Qaydalar ümumi MÜDDƏalar


ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#40422
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   17
Plagiat-qaydalar

 

ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR 

 

 



9. Müdafiəyə-imtahana buraxılmış bütün elmi işlər müdafiənin başlanılması tarixindən sonra 48 saat 

ərzində Administrator tərəfindən Strikeplagiarism.сom İnformativ Məlumatlar Bazasına daxil edilir.  



 

4. ANTİPLAGİAT SİSTEMİNİN KAFEDRALARDA TƏTBİQİ QAYDALARI VƏ 

SƏLAHİYYƏTLİ KOMİSSİYA 

 

1. Diplom və ya dissertasiya işi antiplagiat sistemində yoxlanıldıqdan sonra kafedra nümayəndəsi 3 

nüsxədə  qısa  hesabatı  çap  edir  və  bir  nüsxəsini  elmi  rəhbərə  çatdırmaq  məsuliyyətini  daşıyır 

(Hesabatın digər nüsxəsi isə elektron formada Səlahiyyətli Komissiya adminstrator tərəfindən təqdim 

olunur). Sonuncu nüsxə istifadəçidə qalır. 

2. Əgər plagiat yoxlaması zamanı diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində 

(Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limit 

həddi aşılarsa Səlahiyyətli Komissiya limiti aşma səbəblərini müəyyən edir, istinad edilən mənbələri 

dəqiqləşdirir və müvafiq qərar qəbul edir. 

2.  Yoxlama  zamanı  diplom  işləri,  dissertasiyalar,  elmi  məqalələr  və  tədris  vəsaitləri  universitetin 

müəyyən etdiyi limiti aşarsa həmin hesabat Səlahiyyətli Komissiyaya ötürülür və Komissiya Sədrinin 

qərarı protokol 1-dəki kimi aşağıdakı qaydada rəsmiləşdirilir: 

İş orijinaldır və müdafiəyə qəbul edilmişdir; 

İş düzgün şəkildə formalaşdırılmayıb və yenidən işlənilməlidir; 

İşdə plagiat faktları aşkar olunub, intizam tədbiri zəruridir. 

3.Diplom  işləri  və dissertasiyaların antiplagiat yoxlamasının  nəticəsinə uyğun protokollara baxmaq 

üçün elmi rəhbərlər və komissiyanın üzvləri görüş keçirir. Səlahiyyətli Komissiyanın qərarına uyğun 

olaraq imtahana (Müdafiəyə) buraxılmaq haqqında qərar qəbul edilir.  

4. İşin düzəlişə ehtiyacı olduğu halda, işin imtahana (müdafiəyə) Buraxılış Protokolunu əldə etdikdən 

sonra  tələbə\magistr  lazım  olan  düzəlişləri  yerinə  yetirir  və  düzəlişlərin  elmi  rəhbər  tərəfindən 

təsdiqləndiyi halda elmi işin yeni variantını antiplagiat sistemininə təkrar yükləyir. 

5.  İlk  yoxlanmada  iş  orijinal  olmadığına  görə  (buna  sübut  oxşarlıq  hesabatıdır)  tələbə  hazırki 

prosedurlara əsasən işi yoxlamaq üçün xərcləri öz üzərinə götürür. 

6. Universitet tələbəyə 2 (iki) dəfə işi düzəltmək üçün imkan yaradır. Hər cəhd yenidən antiplagiat 

yoxlamasını keçməyi tələb edir. 

7. Əgər ikinci yoxlamadan sonra yoxlama nəticəsində dissertasiya işində plagiat halları aşkar olunarsa, 

bu  iş  müdafiəyə  buraxılmayacaq  və  Sistemin  Məlumatlar  Bazasına  daxil  edilməyəcəkdir.  Oxşarlıq 

hesabatlarının kafedraya təqdim edilməsindən sonra 7 (yeddi) iş günü ərzində, müəllif elmi rəhbərin 

və  komissiya  rəhbərinin  imzaladığı  qısa  oxşarlıq  hesabatlarının  göndərildiyi  kafedradan  bildiriş 

alacaqdır.  

8. Kafedraya plagiat yoxlaması üçün təqdim olunan diplom və dissertasiya işləri aşağıdakı tələblərə 

uyğun olmalıdır: 

 

Qısaldılmış  hesabatın  hər  3  nüsxəsi  Səlahiyyətli  Komissiyanın  sədri  tərəfindən  imzalanmış 



olmalıdır; 

 



(Qısaldılmış  hesabatlar  UNEC-də  istifadə  olunan  StrikePlagiarism  Antiplagiat  İnternet-

Sisteminin versiyasında çap olunmalıdır;) 





Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin