2.1. Bu Qanunda istifad
ə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1.
balanslaşdırıcı bazar – qaz təchizatı sisteminin balansını təmin etmək
üçün balans
laşdırıcı xidmətlərin göstərildiyi bazar;
2.1.2.
balanslaşdırıcı xidmət – qaza olan tələbat və təchiz olunan qazın həcmi
arasında uyğunsuzluqları aradan qaldırmaq məqsədilə bu Qanunun 25.1.4-cü
madd
əsində müəyyən olunan müqavilə əsasında qaz nəqli sistemi operatoruna
göst
ərilən xidmət;
2.1.3.
balanslaşdırma – qaz təchizatı sisteminin balansını əməliyyat limitləri
daxilind
ə saxlamaq məqsədilə, qaz nəqli sistemi operatoru tərəfindən qazın nəqli
şəbəkəsinə qazı tələbata uyğun həcmlərdə verməklə və ya həmin şəbəkədən izafi qaz
h
əcmlərini götürməklə qaz axınının tənzimlənməsi üzrə görülən tədbirlərin məcmusu;
2.1.4.
çıxış hüququ – qaz təchizatı subyektlərinin və istehlakçının qazın nəqli
şəbəkəsindən, qazpaylayıcı şəbəkədən və ya yeraltı qaz anbarlarından əvvəlcədən
mü
əyyən edilmiş, ayrı-seçkiliyə yol verilməyən və şəffaf şərtlərlə (birtipli müqavilələrə,
tarifl
ərə uyğun) istifadə etmək hüququ və bu hüququn təmin edilməsi üzrə sistem
operatorlarının vəzifələri;
2.1.5. f ərdi qeyri-balans – qaz təchizatı subyektlərinin qaz təchizatı sisteminə
verdikl
əri və ya sistemdən götürdükləri qazın həcmi ilə həmin subyektlərin qaz
bazarında götürdükləri öhdəliklər arasındakı fərq;
2.1.6. fyuçers ticar əti bazarı – qazın fiziki çatdırılması ilə nəticələnməsindən
asılı olmayaraq, əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı-satqı üçün törəmə
maliyy
ə alətləri ilə ticarətin həyata keçirilməsi üzrə mərkəzləşdirilmiş qaz bazarı;
2.1.7. ikit ərəfli müqavilə – topdansatış qaz bazarında qaz bazarı subyektləri
arasında könüllülük əsasında bağlanan qazın topdan satınalma müqaviləsi;
2.1.8.
istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan
yanacaq v
ə ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
2.1.9. klirinq – topdansatış qaz bazarında qaz bazarı subyektinin digər
subyektl
ərə göndərdiyi sifarişlərdən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və
ya öhd
əliyə çevrilməsi;
2.1.10. qaz – yerin təkindən qaz və ya başqa formada çıxarılan, mayeləşdirilərək,
sıxlaşdırılaraq və ya emaldan keçirilərək (mayeləşdirilmiş neft qazı (LPG) istisna
olmaqla) bazara t
əchiz edilən təbii karbohidrogenlər;
2.1.11.