2.2. Lyuklar, baxiş lyuklari, qapaqlar
2.2.1. Tutumların daxilinə baxışın keçirilməsi, təmizlənməsi və təmiri üçün, eləcə də taxılıb-sökülən bilən daxili qurğuların sökülüb-quraşdırılması üçün lazımi sayda lyuklar və baxış lyukları olmalıdır.
Silindrik gövdədən və içərisində bərkidilmiş borucuqlarla hörmədən (istilik dəyişdiricilər) ibarət olan tutumlar və kriogen mayelərin nəql olunması və saxlanılması, eləcə də ГОСТ 12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükə dərəcəli, lakin korroziya və ərp əmələ gətirməyən maddələrlə işləmək üçün təyin olunan tutumları diametrindən asılı olmayaraq, Qaydaların 2.1.4. bəndinin tələbləri yerinə yetirilməsi şərtilə lyuk və baxış lyuku olmadan hazırlamağa yol verilir.
Dostları ilə paylaş: |