Qeydlər.1. Təbəqənin qalınlığı 16 mm-dən artıq olmamalıdır.
Ст3сп, Ст3пс markalı 3-cü kateqoriya, qalınlığı 40 mm-dən artıq olmayan; Ст3сп, Ст3пс markalı 4 və 5-ci kateqoriya, qalınlığı 25 mm-dən artıq olmayan, Ст3Гпс markalı qalınlığı 30 mm-dən artıq olmayan polad təbəqə prokatının tətbiq olunmasına icazə verilir.
ГОСТ 1577 üzrə 15 və 20 markalı poladların sınaqlarının həcmi və növləri həmin həcmdə ГОСТ 5520 üzrə müvafiq kateqoriyada 15К, 16К, 18К və 20К markalı poladlar üçün də keçirilməlidir.
Qalınlığı 12 mm-dən az olan təbəqələrin mexaniki xassələri partiyadan götürülmüş təbəqələr üzərində yoxlanılır.
Əgər 200oC temperaturda istismar olunan tutumların və ya onun detallarının hazırlanması zamanı polad soyuq deformasiyaya (yayma,əymə, bortdüzəltmə və s.) məruz qalırsa, onun mexaniki köhnəlməyə sınağı keçirilir.
ГОСТ 19281üzrə təbəqələr mütləq ГОСТ–un 2.2.1, 2.2.2, 2.2.3, 2.2.7, 2.2.9, 2.2.12 bəndlərinin yerinə yetirilməsi ilə tədarük olunmalıdır, eləcə də təbəqə partiyasının ГОСТ 5520 üzrə makrostrukturunun yoxlanması keçirilməlidir.
Təbəqənin qalınlığı 12 mm və daha çox olduğu halda istismar temperaturu -30oC-dən aşağı, 200oC-dən yuxarı və ya 5 MPa (50 kqq/sm2) təzyiq altında olduqda, sınaqlar ayrı-ayrı təbəqələr üzrə keçirilir.
Əgər möhkəmliyə hesablama zamanı buraxıla bilən gərginliklər 1,35 dəfəyə qədər azaldılıbsa, və tutumun termiki emalı keçirilibsə, onda divarının qalınlığı 36 mm-dək olan tutumlarda karbonlu və aşağılegirli poladların tətbiq olunma temperatur həddini 20oC-yə qədər (lakin -70oC-dən aşağı olmamaqla) aşağı salmağa icazə verilir.
Əgər möhkəmliyə hesablama zamanı buraxıla bilən gərginliklər 2,85 dəfəyə qədər azaldılıbsa, göstərilən poladların tətbiq olunma temperatur həddini termiki emal keçirmədən 20oC-yə qədər (lakin -70oC-dən aşağı olmamaqla) aşağı salmağa icazə verilir.
200 oC temperaturda istismar olunan, ГОСТ 5521 üzrə tədarük olunan poladlar üçün köhnəlmə sınaqları keçirilməlidir.
Səthinin keyfiyyəti М 3б və М 4б qruplara aid ГОСТ 7350 üzrə təbəqələrin tətbiq olunmasına bu şərtlə icazə verilir ki, möhkəmliyə hesablama zamanı qüsurların dərinliyi nəzərə alınsın.
Emallı tutumlar üçün.
ГОСТ 19281 termiki emala uğradılmayan, tutumlar üçün tətbiq edilən, yüksək möhkəmliyə malik poladdan hazırlanan prokatlara aid edilir. Termiki emala uğradılan tutumlar üçün ГОСТ 19281 üzrə polad prokatların tətbiq olunmasının mümkünlüyü ixtisaslaşdırılmış müəssisə ilə razılaşdırılmalıdır.
Qaynaq olunmağa aid olmayan detalların hazırlanması üçün.