Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2014-cü
il
23
yanvar tarixli 17 nömrәli qәrarı ilә
tәsdiq edilmişdir
Ümumi müddәalar
Bu Qaydalar Azәrbaycan Respublikası Gömrük Mәcәllәsinin (bundan sonra — Gömrük Mәcәllәsi) 21.3-cü vә 22.2-ci maddәlәrinә uyğun olaraq hazırlanmışdır vә gömrük tәmsilçiliyi, o cümlәdәn gömrük brokeri fәaliyyәtini tәnzimlәyәn qaydaları müәyyәn edir.
Hәr bir şәxs gömrük orqanları ilә münasibәtlәrindә Gömrük Mәcәllәsindә vә gömrük işi üzrә digәr qanunvericilik aktlarında nәzәrdә tutulmuş fәaliyyәti hәyata keçirmәk üçün gömrük tәmsilçisi tәyin edә bilәr.
Gömrük tәmsilçiliyi birbaşa (tәmsil edilәn şәxsin tapşırığı ilә onun adından vә onun mәnafeyi üçün), yaxud dolayı (tәmsil edilәn şәxsin tapşırığı ilә öz adından vә onun mәnafeyi üçün) ola bilәr.
Gömrük tәmsilçisi hansı şәxsin mәnafeyi üçün fәaliyyәt göstәrdiyini vә gömrük tәmsilçiliyinin birbaşa, yaxud dolayı hәyata keçirildiyini gömrük orqanına bildirmәlidir.
Gömrük tәmsilçisi kimi fәaliyyәt göstәrdiyini bildirmәyәn, yaxud bunu bildirәn, lakin müvafiq sәlahiyyәti olmayan şәxs öz adından vә özünün mәnafeyi üçün fәaliyyәt göstәrәn hesab olunur.
Gömrük orqanı gömrük tәmsilçiliyini birbaşa, yaxud dolayı hәyata keçirәn şәxsdәn ona müvafiq sәlahiyyәtin verildiyini tәsdiqlәyәn sәnәdin tәqdim olunmasını tәlәb etmәlidir.
Bu Qaydaların tәlәblәri istehsal vә ya kommersiya mәqsәdlәri üçün nәzәrdә tutulmayan malların fiziki şәxslәr tәrәfindәn güzәştli vә sadәlәşdirilmiş qaydada gömrük sәrhәdindәn keçirilmәsi ilә әlaqәdar Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrәli qәrarı ilә tәsdiq edilmiş “Fiziki şәxslәr tәrәfindәn istehsal, yaxud kommersiya mәqsәdlәri üçün nәzәrdә tutulmayan malların gömrük sәrhәdindәn keçirilmәsinin güzәştli vә sadәlәşdirilmiş Qaydaları”na әsasәn müәyyәn olunan nümayәndәlik fәaliyyәtinә şamil edilmir.