6. SİSTEMİN KİÇİK VƏ BÖYÜK KODLARINDAN İSTİFADƏ QAYDALARI
1. Hər bir istifadəçi öz diplom vəya dissertasiya işini ona təqdim edilən Böyük və Kiçik kod əsasında
yoxlaya bilər.
2. İstifadəçilər Böyük kodla kafedranın təqdim etdiyi siyahı əsasında buraxılış işini, magistr
dissertasiyalarını, kiçik kodla isə kiçik həcmli işləri, referatları, elmi əsərləri, məqalələri və s. yoxlaya
bilərlər.
3. Müəyyən edilən təlim müddətində böyük kodu almayan, lakin adları siyahıda olan tələbələr kodu
əldə etmək üçün Universitetin StrikePlagiarism Antiplagiat Sisteminin Administratoruna müraciət
etməlidirlər.
4. Böyük Kod vasitəsi ilə istifadəçilərə StrikePlagiarism Antiplagiat İnternet Sistemində həcmi 250
səhifədən artıq və 40 səhifədən az olmayan mətinlərə (ara məsafələri, format və ya redaktə işarələri
daxil olmaqla) bir dəfə pulsuz yoxlama imkanı verilir. Kiçik kod həcmi 40 səhifədən az olan sənədləri
yoxlamaq üçün nəzərdə tutulur.
5. Antiplagiat sistemində təkrar yoxlama üçün kodun verilməsi Universitetin StrikePlagiarism
Antiplagiat İnternet Sisteminin Administratoruna müvafiq kafedra üzrə təyin olunmuş nümayəndənin
müraciəti əsasında mümkündür. Bu müraciət əsasında yalnız bir dəfə kafedraya təkrar yoxlama üçün
kod verilir (ödənişli əsaslarla) nəticə müsbət olmadıqda iddiaçının yalnız növbəti sessiyada müdafiəyə
buraxılmaq üçün bir kod almaq hüququ yaranır.Admistrator tərəfindən verilən kodların təyinatına
uyğun istifadəsinə müvafiq kafedra müdiri məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |