Gömrük brokeri fәaliyyәtinә lisenziyanın verilmәsinә görә “Bәzi fәaliyyәt növlәrinә xüsusi razılıq (lisenziya) verilmәsi qaydalarının tәkmillәşdirilmәsi haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrәli Fәrmanı ilә müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumu ödәnilir.
Gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssislәrә ixtisas attestatının verilmәsinә görә ödәnilәn yığımın mәblәğini Azәrbaycan Respublikasının Nazirlәr Kabineti müәyyәn edir.1
Gömrük brokeri fәaliyyәtini hәyata keçirmәk üçün verilmiş lisenziyanın fәaliyyәti dayandırıldıqda vә ya lisenziya lәğv edildikdә, gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssisin ixtisas attestatının fәaliyyәti dayandırıldıqda vә ya lәğv edildikdә, onların verilmәsinә görә ödәnilmişdövlәtrüsumuvәyığımqaytarılmır.
Gömrük brokerlәrinә münasibәtdә gömrük sәrhәdindәn keçirilәn malların uçotunun vә onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud Gömrük Mәcәllәsinә әsasәn müәyyәn olunan müvafiq fәaliyyәt növü ilә bağlı bu vә ya digәr tәlәb vә şәrtlәrin yerinә yetirilmәmәsi faktı aşkar olunarsa, xüsusigömrükauditihәyatakeçirilir.
Gömrük orqanları gömrük nәzarәtinin hәyata keçirilmәsi üçün gömrük brokerlәrindәn vә ya belә әmәliyyatlara aidiyyәti olan digәr şәxslәrdәn mәlumatlarvәarayışlaralmaq hüququna malikdirlәr.
Qeyd. Bu Qaydalarda dәyişikliklәr Azәrbaycan Respublikasının Prezidenti ilә razılaşdırıldıqdan sonraedilәbilәr.
17.Gömrükrәsmilәşdirilmәsiüzrәmütәxәssislәrәixtisasattestatınınverilmәsinәgörәgömrükyığımlarınınmәblәği Gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssislәrә ixtisas attestatının verilmәsinә görә aşağıdakı mәblәğdә gömrük yığımları alınır:
gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssislәrә ixtisas attestatının verilmәsinә görә - 100 manat;
gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssislәrә verilmiş ixtisas attestatlarının fәaliyyәtinin bәrpa edilmәsinә görә - 150 manat;
Gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssislәrә ixtisas attestatının verilmәsinә görә gömrük yığımlarının hesablanması attestatın vә ya onun dublikatının verildiyi, o cümlәdәn fәaliyyәtinin bәrpa edildiyi gün qüvvәdә olan gömrük yığımlarının mәblәğlәri әsasında hәyata keçirilir.
Gömrük rәsmilәşdirilmәsi üzrә mütәxәssislәrә ixtisas attestatının verilmәsinә görә gömrük yığımları attestat vә ya onun dublikatı verilәnәdәk vә ya onların verilmәsi ilә eyni vaxtda, attestatın fәaliyyәti bәrpa edildikdә isә bu barәdә Azәrbaycan Respublikasının Dövlәt Gömrük Komitәsi tәrәfindәn müvafiq qәrar qәbul edildiyi gün ödәnilir.