Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və



Yüklə 431,55 Kb.
səhifə40/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   92
məlumat kitabçası


partiyada membranların sayı;

  • membranların uyğun olaraq hazırlandığı normativ sənədlərin adı;

  • texniki tapşırığa (sifarişə) əsasən membranları hazırlayan müəssisənin adı;

  • istehsalçı-müəssiənin zəmanət öhdəlikləri;

  • membranın istismara buraxılma qaydaları;

  • membranın istismar jurnalının nümunəsi.

    Pasport istehsalçı-müəssiənin rəhbəri tərəfindən imzalanmalı və imza möhürlə təsdiq edilməlidir.

    Pasporta verilən partiyada membranla birgə yığımda istismara buraxılan vakuumaqarşı dayaqların, sıxıcı və başqa elementlərin texniki sənədləri əlavə edilməlidir. Artıq istehlakçıda olan bərkidici düyünlər üçün membranlar hazırlandığı hallarda texniki sənədlər əlavə olunmur.



    5.5.20. Qoruyucu membranlar yalnız onlar üçün təyin olunmuş bərkidici düyünlərdə quraşdırılmalıdır.

    Membranların yığılması, montajı və istismarı üzrə işlər xüsusi öyrədilmiş personal tərəfindən yerinə yetirilməlidir.



    5.5.21. Xarici müəssisələr tərəfindən istehsal olunmuş qoruyucu membranlar yalnız SİTGDMND Agentliyi tərəfindən müəyyən olunmuş qaydada verilmiş xüsusi icazə olduğu halda istismara buraxıla bilər.

    5.5.22. Membranlı qoruyucu qurğular açıq, baxış keçirmək və montaj - demontaj üçün rahat yerdə yerləşdirilməli, birləşdirici boru xətləri onlarda olan məhsulun donmasına qarşı mühafizə olunmalı, qurğular isə birbaşa tutumlara birləşmiş boru qollarında və ya boru xətlərində quraşdırılmalıdır.

    5.5.23. Membranlı qoruyucu qurğu qoruyucu klapanla ardıcıl (klapandan əvvəl və ya ondan sonra) quraşdırıldığı halda membranla klapan arasındakı boşluq siqnallı manometri olan (membranın saz vəziyyətdə olmasını yoxlamaq üçün) yanaşı (yan) borucuqla əlaqələndirilməlidir.

    5.5.24. Membranlı qurğuların sayı iki dəfə artırıldıqda, təkrar qoşulan qurğuların istənilən vəziyyətində təzyiqin artmasından tutumların mühafizə olunmasını təmin etməklə, təkrar keçirdici qurğuların membranlı qoruyucu qurğulardan əvvəl quraşdırılmasına icazə verilir.

    5.5.25. Texnoloji proseslərin şərtlərindən asılı olaraq qoruyucu qurğuların saz vəziyyətinin yoxlanma qaydası və müddətləri tutum sahibinin müəyyən olunmuş qaydada təsdiq etdiyi qoruyucu qurğuların istismarı üzrə təlimatında göstərilməlidir.

    Qoruyucu qurğuların işlək vəziyyətinin yoxlanmasının nəticələri, onların sazlanması barədə məlumatlar, göstərilən əməliyyatları yerinə yetirən şəxslər tərəfindən tutumların növbəli iş jurnalında qeyd olunur.




    Yüklə 431,55 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   36   37   38   39   40   41   42   43   ...   92




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin