7.11.1 Texniki hadisə idmançının hərəktinin nəticəsində meydana
gəlməmiş,idmançıya haqsız üstünlük verəcək və ya mane olacaq bir vəziyyətin
meydana gəlməsidir.
7.11.2 Texniki hadisənin təsdiqlənməsi baş hakimin ( IFSC hakimi)
səlahiyyətidir ( mümkün olmadıqda , jüri prezidentinin). Lazım olduqda marşrut
qrucusu ilə məsləhətləşdikdən sonra qəra verilir.
Texniki Hadisə Zamanı Ediləcəklər
7.11.3 Texniki hadisəyə məruz qalmış idmançının hadisə baş verəndən
sonrakı ilk cəhdi həmin cəhdin ardı hesab olunur.
7.11.4 Təmir və ya sabitləmədən sonra texniki hadisəyə məruz qalmış
idmançı öz cəhdlərinə davam etdikdə idmançıya icazə verilir ki, hadisə olduğu
zamankı qalan vaxtı ilə (ən az iki (2) dəqiqə) davam etsin.
7.11.5 Kvalifikasiya və ya yarım-final ərzində texniki hadisə olması
təsdiqlənərsə,
a)
Texniki hadisə həmin vaxt periodu ərzində təmir edilə
bilirsə, idmançıya davam etməsi təklif olunur.
i)
Əgər idmançı davam etməyi seçsə, texniki hadisə
yekunlaşmış hesab olunur və daha sonra bu barədə hər hansı etiraz nəzərə alınmır.
ii)
Davam etməməyi seçsə, cəhdlərinə daha sonra
jüri prezidentinin təyin etdiyi vaxt periodunda davam edir.
b)
Texniki hadisə həmin vaxt periodunun sonunda təmir edilə
bilmirsə, periodun sonunda :
i)
Baş hakim (IFSC hakimi) texniki hadisəyə məruz
qalmış idmançı və əvvəlki bolderlərdəki bütün idmançılar üçün mərhələni dayandırır.
ii)
Digər bütün idmançılar üçün mərhələ
davam etdirilir.
iii) Texniki hadisə təmir edildikdən sonra buna məruz
qalmış idmançı öz cəhdlərinə davam edir. Mərhələ hansı idmançılar üçün
dayandırılmışdırsa, onlar daha sonra tam vaxt periodu ilə davam edir.
7.11.6 Texniki hadisə final mərhələsində olarsa, idmançı keçid
zonasındakı ayrı bir izolyasiyaya aparılır və təmir üçün gözləyir. Texniki hadisə təmir
olunduqdan sonra həmin idmançı cəhdlərinə davam edir.
7.12 VİDEO QEYDLƏR
7.12.1 Bütün idmançıların cəhdləri üçün video çəkiliş aparılır.
7.12.2 Rəsmi video çəkilişləri hər bolder dəsti üçün ən az iki (2)
sabitlənmiş kamera ilə aparılmalıdır. Bu qeydlər aşağıdakıları göstərməlidir :
a)
Hər bolderin başlama vəziyyəti
b)
Hər bolderin bonus tutacağı
c)
Hər bolderin “top” tutacağı
d)
Maddə 7.9.5 b)-də göstərilmiş sərhədlər.
7.12.3 Mərhələnin əvvəlində baş hakim (IFSC hakimi) kameramanlara
tələb olunan çəkiliş üsulları ilə bağlı təlimat keçir. Kameraların yerləşməsini jüri
prezidenti və müzakirə ilə müəyyən edir.
Qeyd : Mütəmadi xidmət göstərən şəxslər operatorları narahat
etməməli və kamera çəkilişinə mane olmamalıdır.
7.12.4 Video qeydləri monitorda göstərilir və hər hansı hadisə zamanı
hakimlər vizual materiallarla təmin edilir. Monitor elə yerləşdrilir ki, hadisə zamanı
kənar şəxslərin müdaxiləsi olmadan hakimlər müzakirə aparmasına şərait
yaradılmalıdır. Hakimlərin stoluna uyğun uzaqlıqda olmalıdır.
7.12.5 Ancaq aşağıdakılar hakim qərarlarında sübut əhəmiyyəti
daşıyır.
a) Rəsmi video qeydləri;
b) Jüri prezidentinin qərarı ilə IFSC yayımı video qeydlərindən
istifadə oluna bilər.
7.12.6 Hər mərhələnin sonunda əgər tələb edərsə, rəsmi video
qeydlərini kopyası jüri prezidenti üçün təmin edilir.
7.13 ETİRAZLAR
7.13.1 Bütün yazılı və şifahi etirazlar və rəsmi cavablar Azərbaycan
dilində ( beynəlxalq yarışlarda ingilis dilində ) olur və
a)
Maddə 8.13.3 ilə bağlı etirazlar ancaq yazılı formada və
komanda rəsmilərinin imzası ilə təqdim olunur
b)
Maddə 7.13.4 ilə bağlı etirazlar idmançı və ya komanda
rəsmisi tərəfindən yazılı və ya şifahi formada edilir.
c)
Madde 7.13.5 ilə bağlı etirazlar ancaq yazılı formada
komanda rəsmisi tərəfindən və ya idmançının özü tərəfindən edilə bilər
7.13.2 Maddə 7.13.3 və 7.13.4 – də göstərilən etirazlardan başqa digər
etirazlar ancaq rəsmi etiraz rüsumu ilə birlikdə qəbul olunur. Etiraz rüsumunın məbləği
IFSC tərəfindən illik nəşr olunan siyahıda göstərilir. Əgər etiraz qəbul edilsə , məbləğ
geri qaytarılır, rədd edilsə, etiraz rüsumu geri qaytarılmır.
Təhlükəsizliklə Bağlı Etiraz
7.13.3 Əgər üç (3) fərqli komandanın məşqçisi təhlükəsizliklə bağlı hər
hansı risk olduğu qənaətinə gələrsə, təhlükəsizlik etirazı təqdim olunur. Jüri prezidenti
etirazı qiymətləndirir və etirazı haqlı sayarsa,lazımi tədbirlər görür.
Etiraz Prosesi
7.13.4 İdmançını cəhdinin qiymətləndirilməsi ilə bağlı etiraz dərhal
edilməlidir :
a)
Kvalifikasiya və yarım-final mərhələsində cari və ya
növbəti vaxt periodu ərzində ;
b)
Final
mərhələsində -
növbəti
idmançı cəhdlərinə
başlamadan əvvəl.
etiraz ediləndə zəruri hallarda texniki hadisə kimi qəbul edilir və
Maddə 7.11.5 a) və 7.11.6 tətbiq edilir. Final mərhələsində idmançılar növbəti bolderə
gedənə qədər həll edilməlidir.
7.13.5 İdmançıların tutduqları yerlə bağlı hər hansı etiraz ( məsələn : dərc
olunmuş nəticələrdəki hər hansı səhv/uyğunsuzluq ilə əlaqəli ) jüri prezidentinə yazılı
formada verilməlidir.
a)
Kvalifikasiya və yarım-final üçün rəsmi nəticələr elan
olunduqdan beş (5) dəqiqə ərzində ;
b)
Final mərhələsində uyğun idmançının nəticəsi dərc
olunduqdan dərhal sonra etiraz bildirilməlidir. Əks halda etiraz qəbul olunmur.
7.13.6 Etiraz təqdim olunduqda jüri prezidenti ( jüri prezidenti orjinal qərar
ilə əlaqəlidirsə, IFSC nümayəndəsi ) dərhal etirazla bağlı fəaliyyətə başlayır. Əgər
etiraz rəsmi nəticələrlə bağlıdırsa, nəticələrə etiraz olunduğu elan olunur.
7.13.7 Jüri prezidenti ( vəya uyğun yerdə IFSC nümayəndəsi ) etirazı
gecikdirmədən ,qərəzsiz, mümkün bütün imkanlar və heyətdən istifadə edərək həll
etməlidir.
7.13.8 Mümkün sübutlar etiraz üçün təsirsiz sayılarsa, orjinal qərar
qüvvədə qalır. Etiraz rüsumu qaytarılır. Yazılı etirazlarda etirazın nəticəsi yazılı olaraq
hazırlanır və jüri prezidenti tərəfindən etiraz etmiş komanda rəsmisinə təqdim edilir.
Etirazların Nəticələri
7.13.9 Apelyasiya komissiyasının bir etirazın nəticəsində qəbul etdiyi
qərar yekundur və başqa etirazın obyekti ola bilməz.
7.13.10 Apelyasiya komissiyasını hər hansı qərarı ( orjinal qərar) ilə
bağlı ertirazlar :
a)
Kvalifikasiya və ya yarım - final mərhələlərində orginal
qərar dərc olunduqdan beş (5) dəqiqə ərzində
b)
Final mərhələsində orginal qərar dərc olunduqdan dərhal
sonra etiraz edilməlidir.
c)
Göstərilmiş müddətlərin xaricində edilən etirazlar qəbul
olunmur.
BÖLMƏ 8 SÜRƏT
8.1 GİRİŞ
8.1.1 Sürət dırmanması yarışın xarakterinə uyğun 10 mert və ya 15 metr
uzunluğunda , bu məqsəd üçün dizayn edilmiş süni dırmanma divarlarında keçirilir.
8.1.2 Sürət yarışarı ibarət olur :
a) Kvalifikasiya – bir mərhələdən ibarət olur ;
b) Final – bir və ya üç mərhələdən ibarət olur.
Gözlənilməyən hadisələr zamanı jüri prezidenti mərhələlərdən birini ləğv edə
bilər. Bu zaman əvvəkli mərhələnin nəticələri həm də ləğv olunan mərhələ üçün
götürülür.
8.2
DIRMANMA QURULUŞU
Dırmanma Quruluşu
8.2.1 Dırmanma quruluşu və tutacaqlar BÖLMƏ 3-dəki ( Ümumi Qaydalar)
Standartlara və Əlavə 4-ə ( IFSC Sürət Lisenziya Qaydaları , versiya 3, iyun 2013 )
uyğun olmalıdır.
8.2.2 Dırmanma səthində ən az 2 ( iki ) paralel zolaq olur. Hər zolaq ( vaxt
ölçən cihazla birlikdə ) Əlavə 4-də ( IFSC Sürət Lisenziya Qaydaları , versiya 3, iyun
2013 ) göstərilən norma və ölçülərə uyğun olmalıdır. Dırmanma zolaqları bitişik və
ayrı ola bilər. Ayrı olduğu halda zolaqlar arasındakı məsafə 1 ( bir ) metrdən böyük
olmamalıdır.
8.2.3 Dırmanma zamanı ip 2 ( iki ) təhlükəsizlik nöqtəsindən keçirilir. İpin
asıldığı birinci nöqtə-- müdafiə nöqtəsi ( Top Protektion Point ) , və ipin ötürüldüyü
ikinci nöqtə -- kənarlaşma nöqtəsi ( Deviation Point ).
8.2.4 Dırmanma səthi qatran və dənə ölçüsü 0,1 \ 0.4 olan (granulometry)
kvars qumu ilə örtülür. Dırmanma səthi üçün neytral rəngli , tutacaqlar üçün yüksək
parlaqlığı olan boyadan istifadə olunur. Dırmanma səthindəki hər panel tutacaqları
yerləşdirmək üçün standart oyuq torundan ibarətdir.
Dırmanma Marşrutu
8.2.5 Hər zolaqda dırmanma marşrutu Əlavə 4-ə ( IFSC Sürət Lisenziya
Qaydaları,versiya 3, iyun 2013) görə və İFSC tərəfindən lisenziyalaşdırılmış dizaynda
istehsal olunmuş tutacaqlarla qurulur. Divarin daimi hissəsi olan asılqanlardan başqa
bütün əlavə materiallar ( tutacaqlar, ekspreslər və s.) divardan sökülməlidir.
8.2.6 Vaxt ölçmək üçün ləvazimat Əlavə 4-ə ( IFSC Sürət Lisenziya
Qaydaları,versiya 3, iyun 2013) əsasən dırmanma səthinə sabitlənir. İstisna hallarda
baş marşrut qurucu vaxt ölçən ləvazimatları divarda fərqli mövqedə yerləşdirə bilər.
Bu zaman ləvazimat idmançının marşrutda irəliləməsinə mane olmamalı, həmçinin,
yardım etməməlidir.
8.3
Təhlükəsizlik
8.3.1 Sürət yarışlarında istifadə olunan bütün ləvazimatlar Bölmə 3-dəki
(Ümumi Qaydalar) standartların tələblərinə uyğun olmalıdır.
8.3.2 Bütün marşrutlar yuxarıdan sığorta olunmaqla ( top – rope ) ,
standartlara uyğun iplərlə dırmanılır. İpin hansı sıxlıqla dəyişdiriləcəyinə baş hakim
(IFSC Hakimi) qərar verir.
Müdafiə Nöqtələri
8.3.3 Dırmanma ipi hər iki müdafiə nöqtəsinə polad kilidli karabinlə , tikişli
ekspres qayışı və sərt kilidli karabin ( mailon rapid) ilə birləşdirilir.
Şəxsi Ləvazimat
8.3.4 Hər idmançı dırmanma kəməri geyinir. Jüri prezidenti idmançının
kəmərinin təhlükəli olduğunu qənaətinə gələrsə, idmançının yarışa başlamasına icazə
vermir.
8.3.5 Dırmanma ipi təhlükəsizlik kəmərinə 2 (iki) ədəd yivli və ya
özükilidlənən karabinlə ( karabinlərin açılan tərəfləri əks istiqamətlərə olmalıdır )
,səkkizlik düyün və saxlayıcı düyün istifadə olunmaqla bağlanır.
8.3.6 Dırmanma
müddətində
idmançının
audio
dinləmə
ləvazimatı
daşımasına və ya istifadəsinə icazə verilmir.
Təhlükəsizlik Yoxlanıışları
8.3.7 Marşrutdakı hər cəhddən əvvəl sığortaçı yoxlayır :
a) İdmançının təhlükəsizlik kəmərinin düzgün bağlanmasını ;
b) İpin təhlükəsizlik kəmərinə Maddə 8.3.5 - ə uyğun
bağlanmasını.
Sığorta
8.3.8 Dırmanma ipi yerdən, dımanma zolağının bir tərəfində dayanmış 2 (iki)
sığortaçı tərəfindən idarə olunur. Əsas sığortaçı kilidlənən və ya əl ilə idarə olunan
sığorta alətlərindən istifadə edə bilər. Sığortaçılar diqqətlə nəzarət etməlidir :
a) İpin həddən artıq boş və ya tarım olması ilə idmançının
hərəkətinə mane olunmamalı ;
b) Bütün yıxılmalar təhlükəsiz formada dayandırılmalı ;
c) İdmançı yıxılan zaman çox aşağı düşmədən dərhal sığorta
olunmalıdır.
8.3.9 Siğortaçılar təşkilatçılar tərəfindən təyin olunur və Sürət yarışlarına
müvafiq təlim keçmiş olmalıdır. Jüri prezidenti yarış müddətində hər hansı sığortaçının
dəyişdirilməsinə səlahiyyətlidir. Dəyişdirilmiş sığortaçıya həmin yarışın irəlidəki
hissələrində hər hansı idmançını sığorta etməsinə icazə verilmir.
8.4
Vaxtın Ölçülməsi
8.4.1 Hər idmançı üçün dırmanma vaxtı – başlama siqnalı və idmançının
cəhdinin tamamlanması arasındakı müddətdir. İdmançı cəhd(lər)ini bu qaydalara
əsasən tamamlayarsa, vaxt məqbul sayılır və qeydə alınır.
8.4.2 Dırmanma vaxtı hər ikisi ilə də ölçülə bilər :
a)
Mexaniki – elektrikli saniyəöçən
b)
Əl saniyəölçəni
Yarışın mərhələsinin əvvəlində mexaniki-elektrikli saniyəölçən
istifadə olunub , sonda bununla tamamlamaq mümkün olmazsa, mərhələnin nəticəsi əl
saniyəölçəni ilə qeydə alınmış vaxtlar ilə hesablanacaq. Əl saniyəölçəni ancaq
mexaniki-elektrikli saniyəölçən bərpa oluna bilməyən şəkildə zədələnərsə, istifadə
oluna bilər.
Mexaniki – Elektrikli Sistem
8.4.3 Ölçmə sistemi IFSC tərəfindən təsdiq olunmalıdır və sistem :
a)
Hər idmançı mexaniki - elektrikli açar/lövhəyə toxunduqda
dayanan vaxtı ayrılıqda qeyd edilir ;
b)
Başlama signalı verildikdən bitmə vaxtına qədər müddətlər hər
idmançı üçün ayrılıqda ekranda təsvir edilir.
8.4.4 Öçmə sistemi saniyənin 1/1000 ( mində bir ) dəqiqliklə ölçmə apara
bilməlidir.İdmançıların dərəcələndirilməsi məqsədilə nəticələr saniyənin 1/100 (yüzdə
bir) dəqiqliklə təqdim olunur. Qeyd olunmuş vaxt 1/100 ( yüzdə bir) qədər
yuvarlaqlaşdırılır və təqdim olunur.
8.4.5 Ölçmə sistemi dırmanma səthinə sabitlənmiş və Maddə 8.2.6 – a əsasən
yerləşdirilmiş sayğacdan ibarətdir.
8.4.6 Jüri prezidenti ölçmə sisteminin düzgün çalışmasnı təmin etməkdə
məsuldur. Jüri prezidentinin yarışdan əvvəl texniki heyətlə və ləvazimatla tanış olması
lazımdır. Yoxlama testi ilə cihazın düzgün işləməsindən əmin olmalıdır.
Əl saniyə ölçəni
8.4.7 Əl saniyəölçənləri ilə vaxtın ölçülməsi zamanı rəqəmsal ekranlı ,
elektron saniyəölçənlərdən istifadə olunmalıdır. Hər idmançı üçün vaxt başlama
siqnalı veriləndə başladılmalı və idmançının açar/lövhəyə toxunması müşahidə
olunanda dayandırılmalıdır. Açar/lövhə yarışın 10 mertlik və ya 15 metrlik olmasına
görə yerləşdirilir.
8.4.8 Hər idmançı üçün 3 ( üç ) rəsmi saniyəölçən hakim vaxtı qeyd edir. Hər
saniyəölçən hakim nəticəni müstəqil, digər şəxslərə göstərmədən və müzakirə etmədən
qeyd edir. Vaxtlar saniyənin 1/10 ( onda bir ) dəqiqliklə yuvarlaqlaşdırılır və təqdim
olunur.
8.4.9 İdmançının rəsmi vaxtı aşağıdakı kimi müəyyənləşdirilir :
a)
Hər üç saniyəölçən hakim vaxt eyni olarsa qeyd olunur;
b)
Üç hakimdən ikisində eyni birində fərqli olarsa,
göstərici eyni olan iki hakimin qeyd etdiyi vaxt nəzərə alınır ;
c)
Qeyd olunan vaxt hər üç hakimdə fərqli olarsa, orta
göstərici hesablanır.
8.5
HƏR MƏRHƏLƏ ÜÇÜN KVOTALAR
8.5.1 Final mərhələsi üçün kvota aşağıdakı kimidir:
Kvalifikasiya mərhələsində
məqbul nəticə göstərən idmançıların
sayı
Final üçün kvota
4 -7
4
8 – 15
8
16 və daha çox
16
Qeyd : Əgər kavalifikasiya mərhələsində məqbul nəticə göstərən idmançı sayı
4-dən az olarsa, kvalifikasiya təkrarlanır.
8.5.2 Final üçün təyin olunmuş kvota kvalifikasiya mərhələsində ən yüksək
nəticə göstərmiş idmançılardan seçirlir.
8.5.3 Kvaifikasiyada iki və daha çox idmançının eyni nəticə göstərməsi ilə
final kvotası aşarsa, Maddə 8.7.5 -ə müraciət olunur.
8.6
BAŞLAMA SİYAHISI
Kvalifikasiya
8.6.1 Sol zolaq ( A ) üçün başlama siyahısı təsadüfi sıralama ilə təyin olunur.
Sağ zolaq ( B ) üçün başlama siyahısı sol zolaqdakı ilə eynidir və 50% sürüşdürülür.
Məsələn : bir kateqoriyada 21 idmançı varsa, A zolagında 1-ci çıxış
edən idmançı B zolağında 11-ci çıxış edir .
Final
8.6.2 4\8\16 idmançılıq final kvotalarının başlama siyahıları uyğun olaraq
8.6(a), 8.6(b), 8.6(c) sxemlərində göstərilmişdir.
Qeyd :Əgər iki və ya daha çox idmançı eyni nəticəni göstəribsə, final
mərhələsinin ilk çıxışında təsadüfi qayda ilə yerləşdirilirlər.
8.7
YARIŞIN QURULUŞU
Sınaq
8.7.1 Mümkün olduqda kvalifikasiya mərhələsindən əvvəl sınaq çıxışları
üçün vaxt ayrılır. Jüri prezidenti texniki iclasda sınaq üçün ayrılan vaxtı elan edir (
əgər keçirilməyəcəksə, nəyə görə keçirilmədiyinin səbəbini bildirir ).
Kvalifikasiya ( İki Zolaqda )
8.7.2 Kvalifikasiya mərhələsi idmançıların cütlük olaraq iki zolaqda
yarışması ilə həyata keçirilir. Səhv başlama və ya texniki hadisədən sonra idmançılar
yenidən dırmanarsa, hər idmançı iki zolağın hər birində bir dəfə dırmanır.
Qeyd : Əgər bir idmançı iki dəfə səhv başlama edərsə, qalan idmançı
tamamlanmamış cəhdini tamamlaya bilər, ancaq tək dırmanacaq.
8.7.3 İdmançı ilk zolaqda cəhdini tamamladıqdan sonra ikinci zolqdakı
cəhdinə başlamadan əvvəl ən az 5 (beş) dəqiqə istirahət etməlidir.
8.7.4 İdmançılar hər iki zolaqda cəhlərini tamamlayana qədər Jüri
prezidentinin idarəsi ilə Yarış Ərazisində qalır.
8.7.5 Əgər idmançıların eyni yerdə qərarlaşması ilə final kvotası aşarsa,
bərabərliyin pozulması üçün həmin idmançılar A zolağında əlavə bir cəhd edir. Bu
zaman qeyd olunan nəticə ancaq finala keçəcək idmançını təyin etmək üçün istifadə
olunur.
Qeyd : Bərabərlik təkrarlanarsa bu cəhdlər təkrarlanır.
Final
8.7.6 Final mərhələsinin son yarışından əvvəl seçilmiş idmançılar təqdim
olunur ( final duelininin əvvəlində ) .
8.7.7 Final mərhələsi yarışlarında məğlub idmançılar çıxır və yarış qalib
olanlarla davam edir. Final mərhələsindəki yarışların sayı final kvotasından aslıdır.
8.7.8 Hər yarışın qalibi yarışı daha az vaxtda tamamlayan idmançıdır.
Qeyd : Əgər yalniz bir idmançı yarışı məqbul tamamlasa, o qalib hesab
olunur.
8.7.9 Əgər heç bir idmançı üçün məqbul vaxt qeydə alınmazsa :
a) Bir idmançı 2 (iki) səhv başlama edərsə, digər idmançı qalib
hesab olunur.
b) Hər iki idmançı 2 (iki) səhv başlama etsə və ya yıxılsa, nəticə
eyni hesab olunur və Maddə 8.7.10 tətbiq olunur.
8.7.10 Final ərzindəki yarışlar bərabərliklə nəticələnərsə, eyni qayda ilə
yenidən təkrarlanır və bundan sonra da bərabərlik pozulmazsa, əvvəlki mərhələdə daha
az vaxt nəticə göstərən idmançı qalib hesab olunur ( əvvəlki uğurlu yarışlar və ya
kvalifikasiya )
8.8
Dostları ilə paylaş: |