Qaydalar beynəlxalq idman dirmanmasi federasiyasi beynəlxalq dirmanma yarişlari üÇÜN



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix14.01.2017
ölçüsü1,3 Mb.
#5151
1   2   3   4   5   6

a) 

tamamlama tutacağı 

 

 

b) 



bolderin yuxarısında müəyyən tamamlama duruş vəziyyəti  

  7.2.7  Hər  bolderdə  aydın  işarələnmiş  “bonus”  tutacağı  olur.  Bu  tutacağın 

yerləşməsi  marşrut  qurucusunun  mülahizələri  əsasında  müəyyən  olunur.  Bu  tutacaq 

müxtəlif səviyyədə çıxış edən idmançıların fərqləndirilməsi üçündür. 

  7.2.8  Maddə 7.2.5 , 7.2.6, və 7.2.7 -ə uyğun işarələmə yarış müddətində eyni 

olur.  Başlanğıc  və  bitiş  tutacaqları  eyni  rəngdə  ,bonus  tutacağı  isə  başqa  rəngdə 

işarələnir.  Hər  iki  rəng  Maddə  7.9.5  b)-də  göstərilən  çərçivələmə  rənglərindən  fərqli 

olur. İşarələməlin nümunəsi izolyasiya zonasında qurulur.  

  7.2.9  Bir  bolder  üçün  əl  tutacaqlarının  sayı  ən  çox  on  iki  (12)  ola  bilər. 

Tutacaqların orta sayı 4-8 arası olmalıdır. 

  7.3 

TƏHLÜKƏSİZLİK 

  7.3.1  Hər bolder aşağıdakı kimi dizayn edilir :  

   


a) 

İdmançının  bədəninin  aşağısı  heç  vaxt  yerdəki  matdan  üç  (3)  

metrdən daha yuxarı olmamalıdır. 

   

b) 

İdmançı yıxılanda özünün zədələnməsinə , digər idmançıya mane 

olması və zədələməsinə və 3-cü şəxsin zədələnməsinə mane olacaq şəkildə olmalıdır 

   

c) 

Aşağı  istiqamətli tullanmalar olmamalıdır. 

  7.3.2  Yerdəki  matlar  hər  bolderi  əhatə  etməlidir.  Təşkilatçının  təmin  etdiyi 

matların 

yerləşdirilməsi 

marşrut  qurucusunun 

məsuliyyətidir.  Əgər 

matlar 


birləşdirilirsə,  aradaki  boşluqlar  idmançılar  yıxılanda  zədələnməyəcəyi  şəkildə 

örtülməlidir 

   

Şəxsi Ləvazimat 

  7.3.3  Dırmanma  və  müşahidə  müddəti  ərzində  audio  vasitə  daşımasına  və 

istifadəyə icazə verilmir.  



Təhlükəsizlik Yoxlanışı 

  7.3.4  Jüri  prezidenti  ,  baş  hakim  (  IFSC  hakimi)  ,  marşrut  qurucusu  hər 

mərhələdə  yarış  başlamadan  əvvəl  təhlükəsizlik  standartlarının  uyğunluğunu  təftiş 

edir. Xüsusilə baş hakim ( IFSC hakimi) və marşrut qurucusu bütün bolderlərin Maddə 

7.3.1 və 7.3.2-nin tələblərinə uyğunluğunu təmin etməlidir. 

  7.4 

QİYMƏTLƏNDİRMƏ VƏ VAXT  



  7.4.1  Hər bolder üçün hakimlər : 

a) 

Kvalifikasiya  və  yarım  final  mərhələsində  ən  az  bir  (1)  bolder 

hakimi 

b) 

Final  mərhələsində bir (1) bolder  hakimi  və jüri prezidenti  və ya 

baş hakimdən hər hansı biri.  

   


Xal Verilməsi

 

 



7.4.2 

Hər  bolderdə  idmançı  Maddə  7.2.8-ə  uyğun  işarələnmiş  bonus 

tutacağını  idarəli  tutarsa,  bonusu  almış  sayılır.  Həmçinin,  idmançı  bonusdan  istifadə 

etmədən  marşrutu  tamamlasa  bonusu  almış  sayılır.  İdmançı  bonus  tutacağından 

istifadə edib stabil dayana bilirsə, “bonus”u idarəli tutmuş hesab olunur.  

  7.4.3  Hər  idmançı  bolderdə  cəhd  edərkən  bolder  hakimi  aşağıdakıları  qeyd 

edir: 

   

a)  Bonusu  Maddə  7.4.2-ə  uyğun  əldə  etməyə  sərf  olunmuş  cəhdlərin 

sayı. 


   

 

b) Bolderi uğurla tamamlamaq üçün sərf olunmuş cəhdlərin sayı 

  7.4.4  İdmançı aşağıdakıları etdikdə hər biri cəhd kimi hesablanır : 

   

 

a) maddə 7.9.1-ə uyğun bolderə başladıqda 

   

 

b) başlanğıc tutacaqlardan başqasına toxunduqda 

   

 

c) bolderə istiqamət göstərici bir iz qoyarsa, 

   


Vaxtın Ölçülməsi  

  7.4.5  Idmançının  dırmanması  üçün  nə  qədər  vaxtı  qaldığını  göstərmək  üçün 

elektronik vaxt ölçmə sistemindən istifadə olunur. Monitor(lar) qalan vaxtı saniyələrlə 

göstərməlidir.  Monitorların  sayı,  yerləşdirilməsi  və  ölçüsü  yarış  ərazisindəki  bütün 

idmançıların görməsi nəzərə alınaraq müəyyən edilir. 

   

7.4.6  Hər  vaxt dövrəsinin başlanğıcı  (və sonu) kvalifikasiya  və  yarım-

final mərhələlərində aydın eşidilən yüksək səs siqnalı ilə elan olunur. Vaxt dövrəsinin 

bitməsinə bir (1) dəqiqə qaldıqda fərqli bir siqnalla bildirilir.  


   

7.5 

HƏR MƏRHƏLƏ ÜÇÜN KVOTALAR  

   


7.5.1  Yarım-final  və final  mərhələləri  üçün  idmançı sayı  uyğun olaraq 

iyirmi (20) və altıdır (6). 

   

7.5.2  Əgər  hər  kateqoriyada  iki  (2)  başlama  qrupu  varsa,  növbəti 

mərhələ üçün kvota bərabər bölünür və hər iki qrupa tətbiq olunur. 

   

7.5.3  Yarım - final və final mərhələsinin kvotası əvvəlki mərhələdə ən 

yüksək  nəticə  göstərmiş  idmançılardan  doldurulur.  Əgər  iki  və  daha  çox  idmançının 

eyni  yeri  tutmasına  görə  sabit  kvota  aşılarsa,  bütün  eyni  nəticəli  idmançılar  növbəti 

mərhələyə keçirilir.   

 

 

7.6 



BAŞLAMA SIRASI 

   


Kvalifikasiya 

   


7.6.1  Kvalifikasiya  mərhələsi  iki  (2)  başlanğıc  qrupu  üzrə  keçirilirsə, 

idmançılar hər qrupa aşağıdakı kimi paylanır. 

   

 

a) 



Əvvəlcə  boldrinq  üzrə  cari  dünya  dərəcləndirməsi  olan 

idmançılar aşağıdakı üsulla yerləşdirilir.  



Cari Dünya Sıralamasına Görə 

Başlanğıc qrupu A 

Başlanğıc qrupu B 

1-ci 

2-ci 

4-cü 

3-cü 

5-ci 

6-cı 

8-ci 

7-ci 

9-cu 

10-cu 

Və s. 

Və s. 

 

   



b)             Sonra  dünya  sıralaması  olmayan  idmançılar  təsadüfi  seçmə 

ilə qruplar arasında bərabər bölünür. 



  7.6.2  Kvalifikasiya  nərhələsində  hər  başlanğıc  qrupu  üçün  başlama  siyahısı 

aşağıdakı kimi düzəldilir : 

   

a) 

Əvvəlcə  cari  dünya  sıralamasında  olan  idmançılar  artan  sıra  ilə        

(yuxarı sıradakı idmançı birinci çıxır) 

   


b) 

Sonra dərəcəsi olmayanlar təsadüfi seçmə ilə çıxır.  

   

Yarım-final və Final 

   

7.6.3  Yarım-final  və  final  üçün  başlama  siyahısı  əvvəlki  mərhələnin 

nəticə  siyahısının  tərsinə  çevrilməsi  ilə  alınır  (  əvvəlki  mərhələdə  yüksək  nəticə 

göstərən  idmançı  sonra  yarışır).  Əvvəki  mərhələdə  eyni  nəticə  göstərmiş  idmançılar 

üçün başlama sırası :  



a) Cari dünya sıralamasında varsa, yüksək dərəcəli idmançı daha sonra çıxış edir 

b)  Əgər  idmançıların  hər  ikisinin  cari  dunya  sıralamasında  yerləri  eynidirsə  və 

ya heç birini dərəcəsi yoxdursa, təsadüfi seçilir 



c)  Əgər  dünya  sıralamasında  olan  və  olmayan  idmançılardırsa,  olmayan  daha 

əvvəl çıxır. 

   

  

   



7.7 

YARIŞ 

   

 

Ümumi 

   



7.7.1  Əgər  boldrinq  yarışlarının  mərhələləri  eyni  gün  keçirilirsə, 

əvvəlki  mərhələdəki  sonuncu  idmançının  mərhələni  bitirməsindən  sonra  ən  az  iki  (2) 

saat sonra izolyasiya bağlana bilər.  

İzolyasiya Qaydaları 

   


7.7.2  Maddə 7.7.3 – dən 7.7.6-a qədər qaydalar ( izolyasiya qaydaları) 

boldrinq yarışının bütün mərhələlərinə tətbiq edilməlidir. 



   

7.7.3  İzolyasiya  zonası  bağlandıqdan  sonra  idmançı  və  ya  komanda 

rəsmisi əksinə bir təlimat verilənə qədər zona daxilində qalmalıdır. 

   

Qeyd : 

İdmançılar, komanda rəsmiləri və jüri prezidenti tərəfindən 

səlahiyyət  verilmiş  şəxslər  izolyasiya  bağlandıqdan  sonra  istədikləri  vaxt  çölə  çıxa 

bilər,  ancaq  içəri  qayıda  bilməz.  Xüsusi  səlahiyyətli  şəxslərdən  başqa  hər  kəs 

izolyasiya zonasını tərk etdikdə yarış ərazisindən çıxmalıdır. 


   

7.7.4  İzolyasiya  zonasının  bağlanmsı  və  başlama  siyahısına  uyğun 

olaraq  birinci  idmançının  dırmanmağa  başlaması  (  final  mərhələsində  isə  finalistlərin 

təqdim olunması) arasındakı vaxt bir (1) saatdan çox olmamalıdır. 

   


Qeyd :  

İdmançılar izolyasiya bağlanmadan əvvəl yarış ərazisindən 

kənardan bolderlərə baxa bilər. 

   


7.7.5  İdmançıların bolderlər haqqında rəsmi müşahidə müddətində əldə 

etdiyi  və  ya jüri prezidenti  və  hakimlərin  bildirdiyindən  başqa  məlumatı  olmamalıdır. 

Təlimatlara  tabe  olaraq  bolderlər  haqda  kifayət  qədər  məlumatlanmaq  hər  idmançının 

öz məsuliyətidir. Şübhəyə yol verməmək üçün idmançılar : 

   

a) 

Yarış  ərazisində  olduğu  müddətdə  idmançılar  jüri  prezidentini 

səlahiyyət verdiyi şəxslərdən başqa bir şəxsdən məlumat almasına icazə verilmir. 

   


 

 

b) 

Cəhd(lər)ini tamamlamış idmançı hər hansı səbəbdən yarış 

ərazisində qalarsa, oradakı idmançılara hələ dırmanmadıqları bolder haqqında məlumat 

verməməlidir. 

   


7.7.6  İzolyasiya  qaydalarına  tabe  olunmazsa,  BÖLMƏ  4  İntizam 

Qaydalarına əsasən tədbir görülür.   

   

Dırmanmadan Əvvəlki Hazırlıq 

   


7.7.7  İzolyasiya  zonasını  tərk  etmək  haqqında  təlimat  verildikdən 

sonra idmançı gözləmə zonasına keçərkən yanında səlahiyyətli rəsmilərdən başqası ola 

bilməz.  

   


7.7.8  Gözləmə  zonasına  çatanda  hər  idmançı  cəhd  üçün  yekun 

hazırlıqlarını tamamlamalıdır. ( məs : dırmanma ayaqqabılarını geyinməlidir.) 



   

7.7.9  İdmançıya  təlimat  verildikdə  tam  hazır  formada  yarış  ərazisinə 

keçməlidir.  Bu  zaman  baş  verə  biləcək  yersiz  gecikmə  sarı  kart  verilməsi  ilə 

nəticələnir. Əlavə gecikmə İntizam Qaydalarına əsasən diskvalifikasiya ilə nəticələnir 

   


Təmizləmə 

   


7.7.10  İdmançı  birinci  cəhdinə  başlamadan  əvvəl  bolder  hakimi  və  ya 

təşkilatçı  heyət  tərəfindən  tutacaq  təmizlənməlidir.  İdmançı  ,həmçinin,  hər  hansı 

cəhddən  əvvəl  tutacaqların  təmizlənməsini  tələb  edə  bilər  İdmançılar  yerdən  çata 

bildikləri tutacaqları təmizləyə bilər. Bunun üçün ançaq fırça və ya təskilatçı tərəfindən 

təmin edilən digər materiallar istifadə oluna bilər. 

   

Kvalifikasiya və Yarım – Final  

   


7.7.11  Hər  kateqoriya  üzrə  kvalifikasiya  mərhələsi  aşağıdakı  kimi 

həyata keçirilir : 



   

 

a) 

Yarış  üçün  qeydiyyatdan  keçən  idmançıların  sayı  bir 

kateqoriyada  40 - dan azdırsa, yarış bir bolder dəsti və bir başlama qrupu ilə keçirilir. 

   

 

b) 



40 – 59 arasında olarsa, IFSC nümayəndəsi tərəfindən baş 

marşrut  qurucusu  ilə  məsləhətləşərək    bir  və  ya  iki  bolder  dəstində  ,  idmançılar  iki 

bərabər başlama qrupuna bölünərək həyata keçirilir.   

   

 

c) 

Əgər  60  –  dan  çox  olarsa,  hökmən  iki  bolder  dəstində  və 

iki başlama qrupunda keçirilir  

   

7.7.12  Yarım-final  mərhələsi  hər  kateqoriya  üzrə  bir  bolder  dəstində 

keçirilir, hər iki kateqoriya yarışları eyni anda keçirilir.  



   

7.7.13  Kvalifikasiya  və  yarım  –  final  mərhələlərində  idmançılar 

aşağıdakı formada iştirak edir. 



   

 

a) 

Müəyyən sıra ilə hər bolderdə beş (5) dəqiqəlik periodlarla 

cəhd edilir.  

   

 

b) 



Ardıcıl  bolderlər  arasındakı  istirahət  üçün  period  yarış 

üçün ayrılmış vaxtla bərabərdir. Hər periodun sonunda idmançı dırmanmanı dayandırır 

və istirahət üçün ayrılmış əraziyə gedir. Bu ərazidəın bolderləri müşahidə etməyə icazə 

verilmir. İstirahət müddətini tamamlayan idmançı növbəti bolderə gedir. 

   

Final  

   


7.7.14 Final mərhələsi hər kateqoriya üzrə bir bolder dəstində keçirilir. 

Hər kateqoruya üzrə yarışlar eyni zamanda keçirilir. İdmançılar yarım-finaldan öncəki 

dərəcələndirməyə  görə    və  (ya)  final  üçün  başlama  siyahısı  üzrə  cüt-cüt  yarışa  çıxır. 

Məsələn  :  yarım-finaldan  sonra  hər  kateqoriya  üzrə  birinci  olaraq  dərəcələndirilmiş 

idmançı bolderə eyni vaxtda çıxır. 

   

Qeyd : Cütlüyü olmayan idmançı ( məsələn: hər kateqoriyada finalçılar 

sayını fərqli olması ilə ) birinci yarışır.  



  7.7.15   Finaldan əvvəl mərhələ üçün seçilmiş idmançılar təqdim edilir. 

   


 

7.7.16   Hər kateqoriya üçün :  

   


 

a) 

Final  mərhələsindəki  hər  bolderdə  bütün  idmançılar 

tərəfindən Maddə 7.6.3-ə uyğun cəhd edilməlidir. 

   


 

b) 

İdmançı  cəhdlərini  bitirdikdən  sonra  ayrı  izolyasiya 

zonasına qayıdır  və növbəti idmançı öz cəhdinə başlayır. 

   


 

c) 

Bütün  idmançılar  cəhdlərini  tamamladıqdan  sonra  qrup 

olaraq növbəti bolderə keçir.   


   

7.7.17   Final  mərhələsində  dırmanma  müddəti  hər  idmançı  üçün  dörd 

(4)  dəqiqədir.  Bununla  birlikdə,  əgər  idmançı  dırmanma  müddəti  bitmədən  cəhdə 

başlayarsa, həmin cəhdi bitirməyə icazə verilir. 

   

“Tay Breyk” Bərabərliyin Pozulması Üçün Bolder 

   

7.7.18    Maddə  7.10.4  a)-da  təsvir  olunmuş  şərait  olduqda  bərabər 

idmançılar Tay –Breyk bolderdə cəhd edir :  



a) Cəhdlər üçün başlama sırası final mərhələsindəki ilə eyni olur.  

b) Hər  idmançının  çıxışı  Maddə  6.4.2,  6.4.5  və  6.10.2  üzrə 

qiymətləndirilir.  



c) Əgər Tay-Breyd bolderdən sonra iki və daha çox idmançı birinci yerdə 

qərarlaşarsa,  bu  zaman  həmin  idmançılar  əlavə  cəhdlər  edir  (  ümumilikdə  6 

cəhddən ən yüksək nəticəyə görə).  

d) Altı  (6)  cəhddən  sonra  bərabərlik  yenə  də  qalarsa,  bu  zaman  həmin 

idmançılar eyni dərəcələndirilir.  

 

   

7.8 

MÜŞAHİDƏ PROSESİ  

   


7.8.1  Komanda  rəsmilərinə  müşahidə  müddətində  idmançını  müşayiət 

etməsinə  icazə  verilmir.  Müşahidə  ərazisində  olduqda  bütün  idmançılar  izolyasiya 

qaydalarına  tabedir.  İdmançı  müşahidə  müddətində  müşahidə  üçün  ayrılmış  zona 

daxilində  qalmalıdır.  Onlara  divara  dırmanmağa  ,  hər  hansı  əşya  və  ya  mebel  üzərinə 

çıxmağa icazə verilmir. Onlar ancaq jüri prezidenti, IFSC hakimi və ya təyin olunmuş 

marşrut hakimindən izah tələb edə bilər.   



   

7.8.2  Müşahidə  müddətində  idmançılar  hər  iki  ayağı  yerdən 

ayrılmamaq  şərtilə  başlanğıc  tutacaqlara  toxunmağa  icazə  verilir.  Hər  hansı  qeyd 

cihazına icazə verilmir.  

   


Kvalifikasiya və Yarımfinal 

   


7.8.3  Kvalifikasiya  və  yarım-final  üçün  müşahidə  vaxtı  yarış  üçün 

ayrılmış vaxta daxildir.  

   

Final 

   

7.8.4  Kolektiv  müşahidə  final  mərhələsi  başlamadan  dərhal  əvvəl  hər 

bolderdə iki (2) dəqiqə olmaqla keçirilir.  

   

7.9 

DIRMANMA PROSESİ  


   

Başlama 

7.9.1 

İdmançı  bədəninin  bütün  hissələri  yerdən  ayrıldıqda  cəhdə  başlamış 

hesab olunur.  

7.9.2 

Yerdən  ayrıldıqdan  sonra  idmançı  hər  hansı  dırmanma  hərəkəti 

etmədən  əvvəl  Maddə  7.2.5-də  göstərildiyi  kimi  işarələnmiş  başlanğıc  vəziyyətini 

almalıdır.   



7.9.3 

Əgər  idmançı  başlanğıc  tutacaqlarına  yerdən  çata  bilmirsə,  tullanıb 

tutmağa icazə verilir.   

   


Cəhdin Tamamlanması 

   


7.9.4  İdmançı  aşağıdakılardan  birini  edib  marşrutu  tamamlaması  və 

marşrut hakiminin “ Ok “ deyərək təsdiqləməsi ilə cəhdi uğurla bitirməsi hesab olunur.  

   

 

a) 



bolderin son tutacağını hər iki əli ilə idarəsi şəkildə tutarsa 

;  


   

 

b) 

bolderdə  “top”un  Maddə  7.2.6  b)  –  dəki  kimi  göstərildiyi 

yerlərdə isə həmin top vəziyyətinin əldə olunması.  

   

Hər  iki  halda  idmançının  cəhdləri  üçün  sabit  vaxt  periodu  müəyyən 



olunur. 

   


7.9.5  Cəhd o zaman uğursuz hesab olunur ki, idmançı hər iki əli ilə son 

tutacağı  idarəli  tuta  bilməsin  və  ya  “top”  hesab  olunan  vəziyyətə  çata  bilməsin. 

Həmçinin aşağıdakılar da cəhdin uğursuz olması deməkdir :  

   


 

a) 

Maddə  7.9.1-dən  7.9.3-ə  qədər  bəndlərdə  göstərilən 

formada başlanmazsa; 

   


 

b) 

Qadağan  olunmuş  hissələrdən  istifadə  olunması  -  

istifadənin qadağan olduğu tutacaqlar və ya səth fasiləsiz qara lentlə işarələnir. (başqa 

rəngdə lent istifadə olunarsa, əvvəlcədən texniki iclasda bildirilməlidir ) 

   

 

c) 



Divarda və  ya tutacağın  üstündəki bolt oyuğundan istifadə 

;  


   

 

d) 

Divara  bərkidilmiş  hər  hansı  reklam  və  ya  məlumat 

xarakterli lövhədən və ya bu cür materialların hər hansı hissəsindən istifadə etmək. 

   

 

e) 



Divarın  kənar  tillərindən  və  ya  ən  üst  tilindən  dırmanmaq 

üçün istifadə; 

   

 

f) 



Bədənin hər hansı hissəsinin yerə toxunması ;   

   


 

g) 

Sabit  vaxt  təyin  olunduqda,  period  ərzində  tamamlaya 

bilməmək. 


   

7.9.6  Maddə  7.9.5  a)  -dan  f)-ə  qədər  hər  hansı  bəndində  göstərilənlər 

pozularsa bolder hakimi dırmanmağı dayandırmaq təlimatı verir.  



7.10 

HƏR MƏRHƏLƏDƏN SONRA DƏRƏCƏLƏNDİRMƏ  

   

Ümumi 

   


7.10.1 Hər mərhələdən sonra həmin mərhələdə iştirak etmiş idmançılar 

öz başlanğıc qrupları və kateqoriyalar daxilində  aşağıdakılara əsasən dərəcələndirilir.  

   

a) 


1-ci olaraq : cari mərhələnin uğurla tamamlanmış bolderlərin sayı 

azalan sıra ilə  

   

b) 


2-ci olaraq : bu bolderləri tamamlamaq üçün cəhdlərin cəmi artan 

sıra ilə   

c) 

3-cü olaraq : cari mərhələdə əldə olunmuş bonusların sayı azalan 



sıra ilə  

 

   



d)  

4-cü  olaraq  :  bu  bonusların  əldə  olunması  üçün  cəhdlərin  sayı 

artan sıra ilə  

   


 

 

 



 

 

 



 

 

 



  7.10.2   Mərhələdə iştirak üçün seçilmiş ancaq qatıla bilməmiş idmançılar : 

   


 

 

 



a) 

Kvalifikasiya nərhələsində yer tutmur 

   

 

b) 

Digər mərhələlərdə sonuncu yerdə dərəcələndirilir 



   

7.10.3    Maddə  7.10.1  və  7.10.2  -  ə  uyğun  hesablamalardan  sonra  eyni 

yerdə  bir  neçə  idmançı  qərarlaşarsa,  əvvəlki  mərhələnin  nəticələrinə  baxılır  (  Geriyə 

Sayma) eyni nəticəli idmançılar əvvəlki mərhələnin nəticələrini artan sıra ilə yazılışına  

uyğun olaraq dərəcələndirilir. 



yer 

Top 

Top  

cəhdi 

Bonus  

Bonus 

cəhdii 





















   

Qeyd : 

Kvalifikasiya mərhələsi iştirakçıların iki başlanğıc qrupuna 

bölunməsi ilə keçirilirsə, geriyə saymada bu nəticələr nəzərə alınmır.  

   


7.10.4   Maddə  7.10.3-də  göstərilən  hesablamadan  sonra  da  bərabərlik 

pozulmazsa,   

   

 

a) 



Əgər  bərabərlik  final  mərhələsinin  nəticəsində  birinci  yer 

ilə əlaqəlidirsə, İdmançıların yeri maddə 7.7.18-də göstərilənlər üzrə müəyyən olunur.  

   

 

b) 



Bərabərlik  digər  idmançılar  arasında  olarsa,  həmin 

idmançılar eyni dərəcələndirilir  

   

Kvalifikasiya Mərhələsi ( İki Başlanğıc Qrupu )  

7.10.5    Əgər  kvalifikasiya  mərhələsi  iki  başlanğıc  qrupu  və  iki  bolder  dəsti 

üzrə  keçirilirsə,  kvalifikasiya  mərhələsinin  yekun  dərəcələndirməsi  hazırlanarkən  hər 

başlanğıc qrupunda eyni yeri tutan idmançılar yekun siyahıda həmin yerdə qərarlaşır.  

Məsələn  :  A  Başlanğıc  qrupunda  birinci  yeri  tutmuş  idmançılar  və  B 

Başlanğıc  qrupunda  birinci  yeri  tutmuş  idmançılar  ümumi  nəticələrdə  birinci 

yerdə qərarlaşır.  



   

7.11 

TEXNİKİ HADİSƏLƏR  

   


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin