VI BÖLMƏ
QURAŞDIRMA, QEYDİYYAT,
TUTUMLARIN TEXNİKİ MÜAYİNƏ OLUNMASI,
İSTİSMARA İCAZƏNİN VERİLMƏSİ
6.1. Tutumlarin quraşdirilmasi
6.1.1. Tutumlar, adamların toplana biləcəyini istisna edən yerlərdə, açıq meydançalarda və ya ayrıca dayanan binalarda quraşdırılmalıdır.
6.1.2. Tutumların aşağıdakı yerlərdə quraşdırılmasına icazə verilir:
binadan kapital divarla ayrılması şərti ilə istehsal binalarına bitişik örtülü yerlərdə (otaqlarda);
sahə üzrə təhlükəsizlik qaydalarında nəzərdə tutulduğu halda istehsal sahələrində;
armaturu idarə etmək və ona baxış keçirmək üçün daxil olma imkanı və tutumun
divarlarının həm torpaq və həm də azan cərəyanların korroziyasından qorunması şərti ilə torpağa basdırmaqla.
6.1.3. SİTGDMND Agentliyində qeydiyyatdan keçmiş tutumların yaşayış, ictimai və məişət binalarında, eləcə də onlarla yanaşı yerlərdə quraşdırılmasına icazə verilmir.
6.1.4. Tutumların quraşdırılması onların aşma ehtimalını istisna etməlidir.
6.1.5. Tutumların quraşdırılması onlara baxış keçirmək, təmir etmək, daxili və xarici tərəfdən təmizləmək imkanını təmin etməlidir.
Tutumlara rahat xidmət etmək üçün meydançalar və pilləkənlər düzəldilməlidir. Tutumlara baxış keçirmək və təmir etmək üçün asma meydançalar və ya başqa qurğular tətbiq edilə bilər. Göstərilən qurğular tutumların möhkəmliyinə və dayanıqlığına xələl gətirməməli, onların tutumlara qaynaq edilməsi isə Qaydaların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Materiallar, pilləkənlərin və meydançaların konstruksiyası fəaliyyətdə olan NS-ə uyğun olmalıdır.
Dostları ilə paylaş: |