4.5. Hava nəqliyyatı vasitəsinin reysinə gecikmə üzrə təminat
Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq Sığorta olunanın yol-nəqliyyat hadisəsinə uğraması
nəticəsində hava nəqliyyatı vasitəsinin reysinə gecikməsi ilə əlaqədar yeni biletin alınması üzrə
sığorta təminatı verilir.
4.5.1 Sığorta obyekti
Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta olunanın yol-nəqliyyat
hadisəsinə uğraması nəticəsində hava nəqliyyatı vasitəsinin reysinə gecikməsi ilə əlaqədar yeni
biletin alınması ilə bağlı olan, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan
əmlak mənafeləridir.
4.5.2 Sığorta hadisəsi
Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta olunanın hava
limanına gedərkən yol-nəqliyyat hadisəsinə uğraması nəticəsində hava nəqliyyatı vasitəsinin
reysinə gecikməsi ilə əlaqədar həmin reysə olan biletinin qüvvədən düşməsi hadisəsidir.
4.5.3 Sığorta məbləği və sığorta ödənişinin həyata keçirilməsi qaydası
4.5.3.1 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hazırkı bölmə üzrə Sığortaçının
məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr
üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500 ABŞ dolları və
ya 500 Avro məbləğini təşkil edir və sığorta ödənişi qüvvədən düşmüş bilet qaytarılaraq yeni
biletin alınmasına tələb olunan məbləğin ödənilməsi yolu ilə həyata keçirilir. Əgər biletin dəyəri
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
| 6
Sığortaçının hazırkı bölmə üzrə məsuliyyət limitindən çox olarsa, yeni biletin alınmasına tələb
olunan məbləğ ilə Sığortaçının məsuliyyət limiti arasında olan fərq Sığortalı və ya Sığorta
olunan tərəfindən ödənilir.
4.5.3.2 Sığorta ödənişi yalnız Dövlət Yol Polisi tərəfindən verilmiş, Sığorta olunananın yol-
nəqliyyat hadisəsinə uğramasını təsdiq edən sənədin, qüvvədən düşmüş biletin surətinin və uçuş
üçün alınmış yeni biletin orijinalının Sığorta olunan tərəfindən Sığortaçıya təqdim edilməsi şərti
ilə verilir.
4.5.3.3 Bu Qaydaların hazırkı bölməsi ilə nəzərdə tutulan sığorta hadisəsi Sığorta
Şəhadətnaməsində göstərilən sığorta müddətinin başlanğıc tarixindən 4 saat əvvəl baş verdikdə
də sığorta təminatı ilə əhatə olunur.
Dostları ilə paylaş: |