«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
qazdan-istifade-qerar-80

buraxılış-sazlama işləri — qaz qurğusunun işə buraxılmasına hazırlığı, işə 

buraxılmasını və qaz qurğusunun işlək gücünün qurğu sahibi ilə razılaşdırılmış 

səviyyəyə çatdırılmasını nəzərdə tutan kompleks işlər;  

 

rejim-sazlama işləri — qaz qurğularının faydalı iş əmsallarının işçi 

diapazonunda layihə (pasport) göstəricilərinə uyğunluğuna nail olunması və 

yanacağın yandırılma proseslərinin avtomatik tənzimlənmə vasitələrinin 

sazlanmasını nəzərdə tutan kompleks işlər. 



1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı 

müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı 

arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 

nömrəli əlavə) əlavə edilir. 

Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və 

hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), 

həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində 

göstərilir. 

Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 

nömrəli əlavələr) bağlanılmalıdır. 

Fiziki şəxs sənaye qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun 

müqavilə bağlanılır. 

Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından 

istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış 

müqavilədə sənaye qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi 

barədə qeyd olunur. 

1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki 

pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 

Sənaye qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq 

və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 

1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri — tərkibi, sıxlığı, rütubətliliyi, 

istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının 

tələblərinə cavab verməlidir. 

1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri 

daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə 

Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra — EN) və texniki 

təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan 

sonra — FHN) həyata keçirirlər. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin