Yekun müddəalar
Maddə 33. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun t
ələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki
M
əcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və
Az
ərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda
m
əsuliyyət daşıyırlar.
Maddə 34. Qanunun qüvvəyə minməsi
34.1. Bu Qanun h
əmin Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan mərhələlər
üzr
ə tədbirlərin həyata keçirilməsi müddətlərinə dair müddəalar istisna olmaqla,
20_____ il _________ 1-d
ən qüvvəyə minir.
34.2. Bu Qanunun qüvv
əyə mindiyi gündən “Qaz təchizatı haqqında” Azərbaycan
Respublikasının 30 iyun 1998-ci il tarixli 513-IQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə
505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011,
№ 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə
1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019-cu il,
№11, maddə 1689) ləğv edilir.
Maddə 35. Keçid müddəaları
35.1. Qaz t
əchizatı subyektlərinin və istehlakçıların qaz bazarındakı dəyişikliklərə
uyğunlaşması, o cümlədən sərbəst rəqabət münasibətlərinin tətbiqi və çarpaz
subsidiyalaşmanın ləğv edilməsi məqsədilə liberal qaz bazar elementlərinin tətbiqi
prosesinin üç m
ərhələdən ibarət olmaqla aşağıdakı müddətlərdə həyata keçirilməsi
n
əzərdə tutulur:
35.1.1. birinci m
ərhələ bu Qanunun qüvvəyə mindiyi tarixdən 2022-ci il dekabrın
31-d
ək davam edir;
35.1.2. ikinci m
ərhələ 2023-cü il yanvarın 1-dən başlayır və 2024-cü il dekabrın
31-d
ək davam edir;
35.1.3. üçüncü m
ərhələ 2025-ci il yanvarın 1-dən başlayır.
25
35.2. H
ər bir mərhələnin şərtlərinin icra olunmasına və məqsədlərinin həyata
keçirilm
əsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
t
ərəfindən tənzimləyici ilə birlikdə həyata keçirilir.
35.3. Birinci m
ərhələ aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
35.3.1. müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum)
t
ərəfindən yaradılmış mərkəzi qaz satıcısı tərəfindən qazın topdan satışının ikitərəfli
müqavil
ələr əsasında həyata keçirilməsi;
35.3.2. qaz n
əqli sistemi operatoru tərəfindən qazın nəqlinə icazənin alınması və
bununla da qaz
ın nəqli fəaliyyətinin qazın paylanması və satışı, idxal-ixrac
f
əaliyyətindən hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
35.3.3. qaz
paylayıcı sistem operatoru tərəfindən qazın paylanmasına icazənin
alınması və bununla da qazın paylanması və satışı fəaliyyətlərinin hüquqi və idarəçilik
nöqteyi-n
əzərindən ayrılması;
35.3.4. qaz
ın saxlanması sistemi operatoru tərəfindən qazın saxlanmasına
icaz
ənin alınması və bununla da qazın saxlanma fəaliyyətinin qazın paylanması və
satışı fəaliyyətindən hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması;
35.3.5. t
ənzimləyici tərəfindən qaz bazarında qiymət (tarif), o cümlədən bütün
istehlakçılar üçün qiymətlərin (tariflərin) müəyyən edilməsi;
35.3.6. ikinci m
ərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların və
t
ənzimləyici tərəfindən normativ xarakterli aktların qəbul edilməsi, habelə ikinci
m
ərhələdə bağlanması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi, keçid
balanslaşdırma və sistemin qeyri-balansının və fərdi qeyri-balansın tənzimlənməsi
üçün t
ətbiq ediləcək mexanizmin, habelə mərkəzləşmiş qaydada klirinqin həyata
keçirilm
əsi mexanizminin yaradılması.
35.4. Bu Qanunun 35.3.1-ci madd
əsində qeyd olunan mərkəzi qaz satıcısı:
35.4.1.
topdansatış qaz bazarında qazın satışını həyata keçirir;
35.4.2. q
azın idxalını və ixracını həyata keçirir;
35.4.3. qaz
ın nəqli, paylanması və saxlanması fəaliyyətləri ilə birbaşa və ya
dolayısı ilə məşğul ola bilməz;
35.4.4.
aşağıdakı vəzifələri daşıyır:
35.4.4.1. qaz t
əchizatı sektoruna aid normativ hüquqi aktların və normativ
xarakterli aktların tələblərinə, habelə icazə şərtlərinə riayət etmək;
35.4.4.2.
topdansatış qaz bazarının subyektləri ilə bağlanmış ikitərəfli
müqavil
ələr əsasında onlar ilə qazın alqı-satqısını həyata keçirmək;
35.4.4.3. öz f
əaliyyəti və bağlanmış ikitərəfli müqavilələr barədə hesabatları və
m
əlumatları tərtib etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) v
ə tənzimləyiciyə təqdim etmək.
35.5. Bu Qanunda n
əzərdə tutulan icazələr alınanadək qaz təchizatı
subyektl
ərinin fəaliyyəti onlar tərəfindən bu Qanunun qüvvəyə mindiyi tarixədək
verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçirilir.
35.6. T
ənzimləyici tərəfindən qiymətlər (tariflər) müəyyən edilənədək qüvvədə
olan qiym
ətlər (tariflər) tətbiq edilir.
35.7. Bu Qanunun 7.1.3, 7.1.12, 7.1.18, 7.1.19, 7.1.25 - 7.1.27, 9, 10,
11.2,11.3.1, 11.3.4 - 11.3.6, 11.4.1, 11.5, 12.2, 12.3.2, 12.3.3, 12.3.5, 12.5, 13.2, 13.3,
13.4.3, 13.4.6, 13.4.7, 13.5.1, 13.5.4, 14, 15.2, 15.3, 15.4.4, 15.4.5, 15.5.1, 15.5.5, 18
– 22 (20.6.4-cü, 20.6.5-ci, 22.4-cü maddələr isisna olmaqla), 24 və 25-ci maddələri
2023-
cü il yanvarın 1-dən qüvvəyə minir.
35.8.
İkinci mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
35.8.1. m
ərkəzi qaz satıcısının funksiyalarına xitam verilməsi;
26
35.8.2. t
ənzimləyicinin normativ xarakterli aktları əsasında topdansatış qaz
bazarının fəaliyyətini təşkil etmək məqsədilə qaz nəqli sistemi operatorunun tərkibində
qaz bazarı operatorunun yaradılması;
35.8.3. qaz n
əqli sistemi operatoru və qazpaylayıcı sistem operatorları tərəfindən
t
ənzimləyicinin normativ xarakterli aktlarına uyğun olaraq qazın nəqli və qazın
paylanması fəaliyyətlərinin həyata keçirilməsi;
35.8.4.
qazın nəqli şəbəkəsinə qoşulmuş sərbəst istehlakçıların qaz satıcısını
seçm
ək hüququnun təmin edilməsi;
35.8.5. t
ənzimləyici tərəfindən qaz bazarındakı tənzimlənən qiymətlərin
(tarifl
ərin), o cümlədən qazın nəqli və paylanması, sərbəst olmayan istehlakçılar üçün
p
ərakəndə satış tariflərinin tətbiq edilməsi;
35.8.6. qaz n
əqli sistemi operatorunun və qazın saxlanması sistemi operatorunun
idar
əetməyə verilməsi;
35.8.7.
topdansatış qaz bazarında balanslaşdırıcı bazarın tətbiq edilməsi;
35.8.8. üçüncü m
ərhələyə hazırlıq, o cümlədən bu Qanunda nəzərdə tutulan
normativ hüquqi aktların və tənzimləyici tərəfindən normativ xarakterli aktların qəbulu,
habel
ə bu Qanunda nəzərdə tutulan müqavilələrin bağlanması.
35.9. Bu Qanunun 20.6.4-cü, 20.6.5-ci, 22.4-cü v
ə 23-cü maddələri 2025-ci il
yanvarın 1-dən qüvvəyə minir.
Dostları ilə paylaş: |