«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
qazdan-istifade-qerar-80

2.2. Paylayıcının hüquqları: 

2.2.1. bu Müqavilənin 2.1.13-cü yarımbəndinin tələbinə riayət etməklə, İstehlakçının qaz 

qurğularına texniki baxış keçirilməsi üçün İstehlakçıya məxsus qazlaşdırılmış əraziyə və (və ya) 

yaşayış sahəsinə daxil olmaq; 

2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin 

tam ödənilməsini ondan tələb etmək; 

2.2.3. İstehlakçı tərəfindən bu Müqavilənin, «Qazdan istifadə Qaydaları»nın tələblərinin 

pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 

2.2.4. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada 



rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək; 

2.2.5. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən 

edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini 

İstehlakçıdan tələb etmək; 

2.2.6. bu Müqavilənin 2.1.12-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı hallarda İstehlakçıya 

qazın verilməsini dayandırmaq: 

2.2.6.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi 

və müddəti göstərilməklə) olduqda; 

2.2.6.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və 

ya qaz sızmasının qarşısı alındıqda; 

2.2.6.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 

2.2.6.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı 

İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay 

müddətində tam ödənilmədikdə; 

2.2.6.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 

2.2.6.6. məhkəmənin qərarı ilə; 

2.2.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi 

aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin