilər, bu şərtlə ki, iki
qoruyucu qurğunun və bloklayıcının qurulması onların eyni zamanda söndürülməsini (ayrılmasını) istisna etsin. Bu halda onlardan hər biri Qaydaların 5.5.9-cu bəndində nəzərdə tutulmuş keçirmə (buraxma) qabiliyyətinə malik olmalıdır.
Qoruyucu qurğular qrup şəklində qurulanda və armatur onlardan əvvəl (sonra) quraşdırılan zaman blokirovka elə yerinə yetirilməlidir ki, layihədə istənilən nəzərdə tutulmuş variantda açılan klapanlar olan zaman qoruyucu qurğuların ümumi (toplanmış) keçirmə qabiliyyəti Qaydaların 5.5.9 bəndində nəzərdə tutulana bərabər olsun.
Dostları ilə paylaş: |