Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və


Qaynaq birləşmələrinin mexaniki sınaqları dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməlidir. 4.5.51



Yüklə 431,55 Kb.
səhifə22/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   92
məlumat kitabçası

4.5.50. Qaynaq birləşmələrinin mexaniki sınaqları dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməlidir.

4.5.51. 20oC temperaturda qaynaq tikişinin metalının qırılmaya müvəqqəti müqaviməti əsas metala aid NS-də müəyyən olunmuş qiymətlərə uyğun olmalıdır. Müəyyən qaydada

razılaşdırılmış normativ sənədlərdə nəzərdə

tutulmuşsa, müvəqqəti

müqavimətin qiymətini




aşağı salmağa yol verilir.



















4.5.52. Polad birləşmələrinin statik əyilməyə sınağı zamanı alınan göstəricilər cədvəl 7-də




göstərilənlərdən aşağı olmamalıdır.





































Cədvəl 7




























Buraxılabilən minimal əyilmə bucağı, dərəcə






















Poladın tipi, sinfi




elektrikqövs, kontakt və elektrikşlak

qaz qaynağı







qaynağı













(əlavə 4-ə uyğun olaraq)








































qaynaq olunan elementlərin qalınlığı, mm











































20-dən artıq




20-dən artıq

4-ə qədər










olmayan




























1




2







3

4




























Karbonlu




100







100

70




























Aşağılegirli manqanlı, manqan-silisiumlu




80







60

50




























Aşağılegirli xrommolibdenli, xrom-molibden-




50







40

30




vanadiumlu


































Martensit




50







40

-




























Ferrit




50







40

-




























Austenit-ferrit




80







60

-




























Austenit




100







100

-




























Dəmir-nikel və nikel əsaslı ərinti




100







100

-




























4.5.53. Qaynaq birləşmələrinin zərbədən əyilməyə sınağı üzərində kəsik olan nümunələrdə, əgər kəsik yeri hazırlanmağa aid texniki şərtlərdə və ya qaynaq birləşmələrinin qaynağı və yoxlanması üzrə təlimatda xüsusi olaraq qeyd olunmamışdırsa, tikişin oxu boyunca onun açıldığı yerdən yerinə yetirilir.

Polad qaynaq birləşmələrinin zərbə özlülüyünün qiyməti cədvəl 8-də göstərilmiş qiymətlərdən aşağı olmamalıdır.



























Cədvəl 8































Zərbə özlülüyünün minimal qiyməti, C/sm2, (kqq × m/sm2)




Sınaq

ferrit, austenit-ferrit, və

ferrit və austenit-ferrit

austenit sinfinə aid




austenit sinfinə aid polad-




sinfinə aid poladlar

poladlar üçün




temperaturu, oC

lardan başqa bütün poladlar




üçün



















üçün








































KCU




KCV

KCU




KCV

KCU

KCV


































20

50(5)




35(3,5)

40(4)




30(3)

70(7)

50(5)


































-20-dən aşağı

30(3)




20(2)

30(3)




20(2)

30(3)

20(2)


































Zərbə özlülüyünə sınaq məhsulun hazırlanmasına aid standartların və ya TŞ-lərin tələblərinə görə KCU və ya KCV tipli nümunələr üzərində aparılır.



4.5.54. Boruların qaynaq birləşmələrinin əzilməyə sınağı zamanı sınaq göstəriciləri eyni növ və materialdan hazırlanan borular üçün müəyyən olunmuş standartlara və ya texniki şərtlərə uyğun minimal yolveriləbilən göstəricilərdən (qiymətlərdən) aşağı olmamalıdır.

Uzununa qaynaq tikişli borulardan hazırlanan nümunələrin əzilməyə sınağı zamanı tikiş divarların yaxınlaşma istiqamətinə perpendikulyar səthdə yerləşdirilməlidir.



4.5.55. Qaynaq birləşmələrinin mexaniki xassələrinin göstəriciləri ayrı-ayrı nümunələrin sınaq nəticələrinin orta riyazi qiyməti kimi müəyyən olunmalıdır. Əgər dartılmaya, statik əyilməyə və ya əzilməyə sınaqdan keçirilən nümunələrdən heç olmasa birinin nəticələri, müəyyən olunmuş normadan 10 % qədər fərqli aşağı rəqəm göstərirsə, onda sınaqların ümumi nəticələri qənaətbəxş hesab edilmir. Əgər zərbədən əzilmə sınağı zamanı nümunələrdən heç olmasa biri cədvəl 8-də göstərilənlərdən aşağı nəticə göstərirsə, alınan nəticələr qənaətbəxş hesab edilmir.

-40oC-dən aşağı temperaturda keçirilən sınaqda nümunələrdən birində zərbə özlülüyünün KCU 25C/sm2-ə (2,5 kqq.m/sm2) qədər və ya KCV 20 C/sm2 -ə (2 kqq.m/sm2) qədər aşağı düşməsinə yol verilir.



4.5.56. Keçirilən mexaniki sınaqların bir növünə görə qənaətbəxş nəticələr alınmırsa, bu sınaq növü eyni yoxlama birləşmədən kəsilmiş nümunələrin iki dəfə artırılmış sayı üzərində təkrar olunmalıdır. Göstərilən birləşmədən nümunə kəsmək mümkün olmadığı halda təkrar mexaniki sınaq aparmaq üçün eyni qaynaqçı tərəfindən qaynaq edilmiş istehsal qaynaq birləşmələrində, yoxlanan məmulatdan kəsilmiş nümunə üzərində sınaq aparılmalıdır.

Əgər təkrar sınaq zamanı nümunələrdən heç olmasa birində alınan nəticələr müəyyən olunmuş normalara uyğun gəlmirsə, həmin qaynaq birləşməsi yararsız sayılır.



4.5.57. SİTGDMND Agentliyinin razılığı ilə eynitipli məmulatın seriyalı istehsalı dəyişilməyən texnoloji prosesdə, müəyyən iş növlərində və yüksək keyfiyyətli qaynaq birləşmələri yerinə yetirən, 6 aydan az olmayan müddət ərzində yoxlama nəticələri təsdiq olunmuş, qaynaqçıların ixtisaslaşdırılması şəraitində qaynaq birləşmələri üçün Qaydalarda nəzərdə tutulmuş mexaniki sınaqların və metalloqrafik tədqiqatların həcmini azaltmaq olar.

4.5.58. Qaynaq birləşmələrinin, tökmə və döymə elementlərinin, tökmə detalları olan boruların, müxtəlif sinif poladlardan hazırlanan elementlərin, eləcə də təksaylı qaynaq birləşmələrinin mexaniki sınaqlarının keçirilməsinin zəruriliyi, həcmi və qaydası müəyyən olunmuş qaydada razılaşdırılmış normativ sənədlər üzrə müəyyənləşdirilir.

Qeyri-metal və kompozisiya materiallarından hazırlanan tutumlar üçün şahid-nümunələr nəzərdə tutulmalıdır. Onların konstruksiyası, hazırlanma texnologiyası və sınaq növləri verilən tutuma aid texniki şərtlərlə müəyyən olunur.



4.5.59. Aşağıdakı tutumların və onların elementlərinin möhkəmliyini müəyyən edən yoxlama uc-uca qaynaq birləşmələri metalloqrafik üsulla tədqiqat olunmalıdır:

  1. MPa-dan (50 kqq/sm2) böyük təzyiqdə və ya 450 oC-dən yüksək temperaturda və ya təzyiqdən asılı olmayaraq -40 oC-dən aşağı temperaturda işləmək üçün təyin olunan;

qaynaq zamanı közərməyə meylli legirlənmiş poladlardan, iki laylı poladlardan hazırlanmış; qızğın çatlar (texniki layihənin müəllifi tərəfindən müəyyən olunur) əmələ gətirməyə meylli

poladlardan hazırlanan.

Austenit sinfinə aid poladlardan hazırlanmış, divarının qalınlığı 20 mm-ə qədər olan tutumlar və onların elementləri üçün metalloqrafik tədqiqatların aparılmamasına icazə verilir.


  1. Metalloqrafik tədqiqatlar üçün qaynaq birləşmələrinin nümunələri (şlifləri) qaynaq tikişinin eninə kəsilməli və dövlət standartlarının və ya NS-in tələblərinə uyğun hazırlanmalıdır.

Metalloqrafik tədqiqatlar üçün qaynaq birləşmələri nümunələrinə tikişin bütün en kəsiyi,

qaynağın hər iki termiki təsir zonası, onlara bitişik əsas metal sahələri, həmçinin əgər qaynaq zamanı alt halqa tətbiq olunmuş və çıxarılmamalıdırsa, o, daxil olunmalıdır. Metalloqrafik

tədqiqatlar üçün təyin olunan, divarının qalınlığı 25 mm və daha artıq olan qaynaq birləşmələrinin elementlərinin nümunələrinə birləşmənin en kəsiyinin yalnız bir hissəsi daxil ola bilər. Bu halda əridilən xətdən nümunənin kənarına qədər olan məsafə 12 mm-dən, yoxlanılan səthin sahəsi isə 25x25 mm-dən kiçik olmamalıdır.

4.5.61. Metalloqrafik tədqiqatlar zamanı qaynaq birləşmələrinin keyfiyyəti Qaydaların 4.5.1

və 4.5.17 bəndlərinin tələblərinə uyğun olmalıdır.



4.5.62. Metalloqrafik tədqiqatlardan qənaətbəxş olmayan nəticələr alındığı halda eyni

yoxlama birləşmədən kəsilmiş iki nümunə üzərində təkrar sınaqların aparılmasına yol verilir.

Təkrar metalloqrafik tədqiqatlardan yenə qənaətbəxş olmayan nəticələr alınarsa, o zaman

bu qaynaq tikişləri yararsız hesab edilir.



4.5.63. Əgər ultrasəs defektoskopiyası və ya radiasiya üsulu ilə yoxlanmış və yararlı hesab edilən yoxlama qaynaq birləşməsində, metalloqrafik tədqiqat zamanı dağıdıcı olmayan üsullar ilə daxili qüsurlar aşkar olunursa, eyni defektoskopiya mütəxəssisi tərəfindən bütün yoxlanılan istehsalat qaynaq birləşmələri eyni defektoskopiya üsulu ilə 100% təkrar yoxlanmalıdır. Bu halda bütün istehsal qaynaq birləşmələrinin keyfiyyəti başqa, daha təcrübəli və ixtisaslı defektoskopiya mütəxəssisi tərəfindən həyata keçirilməlidir.

4.5.64. Qaynaq birləşmələrinin tökmə və döymə elementlərinin, tökmə detalları olan boruların, müxtəlif sinfə aid poladlardan hazırlanan elementlərin, eləcə də digər təksaylı qaynaq birləşmələrinin metalloqrafik tədqiqatının zəruriliyi, həcmi və ardıcıllığı hazırlanmaya aid texniki şərtlərlə və ya NS-lə müəyyən edilir.

4.5.65. Austenit, ferrit, austenit-ferrit korroziyaya davamlı təbəqəsi olan ikilaylı poladdan hazırlanan tutumların və onların elementlərinin, qaynaq birləşmələrinin kristallararası korroziyaya dayanıqlığının yoxlanması texniki şərtlərdə və ya texniki layihədə bu tələblər nəzərdə tutulubsa aparılmalıdır.

4.5.66. Nümunələrin forması, ölçüsü, sayı, sınaq metodları və nümunələrin kristallararası korroziyaya meylliliyinin qiymətləndirmə meyarları NS-in tələblərinə uyğun olmalıdır.


Yüklə 431,55 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin