BINA VƏ QURĞULARIN LAYIHƏLƏNDIRILMƏSINDƏ ƏLILLIYI
OLAN VƏ HƏRƏKƏT IMKANLARI MƏHDUD ŞƏXSLƏR ÜÇÜN
ZƏRURI OLAN HƏYAT VƏ FƏALIYYƏT ŞƏRAITININ YARADILMASI
QAYDALARI
(Çıxarışlar)
Azərbaycan Respublikası
Əlil Təşkilatları İttifaqı
(ƏTİ)
HAMI ÜÇÜN BƏRABƏR IMKANLAR
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
6
“ITM-lərin yaradılması üçün qaydalar”-nın
“Texniki şərtlər”i
(“İnfrastruktur” hissəsində bəndləri üzrə ardıcıllıqla)
Təhsil müəssisələrinin əlaqələ şəxslərindən (rəhbərlərindən) xahiş edirik
müyəssərliyin təmin olunmması işlərinin layihələndirilməsi, işlərin görülməsi,
avadanlıqların alınması, quraşdırılması zamanı bizimlə əlaqə saxlasınlar.
1. Əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün yaşayış və ictimai mühit
layihələndirilməsinin erqonomik əsasları.
1.1. Dayaq hərəkəti funksiyaları pozulmuş əlilliyi olan şəxslərin optimal
yaşayış və həyat fəaliyyəti şəraiti yaradılması üzrə tövsiyyələr erqonomik
tədqiqatların məlumatlarına əsaslanır.
1.2. Yaşayış obyektlərinin, ictimai obyektlərin və nəqliyyatın, funksional
zonalarını layihələndirərkən, həmçinin avadanlığın quraşdırılması üçün zəruri olan
vasitələri yerləşdiərkən kişi və qadın fiqurlarının orta antropometrik göstəriciləri
və əlil arabasının ölçüləri müəyyənedici məna kəsb edir. Arabanın dönməsinə və
hərəkətinə kifayət edəcək döşəmə sahəsi, hərəkətsiz vəziyyətdə olan əlilin “əl çata
biləcək” funksional zonaları və yaxud bu və ya digər funksional fəaliyyəti nəzərə
alınır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
7
Şəkil 1
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
8
2. MƏLUMATIN TƏMIN OLUNMASI.
2.1. Məlumatın bütün kateqoriyadan olan əlilliyi olan şəxslər üçün
anlaşıqlığı təmin olunmalıdır. Təhsil müəssisəsinin məlumat vasitələri
sistemi bina daxilində, yaxud müəssisənin binalar kompleksi daxilində eyni
olmalıdır.
2.2. Əlilliyi olan şəxsləri istifadə etdikləri giriş sahələri, kommunikasiyalar,
xidmət otaqları və zolaqları, həmçinin əlil avtomaşınları üçün dayanacaq
yerləri beynəlxalq standartlara uyğun nişanlarla işarə edilməlidir.
2.3. Əlilliyi olan şəxslərin istifadə etdikləri otaq və sahələrdə yanğın
təhlükəsi xəbərdarlığı sisteminə birləşdirilən əvəzedici (səs və işıq)
siqnalizasiyanın quraşdırılması nəzərdə tutulmalıdır.
2.4. Bütün binalarda təxliyyə yolları üzərindəki qapılar, pilləkən və
rampların qarşısında 0,6 m məsafədə döşəmə sahəsinin nahamar və ya
xüsusi boya ilə rənglənmiş səthi olmalıdır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
9
3. Avtomobil dayanacaqları
3.1. Əlilliyi olan şəxslər üçün fərdi nəqliyyat dayanacaqları, həmçinin ictimai
nəqliyyatın dayanacaqları müəssisələrin nəzarət-buraxılış məntəqələrindən 50 m-ə
qədər məsafədə yerləşdirilməlidir. Bəzən iri və yenidən qurulan müəsisələrdə bu
məsafənin 50 m-dən artıq olması və nəzarət-buraxılış məntəqələrindən iş
yerinədək ümumi məsafənin 300 m-dən çox olduğunu nəzərə alaraq, əlilliyi olan
şəxslər üçün nəqliyyat dayanacaqlarını müəssisənin tədris zonasının ərazisində
səpələnmiş qaydada yerləşdirmək lazımdır. Belə hallarda nəzarət-buraxılış
məntəqələrinin layihələndirilməsində əlilliyi olan şəxslərin şəxsi nəqliyyatının
təhsil müəssisəsinin ərazisinə buraxılmasının mümkünlüyü nəzərə alınmalıdır.
3.2. Əlilliyi olan şəxslərin fərdi nəqliyyat vasitələrinin saxlanması üçün
dayanacaqların eni 3,5 m-dən az olmamalıdır.
4. İşarələr
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
10
Şəkil 3
4. Ərazisi üzrə tələblər
4.1. Təhsil müəssisəsi ərazisində əlil arabalarının hərəkət etməsi üçün piyada
yolları olmalıdır. Bu yollar boyu şaquli maneələrin (bordyur və çıxıntıların)
hündürlüyü 0.05 m artıq olmamalı, qısa və dik 12
0
-dən artıq rampalar
quraşdırırmamalı, səki və piyada yolların uzununa mailliyi isə 50
0
-dən artıq (85%-
dən artıq) olmamalıdır. Piyada yolların mailliyi 30
0
-60
0
(51% -102%) olduqda bu
yollar boyu, hər 100 m-dən bir, uzunluğu 5 m-dən az olmayan üfüqi sahələr
nəzərdə tutulmalıdır.
4.2. Piyada yolların eni minimum 0,80 m ölçü vahidinə (bir adamın hərəkət
zolağının eni) uyğun olmalıdır.
4.3. Landşaft-reqreasiya əraziləri hüdudlarında yol-cığır şəbəkəsinin və
meydançaların örtüyü döşəmə plitələrindən (tavalardan), betondan, çınqıl və digər
möhkəm mineral materiallardan ibarət olmalıdır. Gəzinti yollarının (cığırların)
örtüyünün qumdan, çay daşından, sürüşgən materiallardan düzəldilməsinə icazə
verilmir və yalnız müstəsna hallarda, asfalt örtüklərdən istifadə oluna bilər.
4.4. Əlil arabasından istifadə edən əlilliyi olan şəxslərin rahatlığı üçün taksofon,
bankomatların birinin yer səviyyəsin-
dən hündürlüyü 0.80 m-dən artıq olmamalıdır. (Şəkil 3.)
4.5. Əlilliyi olan şəxslərin əməyindən istifadə olunan təhsil müəsisələrinin baş
planlarının işlənməsi üçün əsas tələblər aşağıdakılardır:
ərazidə piyada yollarının minimuma çatdırılması;
ərazidə piyada və avtomobil keçidlərinin kəsişdiyi
yerlərdə məlumat xarakterli nişanların
qoyulması, lazım olan yerlərdə rampların və
qoruyucuların yerləşdirilməsi;
əlilliyi olan şəxslərin hərəkəti istiqamətində
maneələrin götürülməsi və ya maneə elementlərinin
dəyişdirilməsi;
əlilliyi olan şəxslərin yaşayış və təhsil yerləri ilə
rahat əlaqələri təmin edən elementlərin yaradılması;
əlilliyi olan şəxslərin fərdi nəqliyyat vasitələrinin saxlanması
üçün, həmçinin ictimai nəqliyyatın xüsusi avadanlıqlarla təchiz
olunmuş əlavə dayanacaqların təhsil yerlərinin mümkün qədər
yaxınlığında yerləşdirilməsi.
0. 80 m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
11
1.20 m
Şəkil 4
Enin
ə
maillik
1
0
4.6. Müəsisə ərazilərində əlil arabasının hərəkətini təmin etmək üçün piyada
yollarının eni 1,2 m-dən (Şəkil 4), qarşılıqlı hərəkətdə isə 1,8 m-dən (Şəkil 5) az
olmamalıdır.
4.7. Əlil arabasının hərəkəti üçün səkilərin və piyada yollarının mailliyi 5
0
(8,5%)-
dən, eninə isə 1
0
(1,7%-dən) artıq olmamalıdır. (Şəkil 6)
4.8. Relyefin şəraiti buna imkan vermədikdə yolun 12 m-lik uzunluğunda olan
hissəsinin mailliyinin 10
0
-dək artırılmasına yol verilir və belə hallarda yolun
mailliyi istiqamətində hər iki tərəfindən üfüqi sahələrin düzəldilməsi nəzərdə
tutulur. Yolların təhlükəli hissələrində hündürlüyü 0.05 m-dən az olmayan bordyur
daşlardan qoruyucular verilməlidir. (Şəkil 6.)
1.80 m
Şəkil 5
Şəkil 6
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
12
5. Yol kəsişmələri
Pilləkənlər
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
13
6. Giriş zonaları
6.1. Əlilliyi olan şəxslərə, o cümlədən əlil arabalarından istifadə edən şəxslərə
bütün ictimai binalara və qurğulara sərbəst daxil olmaq imkanı təmin olunmalıdır.
İctimai binaların girişində eni – birtərəfli hərəkət zamanı – 1,0 m-dən az olmayan
ikitərəfli hərəkət zamanı – 1,8 m-dən az olmayan ramp düzəldilməlidir. Vintvari
rampın arabanın tam (180
o
) döndüyü sahədə eni 3,0 m -dən az olmamalıdır.
6.2. Dönmək və istirahət üçün düzəldilən üfiqi meydançalar arasında rampın
maksimal eni, uzunu istiqamətindəki maililiyindən asılıdır.
6.3. Dönmək və istirahət etmək üçün üfiqi meydançalar ramplara bir endə olmalı
və uzunluğu – düz rampda 1,5 m, yivvari rampların 2.0 m-dən az olmamalıdır.
6.4. Ramp 0,7 m və 0,9 m hündürlükdə iki tutacaqlı məhəccəri, eləcə də rampın
kənarı boyu hündürlüyu 0,05 m-dən az olmayan qırağı olmalıdır.
6.5. Əgər ramp divar və ya səki boyunca yerləşdirilirsə, onun qırağı səviyyəsindən
aşağı tutacağa qədər tor hasar qurulur.
6.6. Binaya giriş yeri bərabər işıqlandırılmalı və atmosfer çöküntülərindən
qorunmalıdır. İctimai binanın tamaşaçılar üçün nəzərdə tutulan bütün otaqlarının
funksional cəhətdən əsaslandırılmamış maneə və əngəlləri olmamalıdır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
14
0,50 m
0.60 m
10%
6 m
0.90m
0.70 m
0.30 m
0.07m –
0,10m
5,7
0
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
15
6.7. İctimai istifadədə olacaq binalarda əlilliyi olan şəxslərin istifadəsi üçün liftlər
nəzərdə tutulmalıdır. Bu lift kabinasının planda ölçüləri: eni – 1.1m, dərinliyi – 1,4
m, qapı açırımının eni – 0,9 m, liftə girişin qarşısındakı meydançanın eni - ən azı
2,1m, liftin düymələri döşəmə səviyyəsindən 1,2 m hündürlükdəm çox
olmamalıdır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
16
6.8. Pilləkən marşında pillələrin sayı 3-dən az olmamalıdır. Pillələr bütöv, düz və
çıxıntısız olmalıdır, sürüşkən olmamalıdır. Ayağın, əl ağacının sürüşməsinin
qarşısını almaq üçün pillələr, marşların kənarları üzrə hündürlüyü 0,05 m-dən az
olmayan haşiyəyə malik olmalıdır.
6.9. Pilləkənlərdəki pillələrin eni: - daxili pilləkənlər və örtük altında olan pillələr -
ən azı 0,3 m, açıq xarici pilləkənlər ən azı – 0,4 m olmalıdır. Pillələrin
hündürlüyü: daxili pillələr və örtük altında olan pillələr – 0,16 m-dən çox
olmamalıdır; açıq xarici pilləkənlər – 0,12 m-dən çox olmamalıdır.
6.10. Pilləkənlərin hər iki tərəfində tutacaqları 0,9 m hündürlüyündə olan
məhəccərlər düzəldilməlidir. Məhəccərlər dairəvi kəsikli olduqda diametri ən azı
0,03m və ən çoxu 0,05 m olmalıdır. Məhəccərin kəsiyi düzbucağlı olduqda isə
qalınlığı 0,025 m - 0,03 m olmalıdır.
Piləkənlərin və rampların hər iki tərəfində hündürlüyü 0,45 m-dən artıq
olan pillələrin yanında tutacaqlar ilə birlikdə qoruyucular quraşdırılmalıdır.
Belə tutacaqlar ramplarda 0,7 m və 0,9 m, pləkənlərdə isə 0,9 m
hündürlükdə yerləşdirilməlidir. Pilləkənlərin daxili tərəfindən quraşdırılan
tutacaqlar bütün xətt boyunca arasıkəsilməz olmalıdır. Tutacaqların ucu
pilləkən marşından və ya rampın maili hissəsindən 0,3 m uzun olmalıdır.
Pilləkən qəfəsində və marşlarında olan pillələrin eni və hündürlüyü eyni
həndəsi ölçülərdə olmalıdır. Pilləkən marşının və rampların kənarlarında,
hündürlük fərqi 0,45 m-dən artıq olduqda onun qırağı ya ayaqların, qoltuq
ağaclarının və əlil arabalarının sürüçməsinin qarşısını almaq üçün 0,07 m-
dən az olmayan qoruyucu çıxıntı verilməlidir.
Pilləkənlərin giriş və çıxışında gözdən əlilliyi olan insanlar üçün xüsusi
işarələr qoyulur, pillələrin qabaq kənarlarında qoruyucu lent bərkidilir.
DÜZGÜ
N
SƏHV
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
17
Sə
hv
DÜZGÜ
N
300
Düzgün
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
18
6.11. Dəhlizlərdə arabanın dönməsi üçün meydançalar nəzərdə tutulmalıdır.
Dəhlizlərin oxları üzərində yerləşdirilən qapıları həmin dəhlizin oxundan kənarda
yerləşdirmək lazımdır. Dəhlizin başından yan divarda yerləşən qapiyadək məsafə
0,6 m-dən az olmamalıdır.
6.12. İctimai binaların və qurğuların qapılarında kandar olmamalıdır. Kandarın
qurulması zəruri olduqda onların hündürlüyü 0,025 m-dən çox olmamalıdır. 6.13.
Arabada olan əlilliyi olan şəxslərin hərəkəti istiqamətlərində petlələr üzərində
qapıların və bir ox ətrafında fırlanan – qapılarının tətbiq olunması qadağandır.
6.13. Şüşəli qapılardan istifadə olunduqda termik möhkəmləndirilmiş və ya
armaturlu şüşə tətbiq olunmalıdır. Şüşə qapılardan istifadə olunmasına onların
avtomatik açılması və parlaq markirovkaya malik olması şərti ilə icazə verilir.
6.14. Elektromexanik qapıların elektrik açarlarını açıq qapı layından ən azı 1,4 m
məsafədə quraşdırmaq lazımdır. Qapı və pəncərə dəstəkləri 0.9 m hündürlükdə
düzəldilməlidir ki, onlara əlil arabasından əl çatması mümkün olsun.
6.15. Əlil arabasında olan əlilliyi olan şəxslərin hərəkətini asanlaşdırmaq və xüsusi
yerlərdə vizual informasiya nişanları quraşdırmalı və bu nişanlar beynəlxalq qrafik
rəmzlərinə (simvollarına) uyğun tərtib edilməlidir.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
19
7. İctimai tualetlər
7.1. İctimai tualetlərdə əlil arabasından istifadə edən əlilliyi olan şəxslər üçün ən
azı 1 kabina nəzərdə tutlmalıdır.
7.2. Mövcud ictimai tualetlərdə əlilliyi olan şəxslər üçün kabinalar qurarkən əlil
arabasının hərəkəti üçün hər cürə maneələr ləğv edilməlidir: kandarlar götürülməli,
qapı açırımları genişləndirilməli (0.9 m-ə qədər) və s..
7.3. Əlil üçün tualet kabinəsi zəruri yerdəyişmələr üçün kifayət qədər geniş
olmalıdır. Buna görə müvafiq qurğulu iki adi kabina birləşdirilə bilər.
7.4. Avadanlıqlar dəstində: konstruksiyalar üzrə stasionar, açılan, dönən ola bilən
tutacaq-dayaqlar, tutacaq-qoruyucular (araba ilə zədələnməkdən qorumaq üçün)
dartılmaq və yerdəyişmə üçün, bilavasitə arabadan yerdəyişmə üçün qurğular
(stanq şəklində, pissuarlar üzərində və ya monorelsli “pillələr”) nəzərdə tutulur.
Şəkil 81
77771.80
m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
20
7.5. Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş kabinanı kanalizasiya trapı və isti-
soyuq su qarışdırıcısı olan elektrik boru ilə, eləcə də duş başlığı ilə təchiz etmək
lazımdır.
Kabinada unitazın yanında zəng düyməsinin qurulması nəzərdə tutulmalıdır.
Elektrik zəngi ictimai tualetin nəzdindəki növbətçi otaqda yerləşdirilməlidir.
Tualet əlüzyuyanlardan birini (və yaxud kabinadakını) döşəmədən 0,8m çox
olmayan məsafədə, yan divardan isə 0,2 m məsafədə qurulmalıdır.
7.6. Güzgü maili vəziyyətdə bərkidilir. Güzgünün, elektrik dəsmalının və yaxud əl
üçün dəsmalın aşağı qırağı döşəmə səviyyəsindən 0,8 m-dən çox olmayan
hündürlükdə olmalıdır.
7.7. Kabina divarında döşəmədən 1,2 m hündürlükdə unitazın yanında paltar, əl
ağacları və s. ləvazimatlar üçün qarmaqlar nəzərdə tutulmalıdır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
21
8. BINA VƏ QURĞULARDA TƏHLÜKƏSIZLIYIN TƏMIN OLUNMASI.
8.1. Bina və qurğuların giriş sahələri, həmçinin əlilliyi olan şəxslər üçün
nəzərdə tutulan xüsusi pilləkənlər və qaldırıcı qurğular atmosfer
çöküntülərindən qorunmalıdır. Belə sahələrin,
konstruktiv elementlərin və qurğuların səthi
möhkəm olmalı, islanma zamanı sürüşkən
olmamalı və əlilliyi olan şəxsləri hərəkətlərini
çətinləşdirməməlidir.
8.2. Əlilliyi olan şəxslərin istifadə etdikləri
obyektlərin
daxilində
gediş-gəliş
yolları
(ölçülər, mailliklər, çıxıntılar, boşluqlar və s.)
qəza hallarında binadan adamların təxliyyə
yollarını olan normativ tələblərinə uyğun
layihələndirilməlidir. Əlilliyi olan şəxslərin
təxliyyəsi üçün yolların hesabatında 3-cü tip piləkənlərin istifadəsindən
icazə verilmir.
8.3. Bina və qurğuların konstruktiv elementləri, həmçinin yol hərəkəti
istiqamətində divar və başqa şaquli müstəvilərdə yerləşdirilən qurmaların
çıxıntıları, bina daxilində döşəmə səviyyəsindən 0,7 m-dən 2,0 m-ə,
binanın xaricində isə 0,7 m-dən 2,1m-ə qədər olduqda, 0,1 m-dən artıq
olmamalıdır. Qurmalar ayrıca yerləşən dayaq üzərində olduqda onların
çıxıntıları 0,3m-dən artıq olmamalıdır. (Şəkil 23.)
8.4. Açıq piləkənlərin altında və hündürlüyü 1,9 m-dən az olan binanın
digər elementlərinin çıxıntıları qarşısında məhəccərlər və başqa
təhlükəsizlik maneələri qoyulmalıdır. (Şəkil 25.)
8.5. Amfiteatrı olan auditoriyalarda, tamaşa və konfrans zallarında əlil
arabasında olan əlilliyi olan şəxslərin yerləşdiyi sahələrin və ya zonaların
ətrafında təhlükəsizlik məhəccərləri, zolaqlı və sair qoruyucu elementlər
nəzərdə tutulmalıdır. Arabalr üçün xüsusi bərkitmə yerləri qoyulmalı,
Şəkil 24
77771.80
m
Şəkil 25
77771.80
m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
22
xüsusi qoruyucuların ölçüləri verilməlidir. Burada itlər üçün yer ayrılmalı
və dğşəmə nisbətən tez silinə bilinən materialdan olmalıdır.
8.6. Qapalı şəraitdə (lift kabinəsində, tualetdə və s. yerlərdə) qapalı tənha
qalan əlilin dispetçerlə və ya növbətçi ilə ikitərəfli əlaqə yaradılması üçün
bu otaqlarda və qurğularda müvafiq rabitə avadanlıqlarının quraşdırılması
(əgər bu sistem binada varsa) və qəza işıqlandırılması nəzərdə tutulmalıdır.
9. BINA VƏ QURĞULARDA RAHATLIĞIN TƏMIN OLUNMASI.
9.1. Əlilliyi olan şəxslərin istifadə etdikləri və digər bina və qurğuların hər
mərtəbəsində əlil arabasında olan əlilliyi olan şəxslərin istirahəti üçün 2-3 yer
nəzərdə tutulmalıdır.
9.2. Masa, piştaxta və başqa xidməti yerlərin, həmçinin əlilliyi olan şəxslərin
istifadə etdikləri divarlara bərkidilmiş cihaz və aparatların qarşısında ölçüləri 0,9m
X 1,3m-dən az olmayan sahə nəzərdə tutulmalıdır.
9.3. İnteryerləruin həllində, texnoloji və başqa avadanlıqların seçilməsi və
yerləşdirilməsində əlil arabasında olan əlilliyi olan şəxslərin əlçatma dairəsi
aşağıdakı hüdudlar çərçivəsində olmalıdır:
Avadanlıq əlilliyi olan şəxsdən yan tərəfdə olduqda döşəmə səviyyəsindən
1,4 m-dən yuxarı və 0,3 m-dən aşağı olmamalıdır;
Avadanlıq əlilliyi olan şəxsin qarşı tərəfində olduqda döşəmə
səviyyəsindən 1,2 m-dən yuxarı və 0,4 m-dən aşağı səviyyədə
quraşdırılmamalıdır;
Arabada olan əlilliyi olan şəxslərin fərqli qaydada istifadə etdikləri
masaların və başqa xidmət yerlərinin səthləri döşəmə səviyyəsindən
0,8m-dən yuxarı olmamalıdır;
Qapiların açılıb-bağlanması üçün vəsaitlər, üfüqi tutacaqlar, eləcə də su
kranları, düymələr, açarlar və başqa elementlər döşəmə səviyyəsindən 1,1
m-dən yuxarıda və 0,85 m-dən aşağıda yerləşdirilməməlidir.
9.4. İclas zallarında əlil arabaları üçün yerlər nəzərə alınmalı, və onların
yerləşdirilməsi başqa işçilərin gediş-gəlişinə mane olmamalıdır. (Şəkil 36.)
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
23
9.5. Əlil arabasında olan əlilliyi olan şəxslərin, həmçinin görmə qabliyyətini tam
və qismən itirmiş əlilliyi olan şəxslərin istifadə etdikləri qida məntəqələrinin,
yeməkxana və ya bufetlərin girişi yaxınlığında onlar üçün xüsusi oturacaq yerləri
ayrılmalıdır. Göstərilən kateqoriyalı əlilliyi olan şəxslər üçün iş yerləri açılmış
müəsisələrin, xüsusi sex və ya istehsalat sahələrinin yaxınlığında qida qəbulu
otağının ayrılması məqsədə uyğundur.
9.6. Əlilliyi olan şəxslərin işlədikləri müəsisələrdə tibb məntəqələri olmalı və
onların nəzdində əlilliyi olan şəxslərin xəstəlikləri profili üzrə (göz həkimi,
nevropataloq, terapevt və s.) müvafiq olaraq kabinələr nəzərdə tutulmalıdır.
9.7. İş yerlərində dəzgahları, avadanlıq və mebelləri yerləşdirərkən əlil arabasının
normal hərəkət edə bilməsi təmin edilməli və bu kateqoriyalı əlilliyi olan şəxslərin
istifadəsində olan avadanlıq və mebel transformasiya olunmaq imkanına malik
olmalıdır. Məsələn, belə əlilliyi olan şəxslər üçün maşının hündürlüyünün və işçi
səthinin dəyişdirilə bilməsi, həmçinin iş stullarının hündürlüyü və mailliyi üzrə
vəziyyətinin dəyişdirilməsi imkanı nəzərə alınmalıdır.
9.8. Əlil arabasında olan əlilliyi olan şəxslərin istifadə edə biləcəkləri bütün
dəstəklər, kranlar, müxtəlif avadanlıqların düymələri və s. döşəmə səviyyəsindən 1
m hündürlükdə yerləşdirilməli və yan divardan ən azı 0,4 m aralı olmalıdır.
9.9. Əlilliyi olan şəxslərin iş yerlərində quraşdırılmış stasionar avadanlığın bütün
elementləri möhkəm və etibarlı olmalıdır. Avadanlığın, nizamlayıcıların, elektrik
avadanlıqlarının və s. bərkidiləsi hissələri divarın və bərkidiləsi elementlərin
səthindən qabağa çıxmalıdır.
Şəkil 36
77771.80
m
Şəkil 37
77771.80
m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
24
9.10. Dəhlizdən bütün artıq şeylər yığışdırılmalıdır. Heç bir artıq əşya
olmamalıdır. Künclər metal bucaqlıqlarla qorunmalı, paltarasan və rəflər
erqonomik sxemlərə uyğun hündürlük üzrə quraşdırılmalıdır.
Yataq otaqları.
Şəkil 44
77771.80
m
Şəkil 45
77771.80
m
Şəkil 47
77771.80
m
Şəkil 46
77771.80
m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
25
9.11. Əlil arabalarından istifadə edən əlilliyi olan şəxslərin marağına uyğun olaraq,
idman obyektlərinin layihələndirilməsi və yenidən qurulması zamanı onların
yerləşdirilməsi təmin edilməli və idmançılar üçün qarderobda, üzgüçülük
hovuzlarında,
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
26
9.12. Stadionlarda, üzgüçülük hovuzlarında qurğular və yardımçı vasitələr
tamaşaçılar üçün nəzərdə tutulan yerlərdə və xüsusi tualet otaqlarının, saunanın,
xüsusi avadanlıqların quraşdırılması nəzərə alınmalıdır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
27
10. Ticarət və məişət xidməti obyektləri
11.1. Əlilliyi olan şəxslərin gedəcəyi obyektlərin avadanlığına əlavə tələblər irəli
sürülür. Zərurət olduqda xüsusi avadanlıq, mebel, vəsaitlər və arabada yer
dəyişməyə olan özəlliklərə uyğun olaraq onların yer dəyişdirməsi nəzərdə
tutulmalıdır. Avadanlıq və mebelə tərəf yolun eni 0,9 m-dən az olmamalı, əgər
araba ilə 90
o
dönmək zərurəti varsa 1,1 m-dən az olmamalıdır.
Şəkil 79
77771.80
m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
28
11.2. Masaları, xidmət və ticarət üçün piştaxtanı, kassa kabinalarını döşəmə
səviyyəsindən ən çoxu 0,8 m hündürlükdə yerləşdirmək lazımdır. Bu zaman
rəflərin dərinliyi və eni 0,6 m-dən az olmamalıdır və onlar 0,67 m-dən çox
hündürlükdə yerləşdirilməlidir.
Şəkil 80
77771.80
m
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
29
11.3. Arabada olan əlilə xidmət üçün nəzərdə tutulan ticarət və bilet avtomatlarının
dəstəkləri, kranları, düymələri, deşikləri və s. qurğuları döşəmə səviyyəsindən 1.0
m-dən çox olmayan hündürlükdə və otağın yan divarından 0,4 m-dən az olmayan
məsafədə yerləşdirilməlidir. Ticarət avtomatlarının və qurğularının dəstəkləri və
başqa idarəetmə elementləri onlardan bərk tutmağa imkan verən formaya malik
olmalıdır. Qıfıl və avtomatlar onlarla əllə davranmağa imkan verməlidir. Qurğular
və onların bütün elementləri möhkəm olmalı və əlil üçün rahat ölçüdə
hazırlanmalıdır.
13. ƏLİLLƏR ÜÇÜN NƏQLİYYAT
13.1. Hərəkət zamanı əlilliyi olan şəxslərin şəhərdə, şəhər və ölkədən kənarda
sərbəst gəzmək imkanları təmin olunmalıdır. Əlilliyi olan şəxslərə xidmət etməyə
uyğunlaşdırılmış ictimai nəqliyyatın müxtəlif vasitələrinin olması zəruridir.
13.2. Ümumşəhər avtobuslarında qaldırıcılar quraşdırılmalıdır. Nəqliyyatın
dayanacaqlarında ona yaxınlaşmaq üçün platformalar düzəldilməlidir. Avtobus
yenidən qurulduqda qapıların genişləndirilməsi, avtobusun arxa hissəsində
qapıların qurulması nəzərdə tutulmalıdır.
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
30
14. Əlilliyi olan şəxslərin reabilitasiyası üçün məmulatların, texniki vasitələrin
hazırlanmasında istifadə olunan materiallar üzrə ümumi tövsiyələr.
14.1. Giriş zonaları.
Giriş zonasında olan rampların məhəccərləri, açılıb-yığılan ramplar,
pilləkənlərdə
fərdi
qaldırıcıların
elementləri
metaldan
hazırlanmalı,
təmizləndikdən sonra yağlı boya ilə rənglənməlidir. Məhəccərlərin əltutan hissələri
sərt ağac növlərindən hazırlanıb şəffaf lakla örtülməlidir. Polivinilxlorid
tutacaqlardan da istifadə oluna bilər.
14.2. Yataq otaqları.
Yataq otaqlarındakı yardımçı vasitələr, yataq xəstəsi çarpayısında qoruyucu
məhəccər və tutacaqlar, yer və vəziyyətini dəyişdirilməsi üçün dayaqlar
xromlanmış və ya zavod şəraitində emalla örtülmüş metal borulardan
hazırlanmalıdır.
14.3. Vanna və tualet otaqları.
Vanna və tualet otaqları üçün avadanlıq və vasitələr, müxtəlif tutacaqlar,
dəstəklər, dayaqlar və başqa vasitələr xromlanmış borulardan, səyyar oturacaqlar
ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) HAMI ÜÇÜN
BƏRABƏR İMKANLAR
31
isə plastik kütlədən hazırlanmalıdır. Bəzi konstruktiv yükdaşıyan elementlər və
hissələr paslanmayan poladdan hazırlanmalıdır.
14.5. İctimai bina və qurğular.
Stadionlarda, üzgüçülük hovuzlarında, ticarət və xidmət müəssisələrində,
ictimai tualetlərdə müxtəlif tutacaqlar, dayaqlar və s. vasitələr üçün yuxarıda qeyd
olunan materiallardan – xromlanmış borulardan, paslanmayan poladdan, üzəri
emalla örtülmüş metallardan və s. materiallardan istifadə olunur.
14.6. Əlilliyi olan şəxslər üçün nəqliyyat
Avtobusların xüsusi qaldırıcı avadanlıqlarla təchiz edilməsində və onların
quraşdırılmasında, eləcə də avtobuslara daxil olmaq üçün platformaların
quraşdırılmasında paslanmayan və yaxud üzəri emalla örtülmüş metallardan
istifadə olunur.
14.7. Yer dəyişməsi üçün yardımçı qurğular və vasitələr.
Burada xromlanmış borulardan, kapron kəmərlərdən, möhkəm iplərdən və
parçalardan istifadə olunmalıdır.
Dostları ilə paylaş: |