f) sığorta olunana məxsus baqajın nəqliyyat şirkəti və ya onun nümayəndəsi (agenti) tərəfindən
səhvən ayrı istiqamətdə göndərilməsi və / və ya onların təqsiri üzündən oğurlanması, itməsi,
Xüsusi qeyd: Baqaj Sığorta olunanın özü ilə səfərə götürdüyü və ya səfər etdiyi müddət ərzində
4.3.1 Sığorta obyekti: Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta
bağlı olan, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir.
4.3.2 Sığorta Hadisəsi:Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta
şirkəti və ya onun nümayəndəsi (agenti) tərəfindən səhvən ayrı istiqamətdə göndərilməsi və / və
ya onların təqsiri üzündən oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması hadisəsidir.
4.3.3.1 Sığorta olunana məxsus olan baqaj nəqliyyat şirkəti və ya onun nümayəndəsi (agenti)
(agentinin) təqsiri üzündən oğurlanarsa, itərsə, zədələnərsə və ya məhv olarsa Sığortaçı Sığorta
olunana baqajın oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması ilə bağlı dəymiş zərərin
4.3.3.3 Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, hazırkı bölmə üzrə Sığortaçının
məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr
üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500 ABŞ dolları və
ya 500 Avro məbləğini təşkil edir və sığorta ödənişi oğurlanmış, itirilmiş, zədələnmiş və ya
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
|
4
məhv olmuş baqajın hər kiloqramına görə 10 ABŞ dolları və ya 10 Avro məbləğinin ödənilməsi
yolu ilə həyata keçirilir.
4.3.3.4 Bu Qaydaların hazırkı bölməsi üzrə sığorta təminatı baqaj nəqliyyat şirkətinə və ya onun
nümayəndəsinə (agentinə) daşınılması üçün təhvil verildikdən və baqaj birkası alındıqdan sonra
qüvvəyə minir.
4.3.3.5 Sığorta ödənişi yalnız Sığorta olunananın nəqliyyat şirkəti və ya onun nümayəndəsi
(agenti) tərəfindən verilmiş, baqajın oğurlanmasını, itməsini, zədələnməsini, məhv olmasını və
çəkisini təsdiq edən sənədi(ləri), baqaj zədələndiyi və ya məhv olduğu halda isə əlavə olaraq
baqajın qalıqlarını və/və ya onların fotoşəkillərini Sığortaçıya təqdim etməsi şərti ilə verilir.
4.3.3.6 Əgər Sığorta olunan dəymiş zərər üzrə ödənişi zərərin baş verməsində təqsirli olan
şəxsdən(lərdən) alıbsa, Sığortaçı yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğin və
üçüncü şəxslər tərəfindən ödənilmiş məbləğin arasında olan fərqi ödəməlidir. Sığorta olunan
üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər barəsində dərhal Sığortaçıya
xəbər verməlidir.
4.3.3.7 Sığorta ödənişi həyata keçirildikdən sonra zərərin baş verməsində təqsirli olan şəxsə(lərə)
qarşı Sığorta olunanın zərərin ödənilməsi üzrə tələb hüququ Sığortaçıya keçir.
4.3.3.8 Sığortaçıya keçmiş üçüncü şəxslərə qarşı tələb hüququnun həyata keçirilməsi üçün
Sığorta olunan lazımi tədbirləri görməli və tələb olunan sənədləri Sığortaçıya təqdim etməlidir.
4.3.3.9 Əgər Sığorta olunan Sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə və ya bu
hüququn həyata keçirilməsi Sığorta olunanın təqsiri üzündən mümkün olmazsa, Sığortaçı
yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər həcmində ödənişin verilməsindən
azad olunur. Belə hal Sığortaçı tərəfindən Sığorta olunana ödəniş verildikdən sonra aşkar
olunarsa, Sığorta olunan Sığortaçıya həmin məbləği qaytarmalıdır.
4.3.4 Hazırkı bölməyə aid olan istisnalar
Aşağıda göstərilənlər üzrə Sığortaçı məsuliyyət daşımır və ödəniş həyata keçirmir:
4.3.4.1 Şüşədən, farfordan və digər bu cür materiallardan olan qabların, heykəltəraşlıq əsərlərinin
və digər əşyaların sınması və zədələnməsi;
4.3.4.2 Audio, video və foto avadanlığının, kompüter texnikasının, mobil telefonların və onların
aksesuarlarının, zinət əşyalarının, qiymətli metallardan və daşlardan hazırlanmış digər əşyaların,
mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların, pulların, qiymətli kağızların və sənədlərin
oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması;
4.3.4.3 Dövlət orqanları (gömrük, polis və s.) tərəfindən baqajın müsadirə, rekvizisiya, həbs
edilməsi nəticəsində dəymiş zərərlər;
4.3.4.4 Qanunsuz aparılan baqajın oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması;
4.3.4.5 Gəmirici və həşəratların vurduğu zərərlər;
4.3.4.6 Baqajda aparılan mayelərin axması nətcəsində dəymiş zərərlər;
4.3.4.7 Baqajda aparılan əşyaların öz xüsusiyyətlərinə görə xarab olması, məhv olması və ya
zədələnməsi.
Dostları ilə paylaş: