Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
|
3
İtirilmə: “Itirilmə” bilək, pəncə, əl, ayaq sözləri istifadə edildikdə bunların fiziki ayrılması və
ya hərəkətinin tam və daimi itirilməsi deməkdir.
Nitqin itirilməsi: nitqin tam itirilməsi və bərpasının mümkün olmaması deməkdir.
Gözün itirilməsi: görmə qabiliyyətinin tam va bərpasının mümkün olmaması deməkdir.
Bununla, görmə qabiliyətinin düzəldilməsindən sonra Snellius cədvəli ilə 3/60 vəya az olması
şərtdir.
Ətrafın itirilməsi: əlin biləkdən və ya daha yuxarı hissədən, yaxud ayağın topuqdan və ya daha
yuxarı hissədən itirilməsi, və yaxud əl və ya ayaqdan istifadə etmək imkanının tam və
bərpaolunmaz şəkildə itirilməsi deməkdir.
Əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi: Sığorta olunanın bədbəxt hadisədən sonra
növbəti 12 ay ərzində gəlir gətirə biləcək hər hansı bir əmək fəaliyyəti ilə məşğul olma imkanını
tamamilə itirməsi və həmin müddət başa çatdıqdan sonra da sağalacağına heç bir ümidin
olmaması deməkdir.
Dostları ilə paylaş: