2.3.1. Tutumlarda aşağıdakı formalarda diblər tətbiq edilir: elliptik, yarımsferik, torosferik, sferik bortsuz (kənarlarsız), konusvari bortlu, konusvari bortsuz, düz bortlu, yastı bortsuz.
2.3.2. Elliptik diblərin daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü dibin daxili diametrinin 0,2 mislindən kiçik olmamalıdır. Bu ölçülərin ixtissaslaşmış elmi-tədqiqat müəssisəsi ilə razılaşdırılaraq kiçiltməyə yol verilir.
2.3.3. Torosferik diblər aşağıdakılara malik olmalıdır:
daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü daxili diametrin 0,2 hissəsindən az olmamalıdır;
bortun daxili radiusu dibin daxili diametrinin 0,1 hissəsindən az olmamalıdır;
mərkəzi hissənin əyriliyinin daxili radiusu dibin daxili diametrindən böyük olmamalıdır.
2.3.4. Sferik bortsuz diblər qaynaq edilmiş flanslarla tətbiq edilə bilər, bu halda:
dibin sferik hissəsinin daxili radiusu tutumun daxili diametrindən böyük olmamalıdır;
flansın dib ilə qaynaq birləşməsi bütöv qaynaqla yerinə yetirilməlidir.
2.3.5. Yarımsferik diblər istisna olmaqla, xorda üzrə qaynaq tikişinin yerləşməsi ilə bir neçə hissədən ibarət qabarıq qaynaq edilmiş diblərdə qaynaq tikişinin oxundan dibin mərkəzinə qədər olan məsafə dibin daxili diametrinin 1/5 hissəsindən böyük olmamalıdır.
Qabarıq diblərin dairəvi tikişləri, dibin mərkəzindən onun daxili diametrinin 1/3 hissəsindən çox olmayan məsafədə yerləşməlidir.
2.3.6. Konusvari bortsuz diblər 45o-dən cox olmayan mərkəzi bucağa malik olmalıdırlar. Cihazqayırma üzrə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsinin qərarına əsasən konusvari dibin mərkəzi bucağı artırıla bilər.
2.3.7. Mexaniki yonma ilə yerinə yetirilmiş halqavari qanovlarla və silindrik hissə ilə (bortlu) yastı diblər döymədən hazırlanmalıdır. Əgər bortlar ştamplama və ya metal təbəqənin kənarını 90o yuvarlamaqla yerinə yetirilirsə, o zaman yastı dibin bortunu təbəqədən hazırlamağa yol verilir.
2.3.8. Tutumların bort və keçid elementləri üçün, qabarıq diblər, kompensatorlar və ştuserlərin qaynaq üçün dartılmış boğazları istisna olmaqla, bortun elementinin yuvarlanmaya başladığı yerdən bortun kənarına qədər (İ) məsafəsi bort elementinin divarının qalınlığından (s) asılı olaraq cədvəl 1-də göstərilən qiymətdən az olmamalıdır.