Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 88,72 Kb.
səhifə7/69
tarix29.12.2016
ölçüsü88,72 Kb.
#3799
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   69
6. Təminatçının hüquq və vəzifələri

 

6.1. Təminatçının aşağıdakı hüquqları vardır:



6.1.1. təqdim edilmiş sənədlər barədə ətraflı informasiya əldə edilməsi üçün istifadəçinin məlumatlarına əsasən digər dövlət orqanlarında aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etmək, bu mümkün olmadığı hallarda, istifadəçidən həmin sənədlərin əslini tələb etmək;

6.1.2. elektron xidmətlərin göstərilməsi ilə bağlı digər dövlət orqanları ilə qarşılıqlı informasiya və sənəd mübadiləsi aparmaq;

6.1.3. istifadəçinin elektron xidmətlərdən istifadə tarixçəsi barədə məlumatları saxlamaq.

6.2. Təminatçı aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin etməlidir:

6.2.1. elektron xidmətləri qanunvericiliyə uyğun təşkil etmək;

6.2.2. elektron xidmətləri müvafiq inzibati reqlamentlərə uyğun göstərmək;

6.2.3. elektron xidmətlərin qeydə alınaraq Reyestrə daxil edilməsi üçün müvafiq tədbirlər görmək;[5]

6.2.3-1. elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalına qoşulmasının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun tədbirlər görmək;[6]

6.2.4. elektron xidmətlərin göstərilməsini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.3. Elektron xidmətlərin göstərilməsi dərhal həyata keçirilmədiyi hallarda təminatçı istifadəçinin müraciətinin qəbul edilməsi və sonrakı icrası ilə bağlı ona bildiriş göndərməlidir.

 


Yüklə 88,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin