Qaz t əchizatı haqqında azərbaycan respublikasinin qanunu


Qaz  bazarının təşkili və fəaliyyəti



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.04.2023
ölçüsü0,92 Mb.
#101341
1   ...   9   10   11   12   13   14   15   16   17
Qaz təchizatı haqqında qanunun yeni layihəsi

Qaz 
bazarının təşkili və fəaliyyəti 
Maddə 18. Qaz bazarının subyektləri
 
18.1. Q
az bazarının subyektləri aşağıdakılardır: 
18.1.1. qaz n
əqli sistemi operatoru; 
18.1.2. 
qazpaylayıcı sistem operatoru; 
18.1.3. qaz
ın saxlanması sistemi operatoru; 
18.1.4. 
qaz bazarı operatoru; 
18.1.5. qaz 
satıcıları; 
18.1.6. 
istehlakçılar. 
18.2. Topdansatış qaz bazarının subyektlərinə bu Qanunun 18.1.1-18.1.5-ci 
madd
ələrində nəzərdə tutulan subyektlər və sərbəst istehlakçılar aiddir. 
18.3. T
opdansatış qaz bazarının subyektləri Azərbaycan Respublikasının 
ikit
ərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional qaz bazarlarında 
iştirak etmək hüququna malikdirlər. 
Maddə 19. Topdansatış qaz bazarı 
19.1. Topdans
atış qaz bazarı alətlərinin alqı-satqısı topdansatış qaz bazarında 
h
əyata keçirilir. Topdansatış qaz bazarı aşağıdakılardan ibarətdir: 
19.1.1. m
ərkəzləşdirilmiş qaz bazarı;
19.1.2. ikit
ərəfli müqavilələr bazarı.
19.2. 
Topdansatış qaz bazarı alətlərinə satışın həyata keçirildiyi yerdən və 
qaydasından asılı olmayaraq aşağıdakı müqavilələr və törəmə maliyyə alətləri aiddir: 
19.2.1. 
qazın alqı-satqısı haqqında müqavilələr; 


17 
19.2.2. baza aktivini Az
ərbaycan Respublikasında satın alınan, habelə 
Az
ərbaycan Respublikasına idxal olunan qaz təşkil edən törəmə maliyyə alətləri; 
19.2.3. 
qazın nəqli haqqında müqavilələr;
19.2.4. baza aktivini Az
ərbaycan Respublikasında nəql edilən qaz təşkil edən 
tör
əmə maliyyə alətləri. 
19.3. S
ərbəst olmayan istehlakçılara tətbiq edilən qazın alqı-satqı müqavilələri 
topdansatış qaz bazarında istifadə edilmir.
19.4. 
Topdansatış qaz bazarının fəaliyyətinin təşkilinin əsas prinsipləri 
aşağıdakılardır:
19.4.1. 
qaz bazarı subyektlərinin topdansatış qaz bazarı infrastrukturuna ayrı-
seçkiliy
ə yol verilmədən çıxışı; 
19.4.2. 
qaz bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;
19.4.3. 
qazın bazar qiymətinin alıcıların və satıcıların qiymət təklifləri əsasında 
formalaşması; 
19.4.4. 
qaz bazarı subyektlərinin müqavilə öhdəliklərinə şərtsiz riayət etməsi. 
19.5. Topda
nsatış qaz bazarı bu Qanuna, digər normativ hüquqi aktlara, 
topdansatış bazarı qaydalarına və tənzimləyicinin normativ xarakterli aktlarına uyğun 
olaraq t
ənzimlənir.
Maddə 20. Qaz bazarı operatoru 
 
20.1. 
Qaz bazarı operatoru bu Qanunla nəzərdə tutulan hallar istisna olmaqla qaz 
t
əchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
20.2. Qaz n
əqli sistemi operatoru idarəetmə və qərar qəbul etmə prosesində qaz 
bazarı operatorunun müstəqilliyini təmin edir.
20.3. Qaz t
əchizatı subyektlərinin idarəetmə və ya qərar qəbuletmə prosesində 
iştirak edən şəxslər qaz bazarı operatorunun müstəqilliyini təmin etmək məqsədi ilə 
onun funksiyalarının həyata keçirilməsində iştirak etməməlidirlər.
20.4. 
Qaz bazarı operatorunun xidmət haqqı tənzimləyici tərəfindən müəyyən 
edilir. 
20.5. Qaz bazar
ı operatorunun hüquqları aşağıdakılardır: 
20.5.1.topdansatış qaz bazarının tədqiqatını və təhlilini aparmaq; 
20.5.2.
topdansatış qaz bazarının təkmilləşdirilməsi, habelə qaz təchizatı 
sektorunu t
ənzimləyən normativ hüquqi aktlarda, topdansatış bazar qaydalarında və 
t
ənzimləyici tərəfindən qəbul edilən digər normativ xarakterli aktlarda dəyişikliklər 
bar
ədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və 
t
ənzimləyiciyə təkliflər vermək. 
20.6. 
Qaz bazarı operatorunun vəzifələri aşağıdakılardır: 
20.6.1. qaz 
bazarlarını tənzimləyən normativ hüquqi aktların və normativ 
xarakterli aktların tələblərinə riayət etmək; 
20.6.2. Qaz 
Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı qaydalarına uyğun 
olaraq f
ərdi qeyri-balansın aradan qaldırılması üçün balanslaşdırıcı bazarın işini təşkil 
etm
ək və həyata keçirmək; 
20.6.3. Qaz 
Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı qaydalarına uyğun 
olaraq qaz 
bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi 
v
ə topdansatış qaz bazarının balansının təmin edilməsi mexanizmlərini hazırlamaq və 
h
əyata keçirmək; 
20.6.4. qaz
ın spot ticarəti bazarını təşkil etmək və fəaliyyətini həyata keçirmək; 
20.6.5. qaz
ın fyuçers ticarəti bazarını təşkil etmək və fəaliyyətini həyata 
keçirm
ək; 
20.6.6. 
topdansatış qaz bazarı iştirakçılarının mərkəzləşdirilmiş qaz bazarlarına 
ayrı-seçkiliyə yol verilmədən girişini təmin etmək


18 
20.6.7. 
topdansatış qaz bazarında sərbəst istehlakçıların topdansatış bazarı 
qaydalarının tələblərinə uyğunluğunu yoxlamaq;
20.6.8. 
qaz bazarı subyektlərini qazın balanslaşdırıcı qiymətləri haqqında və 
topdansatış bazarı qaydalarında müəyyən olunan digər məlumatlarla təmin etmək; 
20.6.9. 
topdansatış qaz bazarında klirinqin həyata keçirilməsində müvəkkil 
bankla bağlanmış müqavilədə müəyyən edilmiş qaydada iştirak etmək; 
20.6.10. 
topdansatış bazarı qaydalarına uyğun olaraq topdansatış qaz bazarında 
qiym
ətlərin formalaşmasını təmin etmək, həmçinin qaz bazarı subyektlərinə qarşılıqlı 
öhd
əliklərini bildirmək; 
20.6.11. qaz 
bazarı subyektlərinin bağladıqları qazın alqı-satqısı müqavilələri 
əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafikləri 
vaxtl
ı-vaxtında qaz nəqli sistemi operatoruna təqdim etmək; 
20.6.12. 
topdansatış qaz bazarının fəaliyyəti barədə məlumatları topdansatış
bazarı qaydalarında müəyyən olunan qaydada dərc etmək; 
20.6.13. öz f
əaliyyəti və topdansatış qaz bazarının fəaliyyəti barədə hesabatları 
v
ə məlumatları tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 
(quruma) v
ə tənzimləyiciyə təqdim etmək. 
20.7. Qaz 
Şəbəkəsi Məcəlləsində və topdansatış bazarı qaydalarında nəzərdə 
tutulan f
ərdi qeyri-balansın aradan qaldırılması halları istisna olmaqla, qaz bazarı 
operatoru 
topdansatış qaz bazarında qazın alqı-satqısını bilavasitə və dolayı üsullarla 
h
əyata keçirə bilməz. 
20.8. 
Qaz bazarı subyektləri bu Qanunda, topdansatış bazarı qaydalarında və 
t
ənzimləyicinin digər normativ xarakterli aktlarında nəzərdə tutulan məlumatları qaz 
bazarı operatoruna təqdim etməlidir. 
20.9. 
Qaz bazarı operatoru qaz bazarının subyektləri tərəfindən təqdim edilən 
kommersiya sirrini t
əşkil edən məlumatların konfidensiallığını qoruyub saxlamalıdır. 
Maddə 21. İkitərəfli müqavilələr bazarı 
 
21.1. 
İkitərəfli müqavilələr bazarı mərkəzləşdirilməmiş topdansatış qaz bazarıdır. 
İkitərəfli müqavilələr bazarında qazın alqı-satqısı topdansatış qaz bazarının subyektləri 
arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir.
21.2. 
İkitərəfli müqavilələr bazarında qaz nəqli sistemi operatoru və qazpaylayıcı 
sistem operatorları yalnız aşağıdakı əqdləri bağlamaq hüququna malikdir:
21.2.1. qaz n
əqli sistemi operatoru - itkilərin kompensasiyası məqsədilə qazın 
satın alınması və balanslaşdırma (sistemin qeyri-balansının tənzimlənməsi) məqsədilə 
qaz
ın alınması və satılması; 
21.2.2. qaz
paylayıcı sistem operatorları - itkilərin kompensasiyası məqsədi ilə 
qaz
ın alınması. 
21.3. Qaz
ın alqı-satqısına dair ikitərəfli müqavilədə tərəflərin qarşılıqlı razılığı 
əsasında müəyyən edilmiş şərtlər, o cümlədən satılan qazın həcmi, qiyməti, satış 
müdd
əti, ödəniş qaydası və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri göstərilməlidir.
21.4. Qaz
ın alqı-satqısına dair ikitərəfli müqavilə bağlayan qaz bazarı subyektləri 
Qaz 
Şəbəkəsi Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində qaz nəqli sistemi 
operatoruna ikit
ərəfli müqavilə üzrə qeydə alınmış qazın həcmləri barədə bildiriş verir.
Maddə 22. Balanslaşdırıcı bazar 
 
22.1. Qaz 
Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı qaydalarına uyğun olaraq, 
qaz n
əqli sistemi operatoru balanslaşdırıcı bazarda aşağıdakıları həyata keçirir: 


19 
22.1.1. sistemin qeyri-
balansının tənzimlənməsi, o cümlədən spot ticarəti 
bazarında və ya qaz satıcıları ilə bağlanmış ikitərəfli müqavilələr əsasında qazın alqı-
satqısı; 
22.1.2. 
topdansatış qaz bazarının iştirakçılarının fərdi qeyri-balansının 
t
ənzimlənməsi. 
22.2. Qaz n
əqli sistemi operatoru tərəfindən balanslaşdırma üzrə əməliyyatlar 
şəffaflıq və rəqabətlilik prinsipləri əsasında həyata keçirilir. 
22.3. Qaz n
əqli sistemi operatoru tərəfindən balanslaşdırma məqsədilə qazın 
alqı-satqısı ilk növbədə spot ticarəti bazarı vasitəsilə həyata keçirilir. Spot ticarəti 
bazarı fəaliyyətə başlayanadək və ya spot ticarəti bazarında standart topdansatış qaz 
bazarı alətlərinin alqı-satqısı qaz təchizatı sistemində balansın təmin edilməsi üçün 
kifay
ət etmədikdə, qaz nəqli sistemi operatoru balanslaşdırıcı qazın alqı-satqısı ilə 
bağlı tələbatını qaz satıcıları ilə bağlanmış ikitərəfli müqavilələr əsasında qarşılayır.
22.4. Spot ticar
əti bazarında topdansatış qaz bazarı alətləri əvəzinə
balanslaşdırıcı xidmətlərin alınmasının dövri monitorinqi tənzimləyici tərəfindən həyata 
keçirilir 
v
ə tənzimləyici topdansatış qaz bazarı alətlərindən istifadənin 
genişləndirilməsini təşviq etməlidir. 
22.5. Qaz n
əqli sistemi operatoru tənzimləyicinin normativ xarakterli aktlarına 
uyğun olaraq qaz təchizatı sisteminin balansını və proqnoz hesablamalarını, həmçinin 
alqı-satqı əməliyyatları barədə məlumatları ictimaiyyət üçün açıqlamalıdır.
22.6. Qaz n
əqli sistemi operatoru balanslaşdırıcı bazarın fəaliyyətinə dair 
hesabat v
ə məlumatları hər ay tənzimləyiciyə təqdim edir. 
22.7. T
opdansatış qaz bazarının iştirakçıları qaz təchizatı sisteminə verdikləri və 
ya sistemd
ən götürdükləri qazın həcminin topdansatış qaz bazarında götürdükləri 
öhd
əliklərə uyğun olması üçün məsuliyyət daşıyırlar.
22.8. T
opdansatış qaz bazarının bütün iştirakçıları fərdi qeyri-balansın 
t
ənzimlənməsi ilə bağlı qaz nəqli sistemi operatoru ilə müqavilələr bağlamalıdır.
22.9. F
ərdi qeyri-balansın tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata 
keçirilir: 
22.9.1. 
topdansatış qaz bazarı iştirakçısının fərdi qeyri-balansı müsbət olduqda 
qaz t
əchizatı sisteminə götürdüyü öhdəlikdən artıq həcmdə verdikləri qaz həcminin hər 
vahidin
ə görə tənzimləyici tərəfindən müəyyən edilmiş qaydalara müvafiq hesablanmış 
qazın balanslaşdırıcı qiyməti qaz nəqli sistemi operatoru tərəfindən həmin topdansatış 
qaz 
bazarı iştirakçısına ödənilir;
22.9.2. 
topdansatış qaz bazarı iştirakçısının fərdi qeyri-balansı mənfi olduqda
qaz t
əchizatı sisteminə götürdüyü öhdəlikdən əskik həcmdə verdikləri qazın həcminin 
h
ər vahidinə görə topdansatış qaz bazarının həmin iştirakçısı tənzimləyici tərəfindən 

əyyən edilmiş qaydalara müvafiq hesablanmış qazın balanslaşdırıcı qiymətini qaz 
n
əqli sistemi operatoruna ödəyir;
22.9.3. t
opdansatış qaz bazarı iştirakçılarının fərdi qeyri-balansları və fərdi qeyri-
balansların qiymətləri hər balanslaşdırma dövrü üzrə qaz bazarı operatoru tərəfindən 

əyyən edilir. 
22.10. 
Qaz bazarı operatoru Qaz Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı 
qaydalarına əsasən topdansatış qaz bazarı iştirakçılarının hər hesablaşma dövrü üzrə 
f
ərdi qeyri-balansının həcmlərinin müəyyən edilməsini və hesablaşmaların 
aparılmasını həyata keçirir. 
22.11. 
Balanslaşdırıcı bazarın təşkili, bazar iştirakçılarının qeydiyyatı, 
balanslaşdırıcı bazarın fəaliyyəti Qaz Şəbəkəsi Məcəlləsi, topdansatış bazarı 
qaydaları və tənzimləyicinin normativ xarakterli aktları ilə müəyyən edilir. 
Maddə 23. Mərkəzləşdirilmiş qaz bazarı 
 


20 
23.1. M
ərkəzləşdirilmiş qaz bazarı qaz bazarı operatoru tərəfindən topdansatış
bazarı qaydalarına uyğun olaraq təşkil olunur və idarə olunur. 
23.2. M
ərkəzləşdirilmiş qaz bazarı spot ticarəti bazarı və fyuçers ticarəti bazarı 
formasında təşkil olunur. 
23.3. T
ənzimləyici spot ticarəti bazarına və fyuçers ticarəti bazarına mərhələli 
keçid qaydasını müəyyən edir. 
23.4. M
ərkəzləşdirilmiş qaz bazarının təşkili, bazar subyektlərinin qeydiyyatı, 
onların bazara buraxılması qaydaları tənzimləyici tərəfindən müəyyən edilir.
Maddə 24. Pərakəndə satış bazarı 
 
24.1. P
ərakəndə satış bazarının əməliyyatları aşağıdakı qaydada həyata keçirilir: 
24.1.1. s
ərbəst olmayan istehlakçıya qazın satışının tənzimləyici tərəfindən 
verilmiş icazə əsasında səlahiyyətli satıcı tərəfindən həyata keçirilməsi; 
24.1.2. s
ərbəst istehlakçıların qaz satıcısını seçmək hüququna malik olması; 
24.1.3. 
istehlakçılara qaz satışının onlarla bağlanmış müqavilə əsasında həyata 
keçirilm
əsinin mümkünlüyü. 
24.2. 
Qaz satıcısı ilə alqı-satqı müqaviləsini bağlayan istehlakçıya qaz təchizatı 
h
əmin satıcı ilə qaz nəqli sistemi operatoru, yaxud paylayıcı sistem operatorları 
arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 
24.3. P
ərakəndə satış bazarının fəaliyyəti bu Qanun, digər normativ hüquqi 
aktlar, p
ərakəndə satış bazarı qaydaları və tənzimləyicinin digər normativ xarakterli 
aktlar
ı ilə tənzimlənir. 
Maddə 25. Qaz bazarında müqavilə münasibətləri 
 
25.1. Qaz 
bazarının subyektləri arasında aşağıdakı müqavilələr bağlanılır: 
25.1.1. ikit
ərəfli müqavilə; 
25.1.2. m
ərkəzləşdirilmiş qaz bazarında iştirak etmək üçün qaz bazarı operatoru 
il
ə bağlanılan xidmət müqaviləsi;
25.1.3. m
ərkəzləşdirilmiş qaz bazarında bağlanılan qazın alqı-satqı müqavilələri; 
25.1.4. 
balanslaşdırıcı qaz bazarında iştirak etmək üçün qaz nəqli sistemi 
operatoru il
ə bağlanılan xidmət müqaviləsi; 
25.1.5. f
ərdi qeyri-balansın tənzimlənməsi üçün qaz nəqli sistemi operatoru ilə 
bağlanılan alqı-satqı müqaviləsi; 
25.1.6. 
qazın nəqli xidmətlərinin göstərilməsi üçün qaz nəqli sistemi operatoru ilə 
bağlanılan müqavilə; 
25.1.7. 
qazın paylanması xidmətlərinin göstərilməsi üçün qazpaylayıcı sistem 
operatoru il
ə bağlanılan müqavilə;
25.1.8. qaz 
şəbəkəsinə qoşulmaq üçün bağlanılan qoşulma müqaviləsi; 
25.1.9. 
qazın saxlanması xidmətlərinin göstərilməsi üçün qazın saxlanması 
sistemi operatoru il
ə bağlanılan müqavilə; 
25.1.10. s
ərbəst olmayan istehlakçı ilə bağlanan qazın alqı-satqı müqaviləsi; 
25.1.11. s
ərbəst istehlakçı ilə bağlanan qazın alqı-satqı müqaviləsi; 
25.1.12. qanunvericiliy
ə zidd olmayan digər müqavilələr. 
25.2. Bu Qanunun 25.1.1-25.1.10-cu madd
ələrində nəzərdə tutulan müqavilələr 
birtipli hesab olunur v
ə onların formaları və standart şərtləri tənzimləyici tərəfindən 

əyyən olunur. 
25.3. S
ərbəst olmayan istehlakçı ilə bağlanılan qazın alqı-satqı müqaviləsi 
aşağıdakıları əks etdirməlidir: 
25.3.1. qaz
ın qiyməti, həcmi, təchizat rejimi; 
25.3.2. qaz
ın keyfiyyət göstəriciləri; 


21 
25.3.3. 
istehlakçının kateqoriyası;
25.3.4. qaz
ın dəyərinin ödənilməsi şərtləri; 
25.3.5. 
qarşısıalınmaz qüvvənin təsiri ilə bağlı olan hallar istisna olmaqla, qəza 
halları və qazın satışı müqaviləsi ilə müəyyən olunan keyfiyyətə uyğun olmaması 
n
əticəsində dəyən ziyanın ödənilməsi şərtləri.
25.4. M
əişət qaz qurğularını istifadə edən sərbəst olmayan istehlakçılar üçün qaz 
sayğacı paylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə 
qaz sayğacı istehlakçının vəsaiti hesabına paylayıcı sistem operatoru tərəfindən təchiz 
edilir, quraşdırılır və dəyişdirilir. 
V fəsil 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin