Qazdan istifadə Qaydaları
1. Ümumi müdd
əalar
1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə
münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən
ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin
ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
qaz paylayıcısı — alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu
qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu
fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;
istehlakçı — alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və
xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
qaz qurğusu — istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın
yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı
prosesində istifadə olunan, özündə qazdan istifadə göstəricilərini əks etdirən və
uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğuları.
Yaşayış sahələrində və ictimai binalarda məişət məqsədləri üçün, eləcə də həmin
sahələrin və binaların qızdırılmasında və isti su təchizatında istifadə olunan və sənaye
qurğusu hesab edilməyən qaz qurğuları məişət qurğularına aid edilir.
Müxtəlif istehsalyönümlü texnoloji proseslərdə, mərkəzləşdirilmiş istilik və isti su
təchizatında qazı yanacaq kimi istifadə edən və istilik gücü 100 kVt-ı keçən, eləcə də
müxtəlif növ məhsulların istehsalında qazı xammal kimi istifadə edən qaz qurğuları
sənaye qurğularına aid edilir;
Dostları ilə paylaş: