Qaydalar ümumi müddәalar



Yüklə 122,21 Kb.
səhifə3/4
tarix07.01.2024
ölçüsü122,21 Kb.
#210386
növüQaydalar
1   2   3   4
17 Gömrük tәmsilçiliyi, o cümlәdәn gömrük brokeri fәaliyyәtini tәnzimlәyәn

Dolayı tәmsilçilik


  1. Gömrük brokeri malların vә nәqliyyat vasitәlәrinin gömrük әrazisinә gәtirilmәsi, bu әrazidәn aparılması, yaxud tranziti ilә әlaqәdar olaraq dolayı gömrük tәmsilçiliyini hәyata keçirәn hüquqi şәxsdir.

  2. Gömrük brokeri öz fәaliyyәtini Gömrük Mәcәllәsinә vә bu Qaydalara uyğun olaraq hәyata keçirir.

  3. Gömrük sәrhәdindәn keçirilәn malların vә nәqliyyat vasitәlәrinin sahibi ilә bağlanılan müqavilә әsasında gömrük brokeri bәyannamәçi ola bilәr.

    1. Gömrük nәzarәti vә gömrük rәsmilәşdirilmәsi hәyata keçirilәrkәn, gömrük brokeri malları gömrük sәrhәdindәn müstәqil keçirәn şәxsin bütün vәzifәlәrini yerinә yetirir onun kimi mәsuliyyәt daşıyır.

    2. Gömrük brokerinin tәmsil etdiyi şәxslәrlә münasibәtlәri Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinә әsasәn tәrәflәr arasında bağlanılmış müqavilә ilә tәnzimlәnir.

    3. Dövlәt Gömrük Komitәsi gömrük brokerlәrinin dövlәt reyestrini Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrәli qәrarı ilә tәsdiq edilmiş “Gömrük brokerlәrinin dövlәt reyestrinin aparılması Qaydaları”na uyğun olaraq aparır, onu nәşr edir, rәsmi internet saytında yerlәşdirir vә müvafiq mәlumatların daimi yenilәşdirilmәsini tәmin edir.

    4. Şәxs gömrük brokerinin xidmәtlәrindәn imtina edә bilәr. Bu halda gömrük orqanının vәzifәli şәxslәri bәyannamәçiyә vә mallar barәdә sәlahiyyәti olan digәr şәxslәrә gömrük bәyannamәsinin Gömrük Mәcәllәsinin 151-ci maddәsinә uyğun olaraq tәrtib edilmәsindә, onda müvafiq düzәlişlәr edilmәsindә vә malların gömrük rәsmilәşdirilmәsi üzrә digәr әmәliyyatların hәyata keçirilmәsindә yardım göstәrmәlidirlәr.

    5. Dövlәt Gömrük Komitәsi gömrük brokeri fәaliyyәtini hәyata keçirmәk üçün müraciәtlәrә baxır vә Azәrbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasında bәzi fәaliyyәt növlәrinә xüsusi razılıq (lisenziya) verilmәsi haqqında Qaydalar”a uyğun olaraq hüquqi şәxslәrә gömrük brokeri fәaliyyәti üçün lisenziya verir.

    6. Hәr gömrük sәrhәd buraxılış mәntәqәsi üzrә әn azı 2 (iki) hüquqi şәxsә gömrük brokeri fәaliyyәti üçün lisenziya verilmәlidir.

    7. Gömrük brokeri fәaliyyәtini hәyata keçirmәk üçün verilmiş lisenziyanın fәaliyyәtinin dayandırılması vә lәğv edilmәsi Azәrbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasında bәzi fәaliyyәt növlәrinә xüsusi razılıq (lisenziya) verilmәsi haqqında Qaydalar”a әsasәn hәyata keçirilir.

    8. Gömrük brokeri kimi fәaliyyәt göstәrmәsi üçün hüquqi şәxslәr onların ştatında olan әmәkdaşlara ixtisas attestatının verilmәsi üçün Dövlәt Gömrük Komitәsinә yazılı ya elektron formada müraciәt etmәlidirlәr.

    9. Gömrük brokeri әmәk müqavilәsinin bağlanıldığı vә ya әmәk müqavilәsinә xitam verildiyi mütәxәssislәr barәdә mәlumatları 1 (bir) günü müddәtindә Dövlәt Gömrük Komitәsinә tәqdim etmәlidir.

    10. Saxlanma üsulundan asılı olmayaraq, gömrük brokeri tәrәfindәn gömrük sәrhәdindәn keçirilәn mallara dair sәnәdlәr vә mәlumatlar, hәmin malların gömrük nәzarәti altında olan mallar statusunu itirmәsindәn sonrakı 3 (üç) il әrzindә saxlanılmalıdır.

  1. Yüklə 122,21 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin