«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında


 Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
qazdan-istifade-qerar-80

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil 

mülkiyy

ətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri 

3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi 

məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 



3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və 

bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən 

orqanların qanuni göstərişlərinə əməl etməli; 

3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və 

həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 

3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin 

edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki 

cəhətdən saz vəziyyətdə saxlamalı; 

3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-

profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması 

barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 

3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab 

vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən 

hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə 

tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda 

qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 

3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş 

hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu 

yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının 

qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 

3.1.7. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış 

keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və 

aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi 

kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 

3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 

3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və 

bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən 

orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. 

göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 

3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun 

təhlükəsiz istismar etməli; 

3.2.3. yalnız xüsusi razılığı (liENziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə 

bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və 

onlara texniki xidmət göstərilməsini həyata keçirməli; 




3.2.4. qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin 

normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və 

onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə 

havanın sorulmasını yoxlamalı; 

3.2.5. azyaşlı uşaqların, öz hərəkətlərinə nəzarət edə bilməyən və qaz 

qurğularından istifadə qaydaları ilə tanış olmayan şəxslərin qaz avadanlığından 

istifadə etmələrinə yol verməməli; 

3.2.6. qazdan istifadə etdikdən sonra qaz avadanlığındakı bağlayıcını və xətdəki 

nəzarət ventilini bağlamalı; 

3.2.7. qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz 

qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın 

üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün 

pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli

elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən 

istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli; 

3.2.8. zirzəmilərə və alt mərtəbələrə daxil olarkən, işığı və ya fənəri 

yandırmazdan əvvəl qaz iyinin yoxluğuna əmin olmalı; 

3.2.9. zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi 

zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını 

yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, 

açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz 

paylayıcısına təcili məlumat verməli; 

3.2.10. mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz 

paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı. 

3.3. Sənaye qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları yerinə 

yetirməlidirlər: 

3.3.1. qaz qurğularının istismarı prosesində 3 (üç) ildə bir dəfədən az olmayaraq, 

aşağıdakı rejim-sazlama işlərinin aparılmasını: 

3.3.1.1. qaz qurğularının istilik-texniki (rejim) sazlanmasını; 

3.3.1.2. avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanmasını; 

3.3.1.3. köməkçi avadanlıqların sazlanmasını. 

3.3.2. aşağıdakı hallarda növbədənkənar rejim-sazlama işlərinin aparılmasını: 

3.3.2.1. qaz qurğularının əsaslı təmiri və rekonstruksiyasından sonra; 



3.3.2.2. normativ texniki sənədlərlə təyin edilmiş istehlak olunan qazın 

istilik-texniki xarakteristikasında kənarlaşmalar aşkar olunduqda; 

3.3.2.3. dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta 

(normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad 

edilmiş müvafiq yazılı göstərişləri olduqda

3.3.3. rejim-sazlama işlərinin nəticələrinə əsasən sazlama təşkilatı tərəfindən 

texniki hesabatın tərtibi və hesabatda qaz qurğularının müxtəlif iş rejimlərində 

qazdan səmərəli istifadəyə təsir edən göstəricilərin əks olunmasını; 

3.3.4. aparılan rejim-sazlama işlərinin nəticəsində rejim kartlarının tərtib 

edilməsini; 

3.3.5. rejim kartlarına əsasən qaz qurğularının istismarının təmin edilməsini; 

3.3.6. əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik 

idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını; 

3.3.7. əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik 

idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi 

razılıq (liENziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı 

(liENziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi 

bağlamağı; 

3.3.8. qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti 

ərzində özündə saxlamağı; 

3.3.9. qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət 

göstərilməsini təmin etməyi; 

3.3.10. fəaliyyətləri və ya qazdan istifadəsi mövsümi xarakter daşıyan 

qazlaşdırılmış obyektlərdə (düşərgələr, istirahət evləri, turizm və rekreasiya 

zonaları və s.) olan qaz qurğularının istismara buraxılmazdan əvvəl «Qaz 

təsərrüfatında təhlükəsizlik qaydaları»

*

nın tələblərinə uyğun müayinədən 



keçirilməsini və sənədləşdirilməsini. 

3.4. İstehlakçılara aşağıdakılar qadağandır: 

3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı 

ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə 

bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini 

aparmaq; 

3.4.2. qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma 

olmadan dəyişdirmək; 




3.4.3. qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək, tüstü 

bacalarının və havadəyişmə xətlərinin quruluşunu dəyişdirmək, havadəyişmə 

xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan «cibləri» 

hörmək və ya bağlamaq; 

3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə 

vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması 

aşkar edildikdə qazdan istifadə etmək; 

3.4.5. tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə 

şiberlər (qapaqlar) quraşdırmaq; 

3.4.6. ildə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti 

yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etmək; 

3.4.7. nəfəsliklər, jalüzlü barmaqlıqlar, havadəyişmə xətlərinin barmaqlıqları bağlı 

saxlandıqda, tüstü bacalarında və havadəyişmə xətlərində havanın sovrulması baş 

vermədikdə, vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin 

otaqlarda qaz qurğularından istifadə etmək; 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin