Qaynaq: Balaxan Hüseynov "English" Söz sayı: 247



Yüklə 27,89 Kb.
tarix28.03.2023
ölçüsü27,89 Kb.
#90770
təxəyyulun gucu suallari ilə


Tərtib edən :Gülər Həsənli
Əlaqə nömrəsi: (070)559 93 53
Qaynaq: Balaxan Hüseynov “English”
Söz sayı: 247
9 – cu siniflərin buraxılış imtahanı mətn test nümunəsi.
Təxəyyülün gücü
Axşamdan xeyli keçmiş ağır işdən yorulmuş Mr.Braun otelə daxil oldu.O,zal nəzarətçisinə yaxınlaşıb boş otaq sifariş etdi.Bu zaman başqa bir səyyah otelə daxil oldu və otaq sifariş etdi.Nəzarətçi bir boş otaq olduğunu ,həmin otağın isə iki nəfərlik olduğunu söylədi.O soruşdu :
-Siz eyni otaqda gecələyə bilərsinizmi?Bu həm də sizin üçün sərfəli olacaq, ödənişi bölüşə biləcəksiniz.
Öncə səyyahlar bu fikirlə razılaşmasalar da , çöldə yağan yağışın şiddətlənməsi və səyyahların başqa bir otel axtarışına çıxa bilməyəcək qədər yorğun olmaları onları fikirlərini dəyişməyə məcbur etdi.Səyyahlar ingilis çayı sifariş edib bir qədər söhbət etdikdən sonra nəzarətçiyə eyni otaqda qalmağa razı olduqlarını bildirdilər. Onların əşyaları otaqlarına daşındı və yorğun səyyahlar otağa daxil olaraq güclü yağış səsinin müşayiəti ilə yatmağa hazırlaşdılar .
Bir müddət sonra Mr.Braun iniltili bir səs eşitdi.Otaq çox qaranlıq idi .O otaq yoldaşından soruşdu:
- Nə baş verib ?
-İkinci səyyah yüksək səslə cavab verdi:
- Sizi yuxudan ayıltdığım üçün məni bağışlayın. Mən astma xəstəsiyəm .Əgər mənim ölməyimi istəmirsinizsə,zəhmət olmasa pəncərəni açın.Mənə təmiz hava lazımdır.
Mr.Braun dərhal yataqdan qalxıb kibrit yandırmaq istədi ,amma otaq çox qaranlıq olduğu üçün kibriti tapa bilmədi .O daha sonra pəncərəni açmağa çalışdı.İkinci səyyah isə dayanmadan təkrar edirdi:
-Hava...mən ölürəm ..
Mr.Braun nə qədər çalışsa da pəncərəni aça bilmədi və əlacsız qalıb otaqdakı stulu qaldırıb pəncərəyə çırpdı.Bu zaman ikinci səyyahın təngənəfəsliyi keçməyə başladı ,o, rahat nəfəs aldı və özünü daha yaxşı hiss etdi. Hər iki səyyah məmnun halda yatmağa davam etdilər.
Səhər yuxudan oyananda onları bir sürpriz gözləyirdi. Otağın yeganə pəncərəsi hələ də bağlı idi.Lakin otaqdaki geniş ayna kiçik hissələrə parçalanmışdı.

1.Mətnə əsasən


{ 9.sinif- 2.2.3. standartı: Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.}
Düzgün cavab : A) 2,3

Mətnə əsasən

Cavab tapmaq


Mümkündür:
1
.

2.”Səhər onu çətin bir görüş gözləyirdi” cümləsini mətnin hansı abzasına əlavə etsək ardıcıllıq pozulmaz.


{6.sinif 3.1.2. standartı:Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir. }
Düzgün cavab :E)1

3.Mətndə (*) işarəsi ilə göstərilmiş “çalışsa” sözünün yerində işlənə bilməyən sözləri göstərin :


{8.sinif 2.1.1. standartı:Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir. }

Cəhd etmək¹. Sındırmaq². Səy göstərmək³. Vuruşmaq⁴


Düzgün cavab :B)2,4

4.Tünd-qara hərflərlə verilmiş sözün mənasına uyğun gəlməyən sözün işləndiyi cümləni müəyyən edin:


{ 7.sinif-2.1.2.standartı:Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını şərh edir .}
Düzgün cavab:A)

  1. Dünyanın ən dözümlü avtomobili adına “Marauder” layiq görülüb.

  2. Əlverişli bazar şərtləri alıcıları məmnun edir.

  3. Faydalı məlumatlardan yararlanmaq oxucunun üstünlüyüdür.

  4. Bakıda kənd təsərrüfatında mənfəətli maliyyələşdirməyə dair tədbir keçirilib

  5. Qənaətli istehsal üzrə məqalə səs-küyə səbəb oldu.

5.Mətnin nəticəsi kimi verilən fikirlərdən biri yanlışdır:


{6.sinif-2.2.3. standartı: Mətndəki fikir və mulahizələrə münasibət bildirir.}
Düzgün cavab :B)
A)Beynimiz qəbul edə bilsin deyə gərək əvvəlcə ürəyimizlə inanaq
B)Şamını gündüz yandıran ,gecə qaranlıqda qalar
C)İnam qələbənin yarısıdır.
D)Duyğu uzaq məsafələrə ancaq fikrin qanadlarında gedə bilər
E)İnam vicdanın iradə ilə razılaşdırılmasıdır.

6.Eyler-Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin :


{9.sinif-2.2.3 standartı: Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.}
Düzgün cavab : C)1,2,3,7

7.”Bronxial astma- tənəffüs yollarının iltihabi xəstəliyidir.Nəfəsalmanın çətinləşməsi və öskürəklə müşayiət olunur.Xəstənin vəziyyəti ani olaraq ağırlaşır və xəstə boğulma təhlükəsi ilə üzləşir”.


Nümunə mətni ilə əsas mətni əlaqələndirib düzgün fikirləri müəyyən edin:
{8.sinif-2.2.3. standartı: Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.}


  1. İkinci səyyahın vəziyyəti elə də təhlükəli deyildi

  2. Təmiz hava qəbul etmək ikinci səyyaha göstərilməli olan ilk yardımdır.

  3. İkinci səyyahın xəstəliyi nəfəs yollarındakı iltihabla bağlı idi.

  4. İkinci səyyah ilk yardım olmadan da yaxşılaşa bilərdi.

  5. Təmiz hava qəbul etməsə də inamın gücü onun vəziyyətini normallaşdırdı.

Düzgün cavab :D)2,3,5

8.Mətnə əsasən cədvəldəki səhvləri müəyyən edin:


{5.sinif-2.2.3. standartı: Mətndəki əsas fikri müəyyənləşdirir.}
Düzgün cavab: D)1,4


Zaman

Məkan

Hadisə


1.gündüz



3.İngiltərə



5.tanışlıq

2.gecə

4.Şotlandiya




A) 1,3. B)4,5. C)2,3 D)1,4. E)2,5

9.Mətndə ∆ işarəsi ilə göstərilmiş sozün əks mənasının işləndiyi abzasları müəyyən edib həmin sözə aid ən azı 1 cümlə yazın:


{8.sinif-2.1.1.standartı: Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.}
Düzgün cavab :C)4,8
Beş il sonra layihənin icrasına başlanıldı.

Ehtimal olunan cavab nümunələri:


-Sonra sahədə qızğın iş başladı.
-Ailəmin yaşadığı məhrumiyyətləri sonralar daha yaxşı başa düşürdüm.
--Əvvəl düşün ,sonra danış.

10.Mətnə əsasən doğru fikri muəyyən edib (✓) seçiminizi əsaslandırın :


Düzgün cavab :Mr.Baraun ikinci səyyaha yardım edərkən səmimi idi ,onun vəziyyətini ciddiliyini dərk edir və kömək üçün əlindən gələni əsirgəmir.

Ehtimal olunan doğru cavab nümunələri:



Səmimi idi; çünki onu xilas etmək üçün əlindən gələni edir
Səmimi deyildi ; otaq yoldaşına kömək etmir,pəncərəni açmır ,aynanı sındıraraq onu aldadır .
Yüklə 27,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin